Bir
gün yolda iki qadın rastlaşırlar. Brisinin üzərində dizdən aşağı, gen bir ətək
və qarşısında da fartuk. Digərininsə üzərində Şalvar və hündür topuqlu
ayaqqabılar. Yaşları eyni olmasına baxmayaraq birinin üzündə kəskin qırışlar
illərin çətinliyini kəskin büruzə verir. Buna baxmayaraq gülümsəməyə çalışır. Məhzun
təbəssümünün xüsusi parıltısı var sanki...Digəri isə ağappaq uzun dırnaqları
(p.s caynaqlar), və parlaq botokslu siması ilə seçilir.(Botoks olmasa belə
olar. Onsuz da belələri gec yaşlanır). Üzündə heç zaman əksilməyən geniş bir
gülüş... Onlardan birisi “arvad” -ı digəri isə “həyat yoldaşı”dır. Beləcə 2 qadın başlayırlar söhbətə.
“arvad”:
Bu gün tarlada işləməliyəm. Arxları çəkməyə kömək edəcəm anama.
“həyat
yoldaşı”: Bu gün ərim işdədir. Gedim yanına hərlənim, biraz başı açılsın söhbət
edərik.
“arvad”::
Hə yadımdan çıxmışdı sonra da tələsik gərək gəlim evə uşaqlara yemək bişirim.
Çatmasam özüm yemərəm yəqin. Axı sonra mallar naxırdan qayıdacaq.