7.05.2012

Zaqatalada ZƏLZƏLƏ

Bu posta hər hadisədən sonra əlavə edirəm... Saatbasaat yazıram...

09-43 Zaqatalada zəlzələ oldu. Zəlzələnin 6 bal gücündə olduğunu güman edirəm. Hal-hazırda işıqlarımız da kəsilib. Aeroportun pəncərələri partdayıb,Şixali Qurbanov adına orta məktəbin divarlarına çat düşüb, Gimnaziya və Tala 3 nömrəli məktəbdə də dağıntı qeydə alınıb. Bəzi evlərdə çatlar var.Son məlumata görə ən çox xətər Muxax və Mamrux kəndlərinə dəyib. 1 nəfərin dünyasını dəyişməsi xəbəri var. İnsanlar küçədə və açıq ərazidə qorunmağa çalışır. Hal-hazırda yenə oldu. Saat 10;35. Saat 1 radələrində daha güclü təkanın olması gözlənilir. P.S bu postu tələm-tələsik telefonla yazıram. Davam etdikcə son məlumatları verməyə çalışacağam .

Saat 19:40 artıq 6-CI zəlzələ. 5bal olardı.Aşağı kəndlərdə damlar uçub. Yəni daha güçlü olub. Biz artıq evdə yata bilmərik. Hər kəs Çöldə-bayırda yatacaq bu gecə... Davam etdikcə bu postu genişləndirəcəm...

22:02 Yeni biz zəlzələ daha... 3-4 bal olardı...

23:49----- 1-2 ballıq zəlzələ daha...


10:56-----Bizə layla deyən təkaanlarla dolu bir gecədən sonra artıq səhərdir...  Bu gün məktəblər bağlıdır. FHN yoxlamasından sonra məktəblər işləyə bilər. Bir tərəfdən də yağan yağış sanki, çöldə evsiz-eşiksiz qalanların dirəncini qırmaq üçün çalışır... Diş paatam qurtarıb aptekə gedib almağa qorxuraaam!...


9 may Artıq zəlzələ dayanıb. Təkanlar demək olar ki, hiss olunmur. Gözbarax kəndi tamamilə dağılıb. Evlər yerlə-yeksan olub.  Muxax, Mamrux və Çobankol kəndlərində də vəziyyət elə də yaxşı deyil. Şəhərdən camaat yardım toplayaraq kəndlərə gedir.
                               ALLAH HAMIMIZIN KÖMƏYİ OLSUN!

24 yorum:

Adsız dedi ki...

xahish edirik bizi xebersiz qoymayin cunki zeng elemekde mumkun deyil son melumatlarinizi gozleyirik

Adsız dedi ki...

Allah komek olsun

Adsız dedi ki...

Allah sizinlə olsun

Eltac Nur dedi ki...

Narahat olmayın.Artıq təkanlar bira azalıb amma axşama qədər evlərə girmək olmaz deyirlər. bəlkə yenə təkan olar. Bu arada eşitdiyimə görə 4 vertolyot artıq gəlib bura.

Adsız dedi ki...

cox evlere zerer deyib yararsiz veziyyetdedir insanlar evlere giemeye qorxurlar yeniden zelzele olsa ucma tehlukesi var

Zolotoy_amulet dedi ki...

Zəlzələ nəticəsində evsiz qalan sakinlər üçün çadırlar qurulacaq

Zaqatalanın Bazar kəndində evlərin 90 faizi gəzalı vəziyyətdədir.
Kəndə elektrik və suyun təchizatı dayandırılıb. 50-dən çox ev yararsız hala düşüb. Yol kənarındakı evlərin hasarları yararsız vəziyyətdədir. K.Heydərovun göstərişi ilə evsiz qalan sakinlər üçün çadırlar qurulacaq.

Adsız dedi ki...

ya v shoke

Eltac Nur dedi ki...

Mən şəxsən bugün evdə yatmayacağam...

Adsız dedi ki...

duz edirsiniz gece tekrar olarsa???????? allah saxlasin

Eltac Nur dedi ki...

Allah saxlasin. Amma Gozleyirik yene de...

Adsız dedi ki...

indice yaaxin yoldash zeng etmishdi dedi ki axirinci tekandan gucle evdekileri cixara bilib. ev temamile çoküb. Allah bağışlasın.

Adsız dedi ki...

deyilenlere gore gece guclu tekan gozlenilir ayiq olun

jyhjn dedi ki...

Allah komeyiniz olsun!!!

Zolotoy_amulet dedi ki...

Кошмааар...((( Да хранит их всех Всевышний! Только что звонили в район, говорят частенько трясёт... Люди на улицах, в дома боятся заходить... Говорят, ожидаются толчки на 23-24:00... Allah hamını xata-bəladan saxlasın...

Zolotoy_amulet dedi ki...

Вот и сейчас там трясет всю...

Adsız dedi ki...

i eshe dojdik idet

Zolotoy_amulet dedi ki...

Мои там уже спать легли говорят... так хочется, чтобы они проснулись утром в целости и сохранности... Ya Allah, sənin rəhmin gəlsin... Говорят ночью ожидаются толчки сильные... О, Всевышний, хоть бы это были всего лишь слова((( Молюсь за всех, кто сейчас там - в страхе и неведении... Allah köməyiniz olsun...

Zolotoy_amulet dedi ki...

indi necədi görəsən orda vəziyyət? kim nə məlumat bilirsə, yazın, xaiş... Мы переживаем за вас всех... Аллах вам в помощь!

İbn Kamal dedi ki...

Allah köməyiniz olsun, a bala. Mənim orda bir nənəm var. Ondan da muğayat olun ;-)

İbn Kamal dedi ki...

Allah köməyiniz olsun, a bala. Mənim oralarda bir nənəm var. Ondan da muğayat olun ;-)

Eltac Nur dedi ki...

Hələlik yaxşıdır. İnsanlar küçədə qalıb gecə. Çadır quranlar da var... Bircə yağış məsələsi...
İbn Kamal, Dövlət bizi qorumağa çalışır deyəsən :) İnşallah heç nə olmaz :)

Zolotoy_amulet dedi ki...

Eltac, gecə olubmu təkanlar?... bizimkilərə zəng eliyib düşə bilmirik, saytdada cvb vermirlər... С ума схожу от неведения...

Eltac Nur dedi ki...

Aha, olub. Bütün gecə az-az terpenmişik... Oturan yerde de 1-2 ballıq sirkeleyir ki, hele buralardayam...

Adsız dedi ki...

yene de tekanlar olur goresen deymish zerer odenilecek yoxsa ... odenildi deyiyelecek ve kime hara getdiyi bilinmeyecek??????????????? inshallah merhemetli olarlar!!!