Albalı ağacı vardı həyətimizdə. Böyük çətiri, iri gövdəsi vardı...
İlk baharda yaşıllaşar-çəhrayılaşar, payız gələndə saralar-bozarardı hər zaman.
Bəzən yanılardı-səhv salardı fəsilləri... qışda erkəndən oyanar, bəzənərdi çiçəklərlə...
Qarşıdan gələn şaxtadan xəbərsiz sevinərdi öz-özünə...
Sonra ani sərt bir çovğun uyudardı onu yenidən...
Hər zaman tələsərdi... Ən tez çiçəkləyərdi-bəzəyərdi ətrafı,
Oyadardı  insanların donmuş duyğularını şən görünüşüylə...
Çağırardı ətrafına quşları, böcəkləri,
Yazın şirin nəfəsində baş-başa verib oxuyardı şirin nəğmələr...
Yay keçər al-qırmızı albalılar dərilərdi kiçik əllərlə, üstünə çıxan 2 dəcəl. şən uşaq tərəfindən:
“mənə də-mənə də!”-deyərdi 1i həmişə...
Kimi zaman bəhsə durub çıxmağa çalışardı digərinin ardınca ən nazik budağadək...
Alınmazdı heç zaman, amma yenə də gülərdi, sevinərdi,
Özünü xəyal edərdi ən kiçik yarpaqda...
Payız gələrdi... Nə albalı, nə çiçəklər, nə böcəklər...
Ağaclar bürünərdi solğun rənglərə,
Insanlar bürünərdi yorğun ümidlərə...
Qış gələcək...-dərdlənərdi zavallı sərçələr, qaranquşlar...
Albalıysa düşünərdi bu zaman bir ümid yenə də,
Bürünərdi öz al-əlvan donuna...

Çağırardı rəngarəng çiçəkləri-bəcəkləri geriyə,
Sərçələri-durnaları qonaq etmək ümidiylə yenə də...

İnsanları güldürərdi 1anlıq... Uşaqlara ümid verərdi o anda...
“Ana, ana, böyüyəcək bu çiçəklər? Bəs örtsək üstünü? Qorusaq şaxtadan? Qoymasaq donsun?!”
Sərt qışsa soyuq, şaxtalı payız gecələrində gizlicə girərdi həyətə...
Qucaqlayardı al-əlvan bəzənmiş ağacı...
Qovardı çiçəkləri, böcəkləri, ...
Beləcə dalardılar dərin qış yuxusuna birlikdə...
Qış qoruyardı onu şaxtadan, soyuqdan...



No comments: