“Arvad” və “Həyat yoldaşı”


 Bir gün yolda iki qadın rastlaşırlar. Brisinin üzərində dizdən aşağı, gen bir ətək və qarşısında da fartuk. Digərininsə üzərində Şalvar və hündür topuqlu ayaqqabılar. Yaşları eyni olmasına baxmayaraq birinin üzündə kəskin qırışlar illərin çətinliyini kəskin büruzə verir. Buna baxmayaraq gülümsəməyə çalışır. Məhzun təbəssümünün xüsusi parıltısı var sanki...Digəri isə ağappaq uzun dırnaqları (p.s caynaqlar), və parlaq botokslu siması ilə seçilir.(Botoks olmasa belə olar. Onsuz da belələri gec yaşlanır). Üzündə heç zaman əksilməyən geniş bir gülüş... Onlardan birisi “arvad” -ı digəri isə “həyat yoldaşı”dır.  Beləcə 2 qadın başlayırlar söhbətə.

“arvad”: Bu gün tarlada işləməliyəm. Arxları çəkməyə kömək edəcəm anama.

“həyat yoldaşı”: Bu gün ərim işdədir. Gedim yanına hərlənim, biraz başı açılsın söhbət edərik.

“arvad”:: Hə yadımdan çıxmışdı sonra da tələsik gərək gəlim evə uşaqlara yemək bişirim. Çatmasam özüm yemərəm yəqin. Axı sonra mallar naxırdan qayıdacaq.

“həyat yoldaşı”: Ərim mənə bu gün sürpriz edəcək. Harasa yeməyə gedirik. Hə bizim də naxırımız var. Amma onlara mən baxmıram. Qapıları avtomatik açılır. Yeməkləri də sadəcə kamazlarla gətirib tökürük bu qədər. Arada bir sadəcə onlarla “oynamağa gedirəm”

“arvad”: Axşam yeməkdən sonra ərimin paltarlarını yumalıyam. Düzdür paltar yuyan maşına atıram sadəcə. Amma yenə də 1 həftənin paltarlarını seçmək çox çətin məsələdire.

“həyat yoldaşı”: aa elə niyə? Ərin sənə kömək etmir bəyəm? Biz ərimlə birgə köməkləşirik. Məsələn mən tünd paltarları seçirəm o isə açıq rəngliləri. Beləcə işimiz tez qurtarır.

“arvad”: eh, axı bəs futbola nə vaxt baxsın? Mən paltar yuyanda o istirahət edir... Axı işdən çox yorğun qayıdır. Maklerlik də yaman çətin işdir. Səhərdən axşama qədər yorğun düşür.

“həyat yoldaşı”: İşimizi qurtardıqdan sonra birgə oturub xəbərlərə və ya müxtəliş verilişlərə, kinolara baxırıq. Ərim pop-korn “partlatmaği” da sagolsun hec vaxt unutmur.

“arvad”: hə düzdür kişi həmişə televizora baxarkən ““arvad” çay gətir” deməyi heç unutmur...” (!)

“həyat yoldaşı”: Bilirsən, mənim ərim həmişə evdən çıxarkən “həyatım gəl səni bir qucaqlayım”deməmiş işə getmir.

“arvad”: Hə mənim ərim də işə gedəndə mütləq məni çağırır. Deyir ki, “ “arvad”, mənim corablarım hanı? Ya da ki: “ ayaqqabılarımı nə üçün təmizləməmisən? “

“həyat yoldaşı”: Mən ərimi çooox sevirəm. Və bunu da hər zaman ona deyirəm. Onsuz bir günüm belə olmasın... Yalnızlıq çox pisdir. Səyahətlər insana çox sıxıcı gəlir. Uşaqlarım da atalarını çox sevirlər. Qızımla hər zaman dərd ortağı həm də yaxşı dost olublar...

“arvad”: Hə düz deyirsən.Ərim olmadan 1 günüm belə olmasın. Acından qırılarıq hamımız. Evimin dirəyidir o!  “başsız qalmaq” çox çətindir bu zəmanədə. Uşaqlara ata silləsi həmişə laımdır. Yoxsa lap çətin olurlar...







                                   

 VS

 





Beləcə 2 qadın  söhbətlərini başa vururlar. “həyat yoldaşı” öz maşınını sürüb gedir. “arvad” isə atını mahmızlayıb yoluna davam edir... Əri də bu zaman kassasında olan pulları sayır. Axı pulu xərcləsə haram olar. Əslində xərcləyir. Dostları ilə getdiyi restoranlarda və maşınını ora-bura sürmək üçün benzinə.Qalan xərcləmədiklərini isə toplayıb “goruna!” aparacaq.
“Arvad”ına bir çiçək alıb evə getsə qonşuları eyib edərlər ona...

P.S: bir çoxunuz normal, adi bildiyimiz şeylərdir deyə bilərsiniz. Amma, bilməklə bir şey dəyişmişikmi? Dəfələrlə yada salmaq lazımdır ki, aktual qalsın bəzi problemlər. Göz yumduqca, kənd həyatıdır, belə olmalıdır, bizim camaat belədir, mentalitet, xalq nəbilim nə... dedikcə uçurum hər zaman qalacaq və bəlkə də artmağa davam edəcək.
Amerikaya gəldikdən sonra isə bu uçurumu daha da dərindən hiss etdim. Heç vaxt mentalitet məsələsi və ya ailə münasibətləri bu qədər təsir etməmişdi mənə.
Niyə "bizim analarımız"  həyatını kiflə "gavur anası" isə keflə keçirməlidir? Bizim analarımızın, sizin həyat yoldaşlarınızın, bacılarınızın onlarınkından nə əksiyi var? Əsla yoxdur.
Sadəcə məcburiyyət və məhdudiyyət var...

No comments: