Showing posts with label ayrılıq. Show all posts
Showing posts with label ayrılıq. Show all posts

Şahid gündəlikdir!


"30 may
Əziz günlüyüm, 2-3 yaşım olanda anam və atam lap yaxşı idilər. Amma indi hər gün mübahisə edirlər. Bu gün yenə mübahisə etdilər. Atam elə möhkəm qışqırırdı ki...Deyəsən yenə də içkili idi.

1 iyun
Bu gün uşaq günüdür. Atam və anamla  parka getdik. Sonra 1 dayı gəldi və atamla söhbət etməyə başladılar. Sonra atam bir qədər uzaqlaşdı. Atam dayıya bir qədər puı verdi. Deyəsən dilənçi idi.
Sonra ikisi də yanımıza gəldilər və ayrılanda dayı atama : “oynayanda yaxşı idi”... dedi. Böyüklər də oyun oynuyurlarmışe. Görəsən onlar da ev-ev oynayırlar? 

5 iyun
Artıq 2 gündür ki, atamla anam bir-birinin üzünə baxmırlar. Deyəsən, artıq heç sevmirlər bir-birlərini.
Bu gün dərsdə də onlar haqqında fikirləşirdim ki, müəllim adımı çağırıb dərsə qulaq asmadığımı dedi. Anama şikayət edəcək deyəsən... Xahiş etdim ki, bir də olmayacaq... Məncə, xahişimi qırmaz. Anama bunu edə bilmərəm, Son günlərdə çox dərdli görünür.

8 iyun
Əziz günlüyüm kaş ki, insan olardın. Kaş ki, yanımda olardın və mənə kömək edərdin. Bu gün çox pis şeylər baş verdi evdə. Atamla anam yenə də həmişəki kimi mübahisə edirdilər və mən də qapıdan onlara baxırdım. Anam nə isə dedi və atam onu itələdi. Anam geriyə-geriyə getdi pilləkənlərdən yıxıldı. Sonra atam tez aşağı düşdü. Mən də otağımdan çıxdım. Atam üstümə qışqırdı ki, tez otağıma qayıdım. Amma anamın hər tərəfi qan içində idi. Onu heç vaxt belə köməksiz görməmişdim.
Sonra səslər eşitdim. Deyəsən həkimlər gəldilər. Tez otağımdan çıxdım. Atam onların yanında məni də pilləkənlərdən itələyə bilməzdi ki... Tez qaçdım həkimlərin yanına. Və indi xəstəxanadayıq.

Kimdir günahkar?!…

Onlar bir-birlərini sevərək evlənmişdilər. 2 övladları dünyaya gəlmişdi. Amma, sevgiləri çox azalmışdı. Artıq bir-birlərini dinləmək istəmirdiliər.
Xüsusən də əri arvadının paltarlarına qarışması evdə böyük problem idi. Axı arvadı gödək ətəklər geyinmək, makyaj eləmək və saçlarını gündə bir rəngə boyamaqdan çox xoşu gəlirdi. Axı həm də əri onu belə sevmiş və onunla belə evlənmişdi. İndi nə dəyidi axı?! Bu onu çox sıxırdı… Amma, övladlarına görə qalmağa məcbur idi. Bir gün isə o artıq qərar verdi. Uşaqlarını da götürüb evi tərk edəcəkdi. GEcəykən ərinin yuxuda olduğu bir vaxt uşaqların hər ikisini geyindirdi və sakitcə evdən qaçırdı. Səhər Əri oyandığında “lələ köçmüş yurdu boş qalmışdı”. Evə heç kim yox idi. İşin nə yerdə olduğunu anladı və dərhal onları axtarmağa başladı. Ancaq tapmadı. Birbaşa polisə müraciət etdi. Axı o da övladlarını çox sevirdi… Bir neçə ay sonra boşanmağa qərar verdilər. Amma uşaqlardan biri anasında biri isə atada qalmalı idi. Axı onların hər ikisi hər iki uşağın özündə qalmasını istəyirdi. Amma məhkəmə qərarı belə idi: oğlu anada, qız isə atada qalacaqdı… Və onlar o qədər qalmaqallı ayrılmışdılar ki, məhkəmə uşaqların görüşməsinə sadəcə ildə bir dəfə yay tətillərində icazə vermişdi. İldə sadəcə bir dəfə...