8.11.2010

Təmiz iyə riayət edin!


Balaca vaxtımızdan ana-atamız bizə deyirlər: “ətrafını təmiz saxla, bala”.Onlar deyirlər biz də nəsə eləməyə çalışırıq.Sadəcə bəzən ətrafı təmiz saxlamaq yadımızdan çıxır ki belə zamanlarda da köməyimizə küçələrdə, müxtəlif obyektlərin qarşısında yazılmış “Təmizliyə riayət edin!”-yazısı gəlir.Biz də bu yazını görər görməz əlimizdə olan hər nə zir-zibil varsa onu yaxınlıqdakı zibil qabına atmaqla bu “əmr”-ə riayət etməyə çalışırıq.Bəzən isə qarşımıza bir qədər gülməli əmrlər də çıxa bilər.Məsələn yandakı şəkildən gördüyünüz kimi “Təmiz iyə riayət edin”.Bu şəkil harda çəkilib?Gəncənin çox elegant restoranlarından biri olan Elegance-ın önündə(küçənin adı düzgün yadımda qalmadığına görə adresi belə yazıram).

Belə əmrləri gördükdə çaşmamaq lazımdır.Əvvəlki əmrlərə göstərilən məsuliyyətlə yanaşmaq və həmin ərazidə “təmiz iyə” riayət etmək lazımdır.Yəni ki həmin ərazidə hər hansı bir qoxuya səbəb olan vasitələrdən uzaq olmaq və ya üzərimizə çökmüş qoxu varsa dərhal həmin ərazidən uzaqlaşmaq lazımdır(Mən bu sözün mənasını belə başa düşdüm.Görəsən aidiyyati qurumlar necə başa düşürlər?).
Camaat, gəlin ekologiyamız üçün “təmiz iyə” riayət edək!-Yoxsa...

2 yorum:

Adsız dedi ki...

Duzdur eltac gelin her yeri temiz saxlayaq temiz iy gelsin ama bunun ucun ise temizliye riayet edek

Eltac dedi ki...

Biz əsas iyimizə fikir verməliyik ki ekologiyamız, ətrafımız da təmiz olsun!Onu görə də Bu küçədən keçəndə gərək xüsusi diqqqətli olasan.