Korea mübadilə programı və mən (1ci hissə)

  Başqa bir mübadilə programım və tamamilə başqa bir semester. Bu dəfə, öncəkinin tam əksi bir dünyada: Gözəl Korea-da.
  Bu ölkəyə mən başqa cür xitab edə bilmirəm... Hətta bir nöütədə gözəl sözü belə əksik qala bilər məncə. Normal şərtlərdə “korea fan” deyilən bu ölkənin fanatları ilə heç bir qarışıqlığım yoxdur sadəcə olaraq Korea haqqında 3 “korea fan” dostumdan bir qədər məlumatım vardı. Amma, belə bir ölkənin mövcudluğu və ordakı “k-pop” və “fashion”dan başqa bildiyim bir şey yoxdu onun haqqında. Ta ki, bu mübadilə programıma qədər.


 Əvvəlcə mübadilə programım və onun şərtləri haqqında qısaca məlumat verim maraqlananlara: Bu mübadilə Koreanın “İnternational School of Business” universiteti və Azərbaycanın “İqtisad Universiteti” arasındakı saziş əsasında həyata keçirilir (Sizin universitetinizdə də belə bir müqavilənin olub-olmamasını universitetinizin beynəxalq əlaqələr şöbəsindən öyrənə bilərsiniz). Hər il tələbə limiti 2-dir. Onlardan birinin əgər kriterialara cavab verərsə, xərclərinin Korea dövləti tərəfindən qarşılanması mümkünlüyü yüksəkdir. Yaz və ya payızda universitetə sənədlərinizi təqdim edirsiniz, və bundan sonra sadə bir seçim mərhələsindən sonra sizin sənədləriniz referansla Koreadakı universitetə göndərilir. Ondan sonra Koreadakı universitet də sizi qəbul edərsə, o zaman siz rəsmi olaraq “mübadilə programı tələbəsi”siniz amma Korea dövlər programı tələbəsi yox hələ. Amma öz hesabınıza dəqiq olaraq təhsilinizi Koreada davam etdirmək şansı əldə edirsiniz.
Bu mərhələdən sonra isə 80 faizdən yüksək ortalaması olan (və ya daha yüksək ortalaması olan əgər hər iki kandidatda 80dən yuxarıdırsa) tələbənin sənədlərini Korea dövlətinə təqdim edir. Bu əvvəlki mərhələyə nisbətən daha uzun bir müddət çəkir. Əgər siz programa qəbul olunsanız, sizin səfər xərcləriniz, siğortanız və bir də aylıq stipendiya ilə təmin olunursunuz. Bundan əlavə sizin müraciət etməkçün 2 koordinatorunuz olur: Biri bütün mübadilə programının iştirakçıları olan tələbələrlə işləyən koordinator, bir də dövlət programından sizinlə məşğul olacaq “görəvli”. Normalda hər hansı bir probleminiz olduğu təqdirdə onların hər ikisi sizə canla-başla kömək etməyə hazırdırlar.
Bütün bu prosesləri keçdikdən sonra siz artıq Koreaya getmək üçün çemodanlarınızı toparlamağa başlaya bilərsiniz. Qarşınızda isə tam fərqli və gözəl bir təcrübə olacaq.
 Əvvəlcə universitetim haqqında danışım: Universitet Woosong universitetinin nəzdində bir universitetdir və Soldbridge sırf olaraq xarici tələbələrə fokuslanıb və hətta son bir-iki ilə qədər yerli Korealı tələbələrin oraya qəbulu belə yox idi. Buna görə də universitetin həm professor heyyəti həm də tələbələri çox rəngarəngdir və siz özünüzü tam bir global məkanda hiss edəcəksiniz. Bildiyiniz bütün dilləri burada hər gün istifadə edəcəyinizə əmin ola bilərsiniz və bir də bildiyiniz bütün stereotiplərinizi qıracağınıza da həmçinin.

  Lakin, universitetdən çıxdığınız an vəziyyət dəyişir: danışdığınız dil sadəcə Korea dili ilə limitlənir əgər şanslısınızsa qarşınıza ingilisdilli birisi çıxarsa nadir hallarda ingilis dilindən də istifadə edə bilərsiniz amma az hallarda. İndi isə mənim kimi, Korea dilini bilməyən birinin halını təsəvvür etmək yəqin ki, heç də çətin olmaz. Mimikalar, jestlər və isimlərdən ibarət məburi “söhbətlər”. Amma qorxmayın, bunun da öz əyləncəsi var. Korealılar kimi mehriban insanlarla xüsusilə də çox. Onlara yolda yaxınlaşdığınızda, əgər qaçırlarsa, əmin olun ki,bu cavab vermək istəməmələrindən deyil, ingilis dilini bilmədikləri və sizinlə danışmağa utandıqları üçündür. Amma, sizin suallarınıza cavab verməyə hazır olan, lakin dil bilməyən biri ilə “söhbət” məncə çox keyifli bir şeydir və əmin olun ki, bu zaman onlar, sizə bacardıqlarından daha artıq kömək etdiklərinə əmin olmayana qədər sizi yalnız buraxmayacaqlar. Hətta bir yerə gedəcəksiniz və yol soruşursunuzsa, əl-qolla izah edənlərlə yanaşı, sizi getdiyiniz yerə qədər aparan gözəl insanlarla tanış olmağınız günlərinizə xüsusi rənglər qatacaq.
Səmimi amma bəzən həddindən artıq emosinal olan Korealılarla, əgər mənim kimi insbətən soyuq temperamentli birisinizsə, bir qədər “emosional breakdown” (emosional çöküş-amma daha yüngül mənada) yaşaya bilərsiniz bir nöqtədər sonra buna hazır olun. İnsanlar xoşbəxtdirlərsə, çox xəşbəxt, əgər qəmlidirlərsə 1 dəqiqə içində göz yaşları arasnda itkin düşə biləcək qədər güclü bir duyğusallığa malikdirlər. Çalışın rəftar edərkən diqqətli olasınız bəzi hallarda.
  Bundan başqa məncə tipik və ənənəvi Azərbaycan ailəsindən və qayda-qanunlarından çıxmış birisi üçün Koreadakı ailə hiyerarxiyasının çox da fərqli gəlməyəcəyini düşünürəm. Ölkə nə qədər də Amerikaya meyilli bir siyasət aparsa da insanlar ailədaxili qaydalarına tam şəkildə sarılıb onu yaşatmağa davam edirlər. Qadınlar xanım kimi olmalı, kişilərsə söz sahibi olmağı sevmələri ilə seçilir. Qadın kişi bərabərliyi o qədər də keçərli deyil əslində. Bundan əlavə yaşlılara olan xüsusi sayğı və onların sözlərinin heç bir zaman qulaqardına vurulmaması kimi bir şeylər də buna bir əlavədirlər. Hətta şirkətlərdə belə bu yaş hiyerarxiyasına xüsusi fikir verilir: məsələn, şirkətdə və ya universitetdə daha yüksək vəzifədə yaşca daha böyük olan şəxsin olması daha geniş yayılan və qəbulediləndir. Hətta belə bir şeyi də paylaşım sizinlə: Universitetimizin dekan köməkçisi əslində gənc görünməsinə baxmayaraq 50 yaşdan daha yuxarı bir yaşı var və ona görə də bu vəzifədədir. Halbuki ondan sonra ən böyük yaşı olan professorun təxmini olraq 48 yaşı filan olsa belə ondan daha yaşlı göründüyü üçün bir Korealı tələbə vitse presidentə necə həmin bu professorun yaşının hesaba alınmadan qəbul olunduğunu soruşurmuş. Sadəcə, vitse presidentin yaşının daha böyük olduğunu öyrəndikdən sonra “sakitləşib” tələbə...
  Bundan əlavə, bu tip iş yerlərində illərcə işləyən bir işçinin işdən qovulma hallarına çox minimum hallarda rast gəlinir və bu da onların insanlara verdikləri dəyərdir daha çox.
Bir də baş əymək məsələsi var yaşla bağlı: Məsələn əgər sən yaşıdınla salamlaşırsansa salam verib başını azca tərpədərək ötüb keçirsən, özündən bir neçə yaş böyük biri ilə görüşdükdə, başını azca əyib salamlaşarq keçirsən, artıq arasında bir qədər yaş fərqi varsa, və ya qarşınızdakı sizin professorunuz və ya vəzifəcə sizdən üstün birisi ya da valideyniniz filandırsa, yarıya yaxın (tam yarı yox) əyilib salam verib keçirsiniz. Amma əgər görüşdüyünüz yaşlı biridirsə, artıq bu dəfə, salam verərək yarıya qədər əyilir bir saniyə filan elə vəziyyətdə dayanır sonra isə arxanızı onlara çevirmədən geri-geri ordan uzaqlaşırsınız.
  İçki içərkən badələri toqquşdurduqda da bu yaş və ya pozisiya üstünlüyünə xüsusi fikir verilir: əgər siz müdirinizlə və ya sizdən yaşca görünər dərəcədə böyük biri ilə qədəh toqquşdurursunuzsa, mütləq sizin qədəhiniz bir qədər aşağıda olmalıdır. Əgər yaşlı biri ilə məsələn nənə-baba ilə toqquşdurursunuzsa,  sizin qədəhiniz əməlli-başlı aşağıda hətta sizinkinin yuxarı hissəsi digərinin aşağısına kimi bir vəziyyətdə toqquşdurursunuz və içkinizi içərkən isə mütləq üzünüzü nisbətən yana çevirməli hətta bəzi hallarda üzünüzü tamamlilə əks tərəfə keçirərək içməlisiniz.

  Bir də yaşdan əlavə bəzi etiket qaydaları da var ki, onlardan biri də bir şey verərkən məsələn sağ əlinizlə bir qələm verirsiniz kimə isə, bu zaman sol əlinizlə sağ əlinizin biləyini tutmalı və belə dəstəkli şəkildə əlinizi uzatmalısınız. Hiyerarxiyaya diqqət etmək lazımdır mütləq.
Koreadakı yaşam xərclərinə gəlincə isə, həyat səviyyəsi bizdən yüksək olduğu üçün nisbətən bir bahalıq hiss etmək olar, amma yemək məsələsində o qədər də yox. Hətta və hətta, evdə yemək bişirmək bəzi hallarda kənarda yeməkdən daha baha başa gələ bilər. Amma universitetdə vəya yatqxanada 4-5 dollara normal yemək yeyə və doya bilərsiniz. Universitetimizin öz kafeteriyasındakı açıq bufet üçün bilet sadəcə 4000 korea vonu dəyərində idi. Buna görə yemək büdcənizi hesablaya bilərsiniz Koreada, və əgər çox bədxərc biri deyilisinizsə asanca da buna uyğunlaşa bilərsiniz.

  Korea haqqında bu blogpostum bu qədər, amma blogpostun davamını bir neçə silsilə postda davam etdirəcəyəm. Ümid edirəm, maraqlananlar üçün nə isə azca da olsa köməyi dəyər.

                                                                                                                      Ardı gələcək postlarda...

No comments: