Şahid gündəlikdir!


"30 may
Əziz günlüyüm, 2-3 yaşım olanda anam və atam lap yaxşı idilər. Amma indi hər gün mübahisə edirlər. Bu gün yenə mübahisə etdilər. Atam elə möhkəm qışqırırdı ki...Deyəsən yenə də içkili idi.

1 iyun
Bu gün uşaq günüdür. Atam və anamla  parka getdik. Sonra 1 dayı gəldi və atamla söhbət etməyə başladılar. Sonra atam bir qədər uzaqlaşdı. Atam dayıya bir qədər puı verdi. Deyəsən dilənçi idi.
Sonra ikisi də yanımıza gəldilər və ayrılanda dayı atama : “oynayanda yaxşı idi”... dedi. Böyüklər də oyun oynuyurlarmışe. Görəsən onlar da ev-ev oynayırlar? 

5 iyun
Artıq 2 gündür ki, atamla anam bir-birinin üzünə baxmırlar. Deyəsən, artıq heç sevmirlər bir-birlərini.
Bu gün dərsdə də onlar haqqında fikirləşirdim ki, müəllim adımı çağırıb dərsə qulaq asmadığımı dedi. Anama şikayət edəcək deyəsən... Xahiş etdim ki, bir də olmayacaq... Məncə, xahişimi qırmaz. Anama bunu edə bilmərəm, Son günlərdə çox dərdli görünür.

8 iyun
Əziz günlüyüm kaş ki, insan olardın. Kaş ki, yanımda olardın və mənə kömək edərdin. Bu gün çox pis şeylər baş verdi evdə. Atamla anam yenə də həmişəki kimi mübahisə edirdilər və mən də qapıdan onlara baxırdım. Anam nə isə dedi və atam onu itələdi. Anam geriyə-geriyə getdi pilləkənlərdən yıxıldı. Sonra atam tez aşağı düşdü. Mən də otağımdan çıxdım. Atam üstümə qışqırdı ki, tez otağıma qayıdım. Amma anamın hər tərəfi qan içində idi. Onu heç vaxt belə köməksiz görməmişdim.
Sonra səslər eşitdim. Deyəsən həkimlər gəldilər. Tez otağımdan çıxdım. Atam onların yanında məni də pilləkənlərdən itələyə bilməzdi ki... Tez qaçdım həkimlərin yanına. Və indi xəstəxanadayıq.

 12 iyun
Artıq bir neçə gündür ki, xəstəxanadayıq anamla bərabər. Atam yanımıza gəlmir heç. Bilirdim ki, bizi istəmir. Dostları gəlib onu 1ci gündən çağırdılar və o da onlarla getdi.

20 iyun
Əziz gündəliyim, 2 həftəyə yaxındır ki, xəstəxanadayıq nənəmlə bərabər. Anamın yanında. Anam hələ də oyanmayıb. Həkimlər çox yorulduğunu deyirlər. Amma, mən inanmıram. Deyəsən anam sağalmayacaq. Ona görə də mən anam üçün kömək axtarmağa gedirəm. Anam mənə həmişə haqqında danışdığı su pərisindən kömək istəyəcəyəm. Axı, o həmişə hamıya kömək edirdi. Bu gün nənəmdən xahiş edəcəm ki, məni evə aparsın.

21 iyun
Bu gün evə gəldik. Nənəm məni evə gətirdi. Özü aşağı mərtəbədədir. Mən əşyalarımı toplamışam. Çantama yemək və su qoymuşam. Bir də Anamın həmişə oxuduğu kitabı götürmüşəm. Axı, orda su pərisinin evi hardadı deyə göstəriblər.

22 iyun
Nənəmə məktəbə gedəcəyimi dedim amma məktəbə getmədim. Su pərisini axtarıram bu gün mən. Meşəyə çatıram artıq. Axşama qədər yol gəlmişəm.

23 iyun
Gündəliyim, yaxşı ki, yaydır. Yoxsa gecə lap soyuq olardı. Amma gecə tək qalmaqdan çox qorxdum.  Bu gün artıq axırıncı konfetimi də yedim. Amma hələ də aclığım keçmədi.
Anamı istəyriəm. Atamçün də Yox! Atamçün darıxmamışam heç Onu istəmirəm. O pisdir! O bizi istəmir...

24 iyun
3 gündür ki, nənəmdən xəbərsiz evdənm uzaqdayam.Amma bu gün çox sevinirəma artıq gölü gördüm. Amma, ona çatanda artıq qaranlıq düşmüşdü. Mən də su pərisinin yatmış olduğunu fikirləşdim və səhər gölə onun yanına getməyə qərar verdim."

-Yas mərasimində ağsaçlı bir qadın 8 yaşlı bir qızın bu sətirlərini göz yaşları içində hıçqıraraq oxuyurdu. Sonuna çatarkən özünü saxlaya bilməyərək yerə yıxıldı. Ardını yanında duran ucaboylu kişi davam etdirdi:

"25 iyun
 Su pərisi suyun altında yaşayır. Bu gün biraz çağırdım amma eşitmədi. Deyəsən, biraz uzaqdadır. Amma, mən onun yanına gedəcəyəm. Üzə bilmirəm deyə qorxuram amma, su pərisi məni görəcə. Çünki, kitabda onun evinin pəncərələrindən suyun içini görə bildiyi yazılıb. Onda mən suya girsəm biraz aşağı düşəndən sonra o məni görər və tapar və mən ondan anama görə 1 dilək diləyərəm. O da anamı sağaldar, bir də atamla danışmarıq. Anam daha həmişə sevinər. Mən də yaxşı oxuyub heç vaxt onun sözündən çıxmaram Evdə nənəmlə birlikdə yaşayarıq..."

-Ucaboylu kişi dumanlı gözlərlə son sətirləri də beləcə bitirdi. 2 cənazə yanaşı qəbirlərdə basdırıldı. İki polis isə, həmin o kişinin əllərini yenidən qandallayıb maşına apardı...





No comments: