Səssiz məğlubiyyətin...


Beləcə amansız və möhtəşəm payız küləyi qarşısında
Tənha və yaşlı ağacın yarpaqları kimi, tökülüb gedir günlərim.  
Hər günün ardınca baxmaq və erkən yaz yağışı tək bir damla göz yaşı axıtmaq qalır geriyə.
Bəlkə, də anlamsızdır olub-bitənləri geriyə qaytamağa çalışmaq.
Ya da xoşbəxt gələcəyə ümid etmək bəlkə də?
Bəs elə yaşamaq ümid etmək deyilmi hər anında.
Yoxsa yaşamaq sadəcə geridə qoyduqlarının peşmançılığınımı çəkməkdir hər  yeni qərarında?
Qəlbində  ümidsizlik içində çırpınarkən belə
Gücünü, cəsarətini göstərməyə çalışmaqdır həyat dediyimizin fəlsəfəsi hət məqamında.
Içində ağlayıb, üzdən gülməkdir tək çarəsi.
100lərlə insan arasında yalnız olmaq olsa belə xəstəliyin,
1 nəfərdə tapa bilməkdir o sonsuz izdihamı tək gözlədiyin.
Qanadlarını açıb səmaya uçmaq olsa belə dilədiyin
Gözlərini dikib sadəcə yerə baxmaqdır nəsibin.
Bütöv cümlələrlə anlata bilmək olsa belə  istədiyin
Qırıq-qırıq kəlmələrlə itirmək üçündür  fikirlərin.
Qısa və mənalı bir ömür olsa belə tək dilədiyin
Uzun və anlamsız bir mahnl kimi davam etməkdir  bacardığın...
Budağından qopub bir çayla sonsuz okeanlara qovuşmaqdısa xəyalın
Ordan qoparaq kiçik bir gölməçəyə çata bilməkdir indi bircə ümidin.
Qaranlıqdakı işığı tapmaq olsa da məqsədin
Sonsuz işıqda yolunu azmaqdır son mənzilin...
Davam etmək istərkən dayanmaq,
Danışmaq istərkən susmaqdır  artıq qabilliyyətin,
Yeganə qalibiyyətin bəlkə də öz üzərində
Susdura bilməkdir o gur səsini çılğın kəlmələrin.
Bağlaya bilməkdir əl qolunu dalğın duyğularının...
toplaya bilməkdir dağınıq fikirlərini...
Və sonda dəfələrlə silib
yenidən başlaya bilməkdir sətirlərini.
İstədiyində yarımçıq qoya bilməkdir düşüncələrini!
Budur qalibiyyətin...
Ya da özün belə bilmədən gələn səssiz məğlubiyyətin...


When the Love Falls (Raining Ver) - Yiruma

1 comment:

Anonymous said...

nikbin ol!