Bu posta hər hadisədən sonra əlavə edirəm... Saatbasaat yazıram...
09-43 Zaqatalada zəlzələ oldu. Zəlzələnin 6 bal gücündə olduğunu güman edirəm. Hal-hazırda işıqlarımız da kəsilib. Aeroportun pəncərələri partdayıb,Şixali Qurbanov adına orta məktəbin divarlarına çat düşüb, Gimnaziya və Tala 3 nömrəli məktəbdə də dağıntı qeydə alınıb. Bəzi evlərdə çatlar var.Son məlumata görə ən çox xətər Muxax və Mamrux kəndlərinə dəyib. 1 nəfərin dünyasını dəyişməsi xəbəri var. İnsanlar küçədə və açıq ərazidə qorunmağa çalışır. Hal-hazırda yenə oldu. Saat 10;35. Saat 1 radələrində daha güclü təkanın olması gözlənilir. P.S bu postu tələm-tələsik telefonla yazıram. Davam etdikcə son məlumatları verməyə çalışacağam .
Saat 19:40 artıq 6-CI zəlzələ. 5bal olardı.Aşağı kəndlərdə damlar uçub. Yəni daha güçlü olub. Biz artıq evdə yata bilmərik. Hər kəs Çöldə-bayırda yatacaq bu gecə... Davam etdikcə bu postu genişləndirəcəm...
22:02 Yeni biz zəlzələ daha... 3-4 bal olardı...
23:49----- 1-2 ballıq zəlzələ daha...
10:56-----Bizə layla deyən təkaanlarla dolu bir gecədən sonra artıq səhərdir... Bu gün məktəblər bağlıdır. FHN yoxlamasından sonra məktəblər işləyə bilər. Bir tərəfdən də yağan yağış sanki, çöldə evsiz-eşiksiz qalanların dirəncini qırmaq üçün çalışır... Diş paatam qurtarıb aptekə gedib almağa qorxuraaam!...
9 may Artıq zəlzələ dayanıb. Təkanlar demək olar ki, hiss olunmur. Gözbarax kəndi tamamilə dağılıb. Evlər yerlə-yeksan olub. Muxax, Mamrux və Çobankol kəndlərində də vəziyyət elə də yaxşı deyil. Şəhərdən camaat yardım toplayaraq kəndlərə gedir.
ALLAH HAMIMIZIN KÖMƏYİ OLSUN!