Showing posts with label təhsil. Show all posts
Showing posts with label təhsil. Show all posts

Universiteti bitirmək və ya bitirməmək→Budur bütün məsələ?

   Xatırlayıram ki, illər əvvəl çox ağır bir şəkildə universitet imtahanlarına hazırlaşırdım. 8-9cu sinifden düz 11ci sinfe qədər bu beləcə davam etdi.
11ci sinifdə isə proqramımı daha da intensivləşdirib gün içində 18 saatdan daha çox  dərs oxuduğumu belə xatırlayıram...
   Hər nəysə, beləliklə, istədiyim balla universitətə qəbul oldum... Adindan nə edəcəyimi bilmədiyim bir ixtisasa, və nə edəcəyimi bilmədiyim bir universitətdə... Amma bura qəbul olmasaydım başqa istədiyim hansısa ixtisas da var idi ki? Düzü heç bilmirəm... Bircə bilirəm ki, yazıçı olmaq istəyirdim. Bir müddət isə jurnalistika ile maraqlanırdım... Amma sonra, gördüm ki, Azərbaycanda jurnalist olmaq olan iş deyil... Başını buraxdım. Sonra pilot olacaqdım... Sonra orda da nə isə yanlış anlaşmalar oldu, sən demə gözlərimin zəif olması problem imiş... Ən azından mənə belə demişdilər...
   Ona görə də, düşdüm mühasibat uçotu ve audit ixtisasına... Yəni, özüm seçdim... Bir növ.
Universitetə başladım. Nə isə maraqlı olacağını düşünürdüm. 1 semester-2 semester- beləcə 1 il keçdi. Hələ də bilmirdim ki, bu ixtisası bitirdikdən sonra nə işləyəcəyəm. Yay tətilində oturdum başladım araşdırmağa: "mühasibat nədir?" "mühasiblər nə işləyir" "mühasiblərin günlük işləri" və s. kimi axtarış sözləri ilə Google qardaşın başını ağrıtmağa... Videolar izlədim, məqalələr oxudum, gördüm çox sıxıcı bir kolluğa salmışam özümü. Amma geri dönüşü də yoxdur. Dövlət hesabına təqaüdlə 1 dəfə qəbul almışam və yenidən gedib imtahana girə bilmərəm... O qədər ödəniş etmək maddi olaraq mümkün deyil...Ən azından mənə görə...
 

Korea mübadilə programı və mən (1ci hissə)

  Başqa bir mübadilə programım və tamamilə başqa bir semester. Bu dəfə, öncəkinin tam əksi bir dünyada: Gözəl Korea-da.
  Bu ölkəyə mən başqa cür xitab edə bilmirəm... Hətta bir nöütədə gözəl sözü belə əksik qala bilər məncə. Normal şərtlərdə “korea fan” deyilən bu ölkənin fanatları ilə heç bir qarışıqlığım yoxdur sadəcə olaraq Korea haqqında 3 “korea fan” dostumdan bir qədər məlumatım vardı. Amma, belə bir ölkənin mövcudluğu və ordakı “k-pop” və “fashion”dan başqa bildiyim bir şey yoxdu onun haqqında. Ta ki, bu mübadilə programıma qədər.

"Diplom xəstəliyi"

Bir gun dersde usaqlar arasinda bele bir mubahise cixdi:Biz ne ucun oxuyuruq-diplom yoxsa savad ucun?
Hazirda cemiyyetimizde bele bir fikir formalasib ki esas olan bilik yox diplomdur.bir coxlari ele dusunur ki,elde diplom cibde pul butun qapilar onlarin uzlerine acilacaq.
Duzdur ilk once eldeki diplom hesabina her hansi bir ise duzelmek olar.Lakin bir muddetden sonra eldeki diplomla Bilik ust-uste dusmedikde nece? Bax onda esil problemler yaranacaq.Meselen ele goturum bir tanisimdan:valideyni min bir eziyyetle dipleom ucun yollar axtarmis ve bir saxta diplom ele etmeye nail olmusdur.Lakin bir muddet sonra ne oldu?savadla(ve ya savadsizliqla)diplom ust-uste dusmedikde tanisim isden cixarildi.İndi yasi bir qeder kecmis oxumaq ucun ne hevesi ne de mektebde oyrendiyi savadi qalnmisdir.İndi sonu ne olacaq?Hec ne...Eslinde menim bele adamlara sadece olaraq yazigim gelir.Belke de onlar hec zaman insanlar arasinda bir movqeye sahib olmayacaqlar...
Cunki sadece gozel xarici gorunus ve ya bos- bos danisilan sozler insana hec bir sey vermir.Bosuna demeyibler insani geyimine gore qarsilayar biliyine gore yola salarlar.
Amma bezen ele hallarla qarslasirsan ki har seyi atmaq her kesden uzaqlasmaq hec ne etmemek istiyirsen.Amma yox bu hec zaman cixis yolu deyil.