3.08.2011

Hər zaman geriyə dönmək üçün də risk etmək olar...

O çox xoşbəxt idi. Azadcasına dağ dərə demədən gəzib-dolaşırdı... Yanında nə bir dostu, nə də arxasında düşməni vardı... Həyat onunçün həddindən artıq azad, rahat və qayğısız keçirdi. Düşünürdü ki hər şey belə də olmalıdır... Nə vaxtsa, nələrinsə dəyişəcəyini, Nələrinsə pisləşəcəyini və ya hər şeyin daha gözəl ola biləcəyini ağlına belə gətirmirdi... Həyatı yalnız bir şeydən ibarət idi...Qayğısızlıq...
Bu dağdan o dağa, Bu təpədən o təpəyə atılıb düşürdü.
 Və yenə də elə qayğısız keçən günlərdən biri idi. Yenə də səhər durdu. Səhər yeməyini otladı və gəzməyə başladı. Bu gün nə isə biraz sıxıcı keçir deyəsən günü. Qaçır amma maraqsız görünür ətrafındakı dağlar. Gəzir ayağının altındakı torpaq onunçün heç də əvvəlki hissi vermir nədənsə... Ətrafına baxdı. Bu nədir belə? Onun sevincini paylaşacağı, dərdini bölüşəcəyi kimsəsi yoxmuş axı. Onun da özü kimi birisinə ehtiyacı var imiş. O da deyəsən yalnızlıqdan bezibmiş. Amma bunu hələ də kəşf edə bilmirmiş. Həyatında nələrinsə əksik olduğunu hiss etsə də nə olduğunu bilmirdi. Sonda anladı.

 İndi isə həqiqətən özünə yoldaş lazım olduğunu, Yalnızlığın ağırlığını anladı... Sürüsünə dönməyin nə qədər böyük xoşbəxtlik olabiləcəyini anladı. Tərk etdiklərinin onun üçün nə qədər üzüləbiləcəyini anladı. Geri dönməyin nə qədər böyük bir sevinc olabiləcəyini anladı... Ayağına bir tikan batdı. Bu onun qüsursuz həyatında qarşılaşdığı ilk çətinlik idi... Çalışdı, bacarmadı... Bu tikanı çıxarda bilmədi... Heyf... Üzüldü... Çox üzüldü... Bir daha dostlarının dəyərini anladı... Əgər indi sürüsündə olsaydı və əgər indi dostları ilə olsaydı... Hər şey.... Daha fərqli olardı bəlkə də... Xatırladı... Bir gün buynuzu ağaca ilişmişdi. Gecə çox qaranlıq olmasına baxmayaraq dostları onu axtarmaqçün ardınca gəlmişdilər. Onu xilas etmək üçün. Deməli onlar üçün o dəyərli imiş. Deməli onlar onu sevirlərmiş həqiqətən. Amma o nə etmişdi?! Sadəcə dostlarını acılamışdı ki, nə üçün gəldiniz? Mənki özüm edərdim?! Məni yalnızca niyə buraxmadınız? Nə üçün axı məni qoymadınız özüm həll edim məsələmi? Siz heç Keçiyə rahatlıq verməzsiniz eee!!! Bəsdirin! Sizsiz qalmaq istəyirəm! Yalnız qalmaq istəyirəm!!!MƏəəəəəəəə--- Demişdi. Və dostlarının qəlbini çox qırmışdı... Kaş ki, etməzdi belə. Bəlkə indi bu gözəllikləri bölüşəcəyi biriləri olardı onun həyatında... Kaş ki, etməyəydi bəlkə onda onun ayağının ağrısını paylaşacağı birisi olardı həyatında... İndi yalnızdı. Əvvəl arzuladığı yalnız həyatı artıq onun əllərində idi... Amma o bunu istəmirdi... O da dost istəyirdi!!! Bir neçə vaxt əvvəl acıladığı, qəlblərini qırdığı dostlarının yanında olması üçün indi o nələr etməzdi ki?!  
Bəs indi nə etsin? Geriyə dönmək çarədirmi görəsən? Görəsən dostları hələ də onu bağışlamağa hazırdırlarmı? Onlar görəsən hər şeyi unudaraq yenidən onu öz aralarına qəbul edəcəkdilərmi? Bəlkə də... Amma bunu öyrənmək üçün hər zaman bir yol var... Geriyə dönmək. Hər şeyə rəğmən geriyə dönmək və peşmançılığı boynuna almaq... O da bunu etdi... Geriyə döndü. Bütün qapılar onunçün hələ də açıq idi. Hər kəs onu səbirsizliklə gözləyirmiş və hamı onunçün o qədər çox darıxıbmış ki...
O bunu gözləmirdi. Düşünürdü ki, hər kəs onu unutmuş olar. Hər kəs ona arxasını çevirmiş olar... Amma, geri dönmək mümkün imiş. İndi o daha xoşbəxt idi. Düzdür o yalquzaq günləri, hər şeyi tək-tənha edəbiləcəyi və yalnızca yaşayacağı günlər yox idi artıq onunçün. Amma indi o daha xoşbəxt idi. Çünki yanında dostları vardı. Sevincini paylaşa biləcəyi dostları. Kədərini bölüşə biləcəyi dostları. Onu həqiqətən sevən dostları... Bu onunçün hər şeydən üstün idi artıq... Bunu heç nəyə dəyişməyəcəkdi... Bir daha kimsənin xətrinə dəyməyəcəkdi...

10 yorum:

Adsız dedi ki...

Doğurdanda yalnızlıq çox ağırdı.İnsan həm xoş,həmdə çətin günüqndə yanında kimlərisə axtarır.

Eltac dedi ki...

Və sonda isə yanında kiminsə olduğunu gördükdə isə çox sevinir :)

daypoint dedi ki...

eslinde heckim yalniz deyil bu heyata.yalniz oldugunu iddia edenler sadece dogru insanlari gormey istemir..

Eltac dedi ki...

Düzdür. Bəzən ətrafımıza baxıb bizi sevən insanları da görmək üçün cəhd etməliyik...

Murad dedi ki...

Bizi sevən insanları tapmaq üçün əvvəlcə özümüz sevginin nə oldugunu anlamalıyıq.. Necə deyərlər əvvəlcə özümüz sevməliyik ki bizidə sevsinlər

Eltac dedi ki...

Əlbəttə düzdür. Əgər biz gözlərimizi yumub, hamıya nifrət edərək şikayətlənsək ki, heç kim bizi sevmir əlbəttə sevməyəcəklər də! Biz birinci dost olmaq üçün cəhd etməliyik ki, dostumuz olsun...

veliyevt dedi ki...

Eladir...Beli yalnizligi hec kime arzulamiram.Eger yalnizsansa caliw ki bunu deyiwesen....

Eltac dedi ki...

Əlbəttə ki, YAlnızlığı bölüşsən əgər, bu artlq yalnızlıq olmaz. Və ot=rtada problem də qalmaz...

Qilinc dedi ki...

Mencede heckes yalniz deyil , sadece ozunu bele hiss edir. Gozel movzu idi , teshekkurler

Eltac dedi ki...

DƏyməz :) Bəyəndiyinizə sevindim :)