Showing posts with label Amerika təcrübələrim. Show all posts
Showing posts with label Amerika təcrübələrim. Show all posts

FLEX mübadilə programı?


Artıq bu gündən etibarən blogumda Azərbaycandan iştirak edə biləcəyiniz müxtəlif xaircdə təhsil və mübadilə programları haqqında birbaşa həmin programların iştirakçılarından onlar haqqında məlumatları, həmin programlara necə müraciət etmək qaydalarını, iştirak şərtlərini və s. paylaşmağa qərar verdim. 

Haqqında yazacağım ilk program isə, elə özümün də iştirak edib qalibi olduğum FLEX programıdır. Başladıq: 

Həyat çox sadədir: “idman, yemək və yatmaq!” (c)


Amerikaya gəldiyimdən bəri Amerika haqqında heç bir “post” yazmamışdım. Bu yazım tamamilə Amerika haqqındadır. Daha dəqiq desək, Amerika gəncləri və həyat tərzi. Hə, əgər “həyat tərzi”  sözünü 1 sözlə əvəz etməliyəmsə, deyə bilərəm ki “idman”. Hə düzdür, İdman onlar üçün həyat tərzidir. Elə postun adı “host qardaşımın” otağında yazılan yazıdır...
 Yaşlısından tutmuş cavanına qədər hər kəs idmana maraq göstərir(məlidir). Basketball, rugby, baseball, softball, rəqs, Soccer, voleybol, güləş, qaçış, üzgüçülük, footbool (footbal əslində Amerikan footbal-udur ancaq. Bizim bildiyimiz football isə soccer adlarnır, düzdür, bir çox amerikanlar tərəfindən çox da sevilməsə belə onunla məşğul olanlar da az deyil. Amma, Azərbaycanda və ya Avropada olduğu kimi, məşhur çempionatlar keçirilmir. Amma bir də gəl American football-una bax... Hamı dəlicəsinə sevir, dəstəkləyir, çempionata isə hamı 1 nəfər kimi baxır (MALIDIR)), və nəbilim daha nələr nələr... Payız gələr məktəblər, kolleclər bir idman “sezonu”na start verərlər, qış gələr bu bitər digəri başlayar, beləcə 1 il ərzində 3 və ya 4 növ idman növü ilə məşğul ola bilərsən. Məşğul olmaq deyəndə, elə-belə də yox ha...  Özü də heç oyan-buyana getməli belə deyilsən, elə məktəbim və ya kollecin özündəcə.