Dəyişərdimmi?...

Yaşayarkən ölü, gülərdən aölayan bir insan.
sanki bir filmin içindəsən... Əlini uzatsan  toxuna bilmirsən...
Toxunsan hiss etmirsən...
Başqa bir dünyanın içində yox olub gedir şəxsiyyətin, varlığın ümidlərin...
Boş, pessimist düşüncələrim, qırır ümidlərimi...

Mən yoxam... Yoxam...
Ağlamaq istəyirəm, avazımın çatdığı qədər qışqırmaq. Qırmaq, yıxmaq istəyirəm hər şeyi... Hər kəsi...
Soyuq bir gecədə bir ağacın altında tək tənha gecələmək...
Ayılmamaq sabaha...
Açmamaq gözlərimi...
Qayıtmamaq insanlara... Görməmək onları...

Tanış bir üz gprmək istəyirəm... Sevdiyim... Bütün qəlbimlə güvəndiyim 1 sifət...
TAnış bir səs eşitmək istəyirəm.. Hər sözünə saf bir körpəcəsinə inanmaq...
Danışmaq istəyirəm... Qucaqlamaq... Sevidiklərimi görmək...
yeganə dostumun  sadəcə bir notebook olmamağını istəyitəm...
Nə istədiyimi mənim barmaqlarımla mənə göstərən bir cihaz istəmirəm...
düşünən bir insan istəyirəm... Bir nəfəs istəyirəm yanımda...
Dur desin mənə... Gəl desin mənə...
Dur yaznasın... Gəl yazmasın...
Hər sözündə titrəyən səsini hiss edim...
Ürəyinin varlığına inanım...
Bir eleiktirk kabelinı bağlı olmasın istəyirəm sevdiklərim...
Bu olmasın həyatım... Bu olmasın varlığım... Olmasın! Olmasın...
Yenə dostlarımla "secret santa"-nın nə olduğunu bilmədən
adımıızı yazaq bir papağa, seçək bir-birimizi....
Yalandan deyək kiməhədiyyə verəcəyimizi...
zəngləşək, danışaq deyək gülək...
Voleyball oynamaq adı ilə sadəcə vaxt keçirmək üçün gedim dostlarımla yenə...
Çəkək o gülməli filmlərimizi yenə də...
Zəngləşək, danışaq, deyək, gülək...


Darıxıram dostum! Darıxıram...
Sıxılıram həyatdan... Bezirəm...
Görürsən... Bacarmıram... Yanılıram...
yıxılıram... Çaşıram...
BAcarmıram Dostum!...
İnan bu qədərdirmi dediyində:
bu qədər deyəcək qüvvəti belə tapmıram artıq özümdə...

Düşünmək istəmirəm!
İStəmirəm!
Boş-bekarca oturmaq istəyirəm...
Pəncərədən baxmaq uzun uzadı bom-bos yollara...
Yox bunu istəmirəm!
İStəyirəm hər pəncərədən baxdığımda 1 ağ "07" keçsin önümdən palçığı sıçradaraq qızların üzərinə...
İStəyirəm hər pəncərədən baxanda, görüm yolun "o tərəfindəki" çayxananı... Çayxanadakıları... bikarları...
İstəyərəm hər pəncərədən baxanda, görüm küçənin başında duran işsiz gücsüz uşaqları...
Qoy məktəbə gedim yenə... School-a yox!
Avtobusa minim, School Bus-a yox...
Algebra yazılmasın kitabımda, Cəbrdir onun adı...
History deyil, Tarixdir onun adı...
İstəmirəm dostum! Bacarmıram!
Lənət edirəm hər günümə... Hər keçirdiyim anıma...
Yaşamıram dostum! Yaşamıram...
Sürünürəm... YAlvarıram xilas et məni boşluğumdan, zülümdən...
Qoy yanımda "Eltac" desin biri mənə...
Nə oturmusan, dur desin! Oyan desin...
Oyanım yenə də təşviş içində... Uşaqları görüm məktəbimdə...
Mən dərsimi eliyim, onlar da söhbətlərini...
Qayıda bilsəydim dəyişərdim bəlkə də çox şeyi...
Dəyişərdimmi?...





2 comments:

Unknown said...

səmimi yazıdı... biglike

Eltaj said...

Dərdlənəndə,blogumdan başqa oturub mənə qulaq asan adam olmur da :P
Thanks btw :D