Kimdir günahkar?!…

Onlar bir-birlərini sevərək evlənmişdilər. 2 övladları dünyaya gəlmişdi. Amma, sevgiləri çox azalmışdı. Artıq bir-birlərini dinləmək istəmirdiliər.
Xüsusən də əri arvadının paltarlarına qarışması evdə böyük problem idi. Axı arvadı gödək ətəklər geyinmək, makyaj eləmək və saçlarını gündə bir rəngə boyamaqdan çox xoşu gəlirdi. Axı həm də əri onu belə sevmiş və onunla belə evlənmişdi. İndi nə dəyidi axı?! Bu onu çox sıxırdı… Amma, övladlarına görə qalmağa məcbur idi. Bir gün isə o artıq qərar verdi. Uşaqlarını da götürüb evi tərk edəcəkdi. GEcəykən ərinin yuxuda olduğu bir vaxt uşaqların hər ikisini geyindirdi və sakitcə evdən qaçırdı. Səhər Əri oyandığında “lələ köçmüş yurdu boş qalmışdı”. Evə heç kim yox idi. İşin nə yerdə olduğunu anladı və dərhal onları axtarmağa başladı. Ancaq tapmadı. Birbaşa polisə müraciət etdi. Axı o da övladlarını çox sevirdi… Bir neçə ay sonra boşanmağa qərar verdilər. Amma uşaqlardan biri anasında biri isə atada qalmalı idi. Axı onların hər ikisi hər iki uşağın özündə qalmasını istəyirdi. Amma məhkəmə qərarı belə idi: oğlu anada, qız isə atada qalacaqdı… Və onlar o qədər qalmaqallı ayrılmışdılar ki, məhkəmə uşaqların görüşməsinə sadəcə ildə bir dəfə yay tətillərində icazə vermişdi. İldə sadəcə bir dəfə...

Hərəsi başqa şəhərdə yaşamaöa qərar verdilər. İldə bir dəfə isə uşaqları görüşdürəcəkdilər.
Hər şeyə qərar verildi... Hər biri öz həyatını yaşamağa başladı... Ana işə düzəldi... Artıq o övladını görməsə belə istədiyini geyinir istədiyini edir və istədiyi yerə də gedirdi. Qumara da başlamışdı...
Atası isə daha çox pul qazanırdı... Başqalarının günahlarına girmək bahasına pul qazanırdı... Heç biri övladının dərdini o birinə demirdi. Sonra pis baxdığına görə günahkar ola bilərdi. 1 il beləcə keçdi... Yay tətilində uşaqlar görüşdülər. Bir birlərini o qədər çox istəyirdilər ki... Anası qızını atası oğlunu gördü.
Sonra təbii ki yenə də ayrıldılar.
Ata qız, ana-oğul öz həyatlasrına davam etdilər.
Atası qızın anasına qızının böyrək çatışmazlığı problemi olduğunu deməmişdi. Qızın xəstəliyi isə get-gedə ciddiləşirdi. Artıq ona böyrək nəqli lazım idi. Xəstəxanalarda isə ona lazım olan böyrək tapılmırdı.. Atanın çoxlu pulu vardı. O, organ mafiasına müraciət etməyə qərar verdi... Baqasının canına zərər etsinlər amma qızı sağalsın...Aylar keçdi... Hələlik bir nəticə çıxmamışdı.
Ananın isə qumar borcu get gedə artırdı... Artıq evini satıb kirayədə qalırdılar. Bir gün qumar borcunu ödəyə bimədiyinə görə alacaqlılar oğlunu qaçırdılar. Sağlam oğuldur. Tam organ mafiasının işinə yarayacaq tipdən. Uşağı satdılar... Organ mafiası da qəşəngcə bacısı üçün onun böyrəyini çıxardı... Qeyri-steril əraitdə kir pasda uşağı əməliyyat etdilər. Böyrəyini çıxarıb özünü də atdılar evlərinin qapısına...
Qızı isə qəşəngcə əməliyyat etdilər. Tər-təmiz şəraitdə. Axı o varlıdır... Bir neçə vaxt sonra o sağaldı..
Qız sağaldı... Amma nə atasının nə də özünün xəbəri yoxidi ki kimin qardaşının canı bahasına o öz sağlamlığına qovuşub... Bəli canı bahasına. Çünki qardaşı həm də mikrob qapmışdı. VƏ bu mikrob bir neçə ay sonra onun ölümünə səbəb olmuşdu...
Yay tətili gəldi yenə də...Ata oğlunu görmək istəyirdi... Qadın bunu necə deyəcəyini bilmirdi... Axı oğlu ölmüşdü...
Hər şeyi tam başdan danışmağa qərar verdi... VƏ danışdı da... Ata isə qızının xəstəliyini danışdı... Həkim demişdi : bu böyrək kimindirsə deyəsən qan qohumluğu var. Qıza çox yaxşı uyğun gəlir. Deməli oğlunun imiş...
İndi o neyləsin? Hardan bilərdi ki, məhz oğlunun canını təhlükəyə ataraq qızını xilas edəcəkdi?!
Bəs ana?! O hardan bilərdi ki, bir qumar oyunu övladının canına bədəl ola bilər?
Axı onlar hardan bilərdilər ki sadəcə bir ayrılığın bu qədər böyük bir fəsadı olar?! Bir oğul! Bir oğula bədəl ola bilər?!
Günah kimdədir?! Qısqanc atada, yoxsa övladlarını “azadlığa” dəyişən anada?
Ya bəlkə başqasının canını heçə sayaraq puluna güvənib sadəcə qızının canını xilas etməyə çalışan atada?! Yoxsa qumarbaz anada?
Bəlkə də onların ayrılmağına qərar verən məhkəmədə?! Əlbəttə məhkəmədə. Axı ana-atada nə günah ola bilərki... Bütün günah məhkəmənindir... Güya məhkəmə onların ayrılmasına qərar verməsə imiş onlar ayrılmayacaqlarmış və hər şey də belə olmayacaqmış...
Bəs görəsən həqiqətən günah kimdədir?!

No comments: