"30
may
Əziz
günlüyüm, 2-3 yaşım olanda anam və atam lap yaxşı idilər. Amma indi hər gün
mübahisə edirlər. Bu gün yenə mübahisə etdilər. Atam elə möhkəm qışqırırdı ki...Deyəsən
yenə də içkili idi.
1
iyun
Bu gün
uşaq günüdür. Atam və anamla parka
getdik. Sonra 1 dayı gəldi və atamla söhbət etməyə başladılar. Sonra atam bir qədər
uzaqlaşdı. Atam dayıya bir qədər puı verdi. Deyəsən dilənçi idi.
Sonra
ikisi də yanımıza gəldilər və ayrılanda dayı atama : “oynayanda yaxşı idi”...
dedi. Böyüklər də oyun oynuyurlarmışe. Görəsən onlar da ev-ev oynayırlar?
5
iyun
Artıq 2
gündür ki, atamla anam bir-birinin üzünə baxmırlar. Deyəsən, artıq heç sevmirlər
bir-birlərini.
Bu gün dərsdə
də onlar haqqında fikirləşirdim ki, müəllim adımı çağırıb dərsə qulaq
asmadığımı dedi. Anama şikayət edəcək deyəsən... Xahiş etdim ki, bir də olmayacaq...
Məncə, xahişimi qırmaz. Anama bunu edə bilmərəm, Son günlərdə çox dərdli
görünür.
8
iyun
Əziz
günlüyüm kaş ki, insan olardın. Kaş ki, yanımda olardın və mənə kömək edərdin. Bu
gün çox pis şeylər baş verdi evdə. Atamla anam yenə də həmişəki kimi mübahisə
edirdilər və mən də qapıdan onlara baxırdım. Anam nə isə dedi və atam onu itələdi.
Anam geriyə-geriyə getdi pilləkənlərdən yıxıldı. Sonra atam tez aşağı düşdü. Mən
də otağımdan çıxdım. Atam üstümə qışqırdı ki, tez otağıma qayıdım. Amma anamın
hər tərəfi qan içində idi. Onu heç vaxt belə köməksiz görməmişdim.
Sonra səslər
eşitdim. Deyəsən həkimlər gəldilər. Tez otağımdan çıxdım. Atam onların yanında
məni də pilləkənlərdən itələyə bilməzdi ki... Tez qaçdım həkimlərin yanına. Və
indi xəstəxanadayıq.