Universiteti bitirmək və ya bitirməmək→Budur bütün məsələ?

   Xatırlayıram ki, illər əvvəl çox ağır bir şəkildə universitet imtahanlarına hazırlaşırdım. 8-9cu sinifden düz 11ci sinfe qədər bu beləcə davam etdi.
11ci sinifdə isə proqramımı daha da intensivləşdirib gün içində 18 saatdan daha çox  dərs oxuduğumu belə xatırlayıram...
   Hər nəysə, beləliklə, istədiyim balla universitətə qəbul oldum... Adindan nə edəcəyimi bilmədiyim bir ixtisasa, və nə edəcəyimi bilmədiyim bir universitətdə... Amma bura qəbul olmasaydım başqa istədiyim hansısa ixtisas da var idi ki? Düzü heç bilmirəm... Bircə bilirəm ki, yazıçı olmaq istəyirdim. Bir müddət isə jurnalistika ile maraqlanırdım... Amma sonra, gördüm ki, Azərbaycanda jurnalist olmaq olan iş deyil... Başını buraxdım. Sonra pilot olacaqdım... Sonra orda da nə isə yanlış anlaşmalar oldu, sən demə gözlərimin zəif olması problem imiş... Ən azından mənə belə demişdilər...
   Ona görə də, düşdüm mühasibat uçotu ve audit ixtisasına... Yəni, özüm seçdim... Bir növ.
Universitetə başladım. Nə isə maraqlı olacağını düşünürdüm. 1 semester-2 semester- beləcə 1 il keçdi. Hələ də bilmirdim ki, bu ixtisası bitirdikdən sonra nə işləyəcəyəm. Yay tətilində oturdum başladım araşdırmağa: "mühasibat nədir?" "mühasiblər nə işləyir" "mühasiblərin günlük işləri" və s. kimi axtarış sözləri ilə Google qardaşın başını ağrıtmağa... Videolar izlədim, məqalələr oxudum, gördüm çox sıxıcı bir kolluğa salmışam özümü. Amma geri dönüşü də yoxdur. Dövlət hesabına təqaüdlə 1 dəfə qəbul almışam və yenidən gedib imtahana girə bilmərəm... O qədər ödəniş etmək maddi olaraq mümkün deyil...Ən azından mənə görə...
 
 Çox hərləndim, fırlandım, dedim öz-özümə "zorla sevərəm də";)... Hər gün öz-özümə bu ixtisasla bağlı maraqlı nələrsə tapıb yadımda saxlamağa çalışırdım. İnsanlarla müzakirə edir və özümə bu ixtisas tam mənlikdir deyib daxilimdəki sıxıntılı hissin öhtəsindən gəlməyə çalışırdım...
   Yay tətilində kitabxanada olduğun günlərin birində, 1 dostum və yanında bir nəfər öz dostu ilə kitabxanaya gələrkən qarşılaşdım. Hal-əhval tutandan sonra onların İELTS-ə hazırlaşdıqlarını və 1 ay sonra imtahana girəcəklərini öyrəndim. Onsuz da, vaxtım bol idi. Dedim 1 ay onlarla imtahana hazırlaşım. Bəlkə lazım olar. 2-3 həftə hazırlaşandan sonra qərar verdim ki, girim imtahana. Bəlkə normal nəticəm olar. Olmasa belə, onsuz da 2 il ərzində harasa getməyi düşünmürəm. Girdim imtahana və gözlədiyimdən də yüksək nəticə aldım. Əla-möhtəşəm... Amma nə edəcəm ki, onsuz da bununla? aldım 7.5 ballıq sertifikatımı və qoydum mamanın şkafına...
1 semester da sakitcə universitetimə davam etdim...İxtisasımı sevmək strategyasında isə əməllicə qərarlı idim. Düzü 2ci il "SABAH" qruplarına qəbul olduğumçün bu dəfə təhsil səviyyəmdən narazı deyildim artıq. Amma ixtisas yenə də böyük bir sual altındadır. Sonda, gördüm zorlamaqla deyil ki... Olmur ki, olmur.  Düşünməyə başladım: bəlkə 1 il dondurum, könüllü proyektlərə müraciət edim və özümü tapım?.. Beynimdə bu cür fikirlər və qəlbimdə isə universiteti atmaq arzusu  ilə iş-universitet-ev araslnda gedib gəlirdim. 1 illik könüllü proqramları da tapmırdım ki, tapmırdım... Və prinsip olaraq, bir şeyə başlamadan isə digərindən əl çəkən biri deyiləm... Bu minvalla universitetimə davam edirdim... Yenidən başqa universitetlərə hazırlaşmaq isə ağlıma gəlmirdi... Bəlkə xaricdə oxuya və ya təqaüd taparam? Kim bilir... Amma düşünmürdüm.
   Doslarım Macarıstan dövlət programına müraciət edirdilər. Deyəsən ilk ili idi həmin il... Və ya 2ci. Gördüm bütün kriteriyalarına uyğun gəlirəm, dedim qoy sənədləri yığb mən də müraciət edim. Bəlkə keçərəm.  Yığıdım sənədlərimi başladım intervyuya hazırlaşmağa. Amma deyəsən biraz çox hazırlaşdım(mı görəsən)?..Sualların çoxuna əzbər cavab verirdim... Keçə bilmədim...Onsuz da öz universitetim davam edirdi. 3ü kursa keçdim. Sıxıcı bir şəkildə, gələcəyimlə bağlı narahatlığım, qaranlıq görünən kariyeram və özümü görmək istədiyim xəyali işimdən getdikcə uzaqlaşdığımı düşünür, və hər gün ayaqlarımı sürüyərək universitetə gedirdim... ya da ayaqlarım məni sürüyürdü...
Beləcə 3ü ilin sonuna yaxınlaşırdım ki, yenə Macarıstanda təhsil yadıma düşdü. Bu səfər də dedim: "hazır sənədlərim də var, qoy yenə müraciət edim. Tutar-tutar, tutmaz da 1 ilə onsuz da məzun oluram". Yenə sənədlərimi verdim, amma bu səfər interyuya hazırlaşmadım. Oturdum sakitcə onsuz da keçən il keçməmişəm. Güman ki, bu il də keçməyəcəyəm. Necə deyərlər, gün keçdi dövran döndü... 
   Təqaüd progamı ilə yenidən bakalavra qəbul oldum... Bu dəfə istədiyim bir ixtisasa...
1 ilə məzun olmaq və ya 4 il yenidən oxumaq? 3-4 il əziyyət çəkib 614 bal yığaraq girdiyim universiteti, sonra həvəslə başlaığım "SABAH" qruplarını və 3 illik universitet və imtahan stresini atmaqmı? Gözümə qorxulu gəldi. Heyfslənməyə başladım.
   Bir professorumun "sunk costs"-"batmış xərclər" haqqında olan leksiyasını xatırladım. Batmış xərc bir şeyə investisiya elədiyiniz zaman və maddi xərcdir ki, artıq həyata keçirilib amma heç cürə onu bərpa edə bilmirsiniz. Məsələn, biri ilə sevgili olursunuz. Onunla vaxtınızı keçirir, gəzməklərə pul xərcləyir, həmin insanla birlikdə olarkən olan stresli və emosional anlara əsəblərinizi xərcləyirsiniz. Bir gün qarşınızdakı şəxsi sevmədiyinizin, xoşbəxt olmadığınızın fərqinə varırsınız. Amma geriyə dönüb 4-5 illik birlikdəliyiniz və vaxtınıza heyfiniz gəldiyi üçün ayrıla bilmirsiniz...Beləcə daha da bədbəxt edirsiniz özünüzü də, önünüzdəkini də... Belə hallarda, "batmış xərclərin" bərpa olunmayacağını qəbul etmək və həmin vəziyyətdən bacardığınız qədər tez çıxmağa çalışmaq lazımdır. Çünki, qaldıqca xərcləriniz daha da artacaq (Zaman, fiziki və psixoloji xərclərdən söhbət gedir bu misalda, amma digər hallarda buraya maddi də əlavə olunur) və bunun sizə heç bir xeyri olmayacaq. Daha az batmaq lazımdır...
   Çox yaxşı məsləhətdir. Və məncə eləcə də davam etmək lazımdır. Mən də bunu  etdim. Nəticəsimi? Hal-hazırda yenə də 3cü kursdayam. Yenə də məzun omaq üçün cəmisi 1 ilim qalıb. 2ci kursdaykən yenə də universiteti saxlamaq və özümü "kəşf etmək"haqında düşünürdüm.
Amma bu səfər o qədər qorxu içində deyildim və özümə daha çox güvənirdim. Bilirsiniz, beynimdən nələr keçdi? Eynilə əvvəlki universitetdə keçənlər... Başladım özümle müzakirə etmeye ki, men ne üçün yenə istəmirəm davam edim? Nədir səbəbi ki, məni uzaqlaşdırır. Bu səfər tənbəllikdən başqa bir səbəb tapa bilmədim. Bu universiteti saxlasam və davam etməsəm qazanacağım heç nə tapmadım. İxtisasım? Hal-hazırda oxuduğum ixtisas və götürdüyüm dərslərim də çox maraqlıdır... Bəs nədir məni sıxan? Davam etməyimə icazə verməyən?
   Çox qəribə bir teoriya yaratdım özümdən. Universiteti bitirməyə yaxınlaşarkən, tam ortasında, insan sanki "orta yaş krizi" yaşayır. İndiyə qədər qurub-yaratdıqlarına şübhə etməyə və hər şeydən narazı olmağa başlayır. Və məntiqli bir şey tapırsa həyatını dəyişir tamamilə. Tapmırsa, olduğu kimi də davam edir və bir neçə il sonra bu kriz bitir. Universitet bitirmək də eyni teoriyadır... Daha yaxşı bir şey tapırsınızsa deməli, onun ardınca getmək lazımdır. Amma düşünməklə... Amma əgər özünüzə haqlı səbəblər verə bilmir və məntiqli bir nəticəyə gələ bilmirsinizsə, o zaman çalışıb o "orta yaş krizindən" çıxmaq lazımdır sadəcə. Mənim 2ci "krizim" sadəcə yarım il çəkdi... Çox tezliklə çıxdım mənə görə. Artıq bir ilim qalıb məzun olmağa və yaxşı ki, bu dəfə davam etmişəm... Amma yaxşı ki də, əvvəlki dəfə davam etməmişəm...
   Beləliklə, universiteti atmaq ya atmamaq? Məncə bütün məsələ qəlbinizi dinləməkdən keçmir... Bütün məsələ sadəcə qəlbiniz və beyninizi sinxronizə edərək normal və məntiqli bir nəticəyə gəlməkdən ibarətdir. Sadəcə cəsarətinizi itirməmək şərtilə...
   "Orta universitet krizi" yaşayanların hər birinə uğurlar.... Ümid edirəm. hər biriniz bu sindromdan uğurla keçərsiniz... Uğurlu keçmək onu bitirmək və ya bitirməmək yox, sizi xoşbəxt edən və gələcəyinizə xeyirli və planlarınıza, kariyeranıza sizi daha çox yaxınlaşdıran qərarı verib onun ardınca getməkdir sadəcə...



3 comments:

Anonymous said...

Maraqlı qərarlarınız olub Budilnik xanım. Həyatda bəzən özünə bir şeyi etməyi məcbur etməyəsən. Hər anını yaşayasan, hər saniyənin dəyərini biləsən... Hər nəfəs ölüm şəlaləsinə götürən qayıqda bir avar çəkmək kimidi, o avarı çəkəndə belə həzz alasan. Əgər buranı da atmaq istəsəz, deməli belə həzz alırmışsız ( umid edirəm atmarsız amma)

Sunk cost isə başqa məsələ idi...

Unknown said...

Uzun müddət sonra bloglara davam etməyini görmək xoşdur. Bu "Krizi" bu dəfə daha rahat atlatmağıva sevindim! :)

Eltaj said...

Çox sağol, Fərid :) Düzü mən də sevindim!)