14.08.2012

2 zəlzələ arasındakı fərq:pisi görməsən "yaxşı"nın qədrini bilməzsən

 İranın şimalında-yəni CƏNUBİ AZƏRBAYCANDA ayın əvvəllərindən başlanan zəlzələ və avtoşoklardan yəqin ki, artıq xəbəri olmayan yoxdur.Bir çox bbc-dən  oxuduğum məlumata görə zəlzələ 6,3 və ya 6,4 bal gücündə oldu. 7 bala çatmadı (yaxşı ki) . Amma 306 ölü və yüzlərlə yaralı var. Və yüzdən artıq yaşayış məntəqəsi də dağılmış vəziyyətdədir.
  Plagiata çox yol vermək istəmirəm. Məncə, əvvəldən də Zaqataladan olan zəlzələdən hamımızın təbii ki, az-çox xəbəri oldu. Burada zəlzələnin şiddətinin hətta 7,5 bal olduğu vaxtlar belə oldu. (buradan oxu)
Amma Xoştbəxlikdənmi deyim nədənmi ölənlərimizin və yaralıların sayı sayılacaq dərəcədə az oldu.2-3 nəfər ölü olardı çox olsa. Necə deyərlər, Allah qorudu. Evlər, məktəblər və bir çox binalar zədələndi ki, bu haqda əvvəl də yazmışdım. (buradan oxu) Çoxu yararsız vəziyyətə düşdü, yaşam üçün təhlükəli oldu və dövlət məmurları  bəzi məntəqələrə, bunalara, evlərə girişə qadağa qoydu... Çadırlarda qaldıq və hələ də bəziləri qalmaqda davam edir. Amma mənə həqiqətən də maraqlıdır ki, düzdür binalarımız zədələndi amma heç biri üçüb üstümüzə tökülmədi. Altında qalıb yaralananlar olmadı. Baxmayaraq ki, zəlzələnin şiddətini kifayət qədər güclü idi. Üstünə bir də zədələnmiş binalar avtoşoklarla dəfələrlə yırğalanmağa davam etdi. Bəs maraqlı deyilmi ki, İranda 6,4 bal gücündə zəlzələdən ölənlərin sayı artıq 100lərlədir.  Bunu deməkdə heç kimi günahlandırmıram amma görəsən bu binaların konstruksiyasından, özülündən asılı deyilmi? Əgər yaşayış məntəqələri daha keyfiyyətli tikilsəydi daha az zərər dəyməzdimi insanlara?!
Sovet dövrünü heç vaxt sevməmişəm və sevməyəcəyəm də amma belə çıxır ki, pislədiyimiz Sovet hakimiyyətinin belə binaları necə deyərlər "Nikolaydan qalma" yaşayış məntəqələri İranda tikiləndən daha keyfiyyətlidir... Ən azından daha az adam xəsarət aldı deməli, daha təhlükəsizdir...İran isə...
                      Bu qədər. Sadəcə olaraq 2 zəlzələni müqayisə etməyə çalışırdım... Qalanı isə sizlikdir...
                                                                   
                                                                                                                  Allah kömək etsin!

1 yorum:

cinarebayram dedi ki...

duzdur, fikrinizle tam raziyam.