Showing posts with label qarışıq. Show all posts
Showing posts with label qarışıq. Show all posts

Səssiz məğlubiyyətin...


Beləcə amansız və möhtəşəm payız küləyi qarşısında
Tənha və yaşlı ağacın yarpaqları kimi, tökülüb gedir günlərim.  
Hər günün ardınca baxmaq və erkən yaz yağışı tək bir damla göz yaşı axıtmaq qalır geriyə.
Bəlkə, də anlamsızdır olub-bitənləri geriyə qaytamağa çalışmaq.
Ya da xoşbəxt gələcəyə ümid etmək bəlkə də?
Bəs elə yaşamaq ümid etmək deyilmi hər anında.
Yoxsa yaşamaq sadəcə geridə qoyduqlarının peşmançılığınımı çəkməkdir hər  yeni qərarında?
Qəlbində  ümidsizlik içində çırpınarkən belə
Gücünü, cəsarətini göstərməyə çalışmaqdır həyat dediyimizin fəlsəfəsi hət məqamında.
Içində ağlayıb, üzdən gülməkdir tək çarəsi.
100lərlə insan arasında yalnız olmaq olsa belə xəstəliyin,

Mən də bilmirəm…


Darıxıram… Görəbilmədiyim dostlarım, Dərdimi deyə bilmədiyim insanlar üçün darıxıram… DArıxıram… İçimdə görə bilmədiyim, axtarıb da tapa bilmədiyim, hansısa bir zamanda itirib qoyduğum duyğularımçün darıxıram. Darıxıram. Kimdənsə ötrü və ya nədənsə ötrü darıxıram. Özüm üçün darıxıram. Mən harda itmişəm?! HArda itirmişəm özümü? Bəlkə də illər öncə səbəbsiz yerə acıqlanan və qulağımı çəkən “CANIM” müəlliməmim əllərində itirmişəm özümü? Ya da imtahanlara tək gedərkən, həyəcandan hansısa bir koridorda itirmişəm özümü? Ya da rəqs dərslərində utandığımda şkafın arxasında itirmişəm özümü? Axtarıram… Yol kənarlarında, dolmuş dəftərlərimin arasında, İllər öncə oxuduğum kitabların içində, İndi bu sətirləri oxuyan oxucunun gözlərində, hətta hər zaman ən yaxın yoldaşım olan yaştığımın altında belə axtarıram özümü… Mən hardayam?! Mən kiməm?! Nə vaxt itirdim özümü? Niyə itirdim? Niyə mən “MƏN” ola bilmirəm?! Niyə məni sevənləri görə bilmirəm?! Niyə dostlarımı anlamıram? Niyə istədiyimdə dostlarımın yanında ola bilmirəm? Axı niyə dostlarıma kömək edə bilmirəm? Niyə onlar üçün əlimdən heç nə gəlmir? Mən ki, çalışıram. VƏ üzülürəm. Hər dəfə kiminsə üzüldüyünü, qəmləndiyini gördüyümdə üzülürəm. Hər dəfə bir dostumun dərd çəkdiyini gördüyümdə üzülürəm… Hər dəfə imtahan vərəqəmi əlimə aldığımda tarixdən səhvlərimin çoxluğunu gördüyümdə belə üzülürəm…