Albalı
ağacı vardı həyətimizdə. Böyük çətiri, iri gövdəsi vardı...
İlk
baharda yaşıllaşar-çəhrayılaşar, payız gələndə saralar-bozarardı hər zaman.
Bəzən
yanılardı-səhv salardı fəsilləri... qışda erkəndən oyanar, bəzənərdi çiçəklərlə...
Qarşıdan
gələn şaxtadan xəbərsiz sevinərdi öz-özünə...
Sonra
ani sərt bir çovğun uyudardı onu yenidən...
Hər
zaman tələsərdi... Ən tez çiçəkləyərdi-bəzəyərdi ətrafı,
Oyadardı insanların donmuş duyğularını şən görünüşüylə...
Çağırardı
ətrafına quşları, böcəkləri,
Yazın
şirin nəfəsində baş-başa verib oxuyardı şirin nəğmələr...
Yay
keçər al-qırmızı albalılar dərilərdi kiçik əllərlə, üstünə çıxan 2 dəcəl. şən
uşaq tərəfindən:
“mənə
də-mənə də!”-deyərdi 1i həmişə...