Heç nəyin sorğu-sualı


                                                                Boş yazı



Bu gün heç nədən yazmaq istədim. Otağın küncündəki heç nədən. sakitcə oturub ordan günlərcə həftələrcə bizə baxan heç nədən.
boşluqdan.
düşüncəsiz bir boşluqdan hansı ki, inanmaq istəmir heç bir görmədiyinə. inanmır. sadəcə eşidir.
Bu dəfə yazım dedim. amma yazarkən düşünüm, məqsədsizcə davam edim yazmağa.
Heç oturub özünüzə sual vermisinizmi ki, nə edirsiniz? Bir şey edirsiniz və bunu niyə edirsiniz? Nə etmək istəyirsiniz?
düşünmüsünüzmü həyat məqsədləriniz haqqında?
Bİlirsinizmi ki, 5 il-10 il-15 il sonra harda? necə? nə cür? kiminlə? olmaq istədiyinizi?
Bilirsinizmi həyat məqsədiniz nədir? Və yaxud da varmı məqsədiniz?
İnsanlara kömək edirsinizmi?
Ən son nə zaman 1 nəfərə kömək eləmisiniz? sadəcə yoldan keçən 1 dilənçiyə pul verməkdən getmir söhbət. Həqiqətən nə vaxt axırıncı dəfə kiminsə həyatını dəyişdirəcək bir şeydən danışıram. ELə bir şey ki, həmin insan sonra yaxınlaşsın və "sənsiz bacarmazdım" desin. Ümumiyyətlə eləmisinizmi belə bir şey?
Yoxsa, özünüzü düşünməkdən siz də mi, başqalarına vaxt ayırmağı unutmusunuz? O qədər öz dərdlərinizə acımısınız ki. başqalarınınkı sizə boş bir şey kimi gəlib. O qədər özünüzlə məşğul olmusunuz ki, başqaları gözünüzə belə görünməyib.
Bilirəm, bilirəm, bunların hamısı öz problemlərimizin çoxluğundan irəli gəlir. Əminəm ki, belədir. Başqa necə də ola bilər ki? yoxsa heç yaxşılıq mələklərinizi qaçırmağı düşünərsinizmi?  Əlbəttə ki yox.
bəs problemləriniz çoxdur deyirsiniz, elə isə axırıncı dəfə nə zaman özünüzə vaxt ayırmısınız? NƏ vaxt qaynar bir düş alıb, sonra əlinizdə bir kitab saatlarla oxumağa vaxt tapmısıınız? nə vaxt, doyunca yuxulayıb sonra isə bir neçə gözəl bir film izləyib, bir qaçışa və ya yürüyüşə çıxmısınız?
Bunları da emtəmisiniz? Hə, düzdür axı, bunlar sizin problemlərinizi həll etmək üçün kifayət deyillər. Sizin problemləriniz daha böyük qayğılarınız daha çoxdur axı...
Sevdiklərinizi də unutmusunuz yəqin öz qaçhaqaçınızla.
heç olmasa yaxınınızdadırlarsa, gedib bir qucaqlayın, öpün, oxşayın onları. Nə istəyir olsun, necə istəyir olsun, qeyd-şərtsiz sizin yanınızda olacaq yeganə şəxsləri də itirməyin.

No comments: