26.07.2015

Korea mübadilə programı və mən (1ci hissə)

  Başqa bir mübadilə programım və tamamilə başqa bir semester. Bu dəfə, öncəkinin tam əksi bir dünyada: Gözəl Korea-da.
  Bu ölkəyə mən başqa cür xitab edə bilmirəm... Hətta bir nöütədə gözəl sözü belə əksik qala bilər məncə. Normal şərtlərdə “korea fan” deyilən bu ölkənin fanatları ilə heç bir qarışıqlığım yoxdur sadəcə olaraq Korea haqqında 3 “korea fan” dostumdan bir qədər məlumatım vardı. Amma, belə bir ölkənin mövcudluğu və ordakı “k-pop” və “fashion”dan başqa bildiyim bir şey yoxdu onun haqqında. Ta ki, bu mübadilə programıma qədər.

24.01.2015

Heç nəyin sorğu-sualı


                                                                Boş yazı



Bu gün heç nədən yazmaq istədim. Otağın küncündəki heç nədən. sakitcə oturub ordan günlərcə həftələrcə bizə baxan heç nədən.
boşluqdan.
düşüncəsiz bir boşluqdan hansı ki, inanmaq istəmir heç bir görmədiyinə. inanmır. sadəcə eşidir.
Bu dəfə yazım dedim. amma yazarkən düşünüm, məqsədsizcə davam edim yazmağa.
Heç oturub özünüzə sual vermisinizmi ki, nə edirsiniz? Bir şey edirsiniz və bunu niyə edirsiniz? Nə etmək istəyirsiniz?
düşünmüsünüzmü həyat məqsədləriniz haqqında?
Bİlirsinizmi ki, 5 il-10 il-15 il sonra harda? necə? nə cür? kiminlə? olmaq istədiyinizi?
Bilirsinizmi həyat məqsədiniz nədir? Və yaxud da varmı məqsədiniz?
İnsanlara kömək edirsinizmi?
Ən son nə zaman 1 nəfərə kömək eləmisiniz? sadəcə yoldan keçən 1 dilənçiyə pul verməkdən getmir söhbət. Həqiqətən nə vaxt axırıncı dəfə kiminsə həyatını dəyişdirəcək bir şeydən danışıram. ELə bir şey ki, həmin insan sonra yaxınlaşsın və "sənsiz bacarmazdım" desin. Ümumiyyətlə eləmisinizmi belə bir şey?
Yoxsa, özünüzü düşünməkdən siz də mi, başqalarına vaxt ayırmağı unutmusunuz? O qədər öz dərdlərinizə acımısınız ki. başqalarınınkı sizə boş bir şey kimi gəlib. O qədər özünüzlə məşğul olmusunuz ki, başqaları gözünüzə belə görünməyib.
Bilirəm, bilirəm, bunların hamısı öz problemlərimizin çoxluğundan irəli gəlir. Əminəm ki, belədir. Başqa necə də ola bilər ki? yoxsa heç yaxşılıq mələklərinizi qaçırmağı düşünərsinizmi?  Əlbəttə ki yox.
bəs problemləriniz çoxdur deyirsiniz, elə isə axırıncı dəfə nə zaman özünüzə vaxt ayırmısınız? NƏ vaxt qaynar bir düş alıb, sonra əlinizdə bir kitab saatlarla oxumağa vaxt tapmısıınız? nə vaxt, doyunca yuxulayıb sonra isə bir neçə gözəl bir film izləyib, bir qaçışa və ya yürüyüşə çıxmısınız?
Bunları da emtəmisiniz? Hə, düzdür axı, bunlar sizin problemlərinizi həll etmək üçün kifayət deyillər. Sizin problemləriniz daha böyük qayğılarınız daha çoxdur axı...
Sevdiklərinizi də unutmusunuz yəqin öz qaçhaqaçınızla.
heç olmasa yaxınınızdadırlarsa, gedib bir qucaqlayın, öpün, oxşayın onları. Nə istəyir olsun, necə istəyir olsun, qeyd-şərtsiz sizin yanınızda olacaq yeganə şəxsləri də itirməyin.

7.07.2014

Depressiya üstün gəldiyində, siz onu altdan alın ;)


Bəzi zamanlar bir boşluq hiss edərik-anidən gələn. Bir müddət sonra çox zaman hər şey nomallaşar. Amma, bəzi vaxtlar isə bu boşluq hissi daha da dərinləşər və bizə bir çıxış yolu buraxmaz və bu zaman özümüzü ən zəif hiss edərsiniz.
Siz tək deilsiniz. Bu hisslər hər kəsə tanışdır.

1.07.2014

EVS (Avropada könüllülük programı)

1)Qısaca program haqqında:

EVS – European Voluntary Service, Avropa Könüllülük xidməti. 18-30 yaşlı gənclərin öz ölkələrindən fərqli ölkədə könüllü şəkildə bir layihədə iştirakıdır, bu mədəni, ətraf mühit, uşaqlarla, gənclərlə, yaşlı və ya qüsurlu insanlarla iş ola bilər. 2 -12 ay arası müddət dəyişə bilər, bir şəxs 12 aydan artıq EVS könüllüsü ola bilməz. EVS prosesində 3 tərəf iştirak edir, könüllü, göndərən təşkilat (sending organization) və qonaq edən təşkilat (hosting organization). Proqramda iştirak edən ölkələrdən biri ya Avropa Birliyi üzvü ya da üzvlüyə namizəd olmalıdır.

30.06.2014

Universitetin 1ci ili sağ qalmaq uğrunda mübarizə

  Çoxunuun bildiyi və yaxun da bəzilərinin də bilmədiyi kimi bu il universitetimin 1ci kursunu başa vurdum.Universitet dövründə  az ya da çox şey öyrəndim əmin deyiləm. Amma əsas məsələ universitetdə necə sağ qalmağı öyrəndim və hal-hazırda bu postumda da bunu necə etdiyimi açlq açlq izah edəcəm ki, bəlkə kiməsə köməyi oldu.

28.06.2014

Şəxsi bağlılıqlarımız

Bir neçə vaxtdır ki, insanların necə bir birindən asılı olduqlarını və bu asılılıqdan necə xilas olmaq olar deyə düşünürdüm. Bəli, insanların bir-birinə və ya hər hanşı bir şeylərə olan mütləq və ya nisbi asılılıqlarını nəzərdə tuturam.
Elə başlayaq ən sadə şeylərlə olan müqayisədən. Məsələn: birinin siqaretə olan asılılığından və ya digərinin günəbaxan tumuna,bir digərinin telefona,başqasının isə facebook, tvvitter və başqa bu kimi sosial şəbəklərə olan asılılıqlardan. Bunlar cansız şeylərə olan asılılıqlarımızdır. Və bunların çox zaman bizimçün heç bir xeyri olmadığını hiss etdiyimiz anda onlardan qurtulmağa çalışırıq. Səbəb: Səbəbi isə odur ki, onlar bizim vaxtımızı almaqla yanaşı, şəxsi azadlığımıza da bir növ təsir göstərir müəyyən vaxtdan sonra onlarsız özümüzü təsəvvür etməməyə başlayırıq.
Bəs bu fikirlər-duyğular deyək bəlkə də, insanlara olan asılılığımızdan-bağlılığımızdan da yarana bilmirmi? Biz insanlardan asılı olduqca, onların istəklərinə uyğun davranmaq məcburiyyətində qaldıqca öz şəxsi azadlığımızdan vaz keçmiş olmuruqmu?

27.04.2014

UGRAD-Amerikada təhsil programı

 Uzun müddətdən sonra da  olsa, bir xaricdə təhsil programı:UGRAD haqqında yazdım.Ümid edirəm ki, köməyi dəyər  :) Uğurlar!!! :D
1) Program haqqında:
UGRAD proqramı (Undergraduate exchange student), IREX (beynəlxalq araşdırma və tələbə mübadiləsi) təşkilatı tərəfindən həyata keçirilən, Amerika təhsil və mədniyyət bürosu tərəfindən maliyyələşdirilən mədəniyyət və təhsil proqramıdır. Bu proqram birinci, ikinci və üçüncü kurs tələbələrinə müəyyən imtahanları müvəffəqiyyıtlə verdikdən sonra Amerika univeristet və kolleclərində bir il full scholarshiup alaraq (ödənişsiz) təhsil almaqla yanaşı mədəni mübadilələrin reallaşmasına imkan verən ən uğurlu proqramlardan biridir. Səhv elemirəmsə 90cı illərin əvvəllərindən bu proqram Azərbaycanda fəaiyyət göstərir və indiyədək Azəırbaycan tələbələrinə bu imkani verir.

9.03.2014

"Erasmus"-Avropada təhsil programı

 Bu günkü Blogpostum "Erasmus" programı haqqındadır. Həmin program iştirakçısına sizi maraqlandıra biləcək sualları verərək proqrama necə müraciət etməyi nisbətən aydınlatmağa çalışdım. Ümid edirəm ki, sizinçün çooox köməyi olacaq:)

1) Qısaca program haqqında : Erasmus Mundus(adını Belçikalı görkəmli alimin adından alıb) 1-2  semestr ve ya Tam təhsi l(Full Degree) verə bilən bir tələbə-mübadilə programıdır.
2009-cu ildən bəri fəalliyyət göstərir və Azərbaycanın da daxil olduğu Cənubi Qafqaz Regionu, Ukrayna və digər Avropa birliyine daxil olmayan bəzi ölkələrin universitetlərində oxuyan tələbələrin oxuduqlari bölüm üzrə uyğun olan Avropa Birliyi ölkələrindən birində (əksi də mümkündür) təhsillərini davam etdirmələri üçün yaradılmışdır
Hər il təxminən 100-ə yaxın şanslı tələbə bu programdan yararlana bilir.

23.02.2014

FLEX mübadilə programı?


Artıq bu gündən etibarən blogumda Azərbaycandan iştirak edə biləcəyiniz müxtəlif xaircdə təhsil və mübadilə programları haqqında birbaşa həmin programların iştirakçılarından onlar haqqında məlumatları, həmin programlara necə müraciət etmək qaydalarını, iştirak şərtlərini və s. paylaşmağa qərar verdim. 

Haqqında yazacağım ilk program isə, elə özümün də iştirak edib qalibi olduğum FLEX programıdır. Başladıq: 

26.11.2013

Adsız düşüncələr

Gəlin bugün arzulardan danışaq... Hansı ki, reallaşdıra bilmədiyimiz arzulardan...
Xəyallardan danışaq... Hansı ki qurmağa belə risk etmədiyimiz xəyallardan...
Gəlin duyğularımızdan danışaq... Sırf incinməsin deyə dəmir qutularda saxladıqlarımızdan...
Hər dəfə pəncərədən baxanda qarşımızda ucalar qəhvəyi binalardan...
Bozarmış səmadan... Artıq rəngə gəlmiş havadan da danışa bilərik artıq...
İnsanların solğun-əzgin-sallanmış sifə
tləri necədir sizin üçün?
Deyəkmi onların da şərəfinə bir tost bəlkə?
yoxsa düşünmədən qırdığımız ürəklərmi olsun bugünkü sözümüz-söhbətimiz?