Showing posts with label universitet. Show all posts
Showing posts with label universitet. Show all posts

Universiteti bitirmək və ya bitirməmək→Budur bütün məsələ?

   Xatırlayıram ki, illər əvvəl çox ağır bir şəkildə universitet imtahanlarına hazırlaşırdım. 8-9cu sinifden düz 11ci sinfe qədər bu beləcə davam etdi.
11ci sinifdə isə proqramımı daha da intensivləşdirib gün içində 18 saatdan daha çox  dərs oxuduğumu belə xatırlayıram...
   Hər nəysə, beləliklə, istədiyim balla universitətə qəbul oldum... Adindan nə edəcəyimi bilmədiyim bir ixtisasa, və nə edəcəyimi bilmədiyim bir universitətdə... Amma bura qəbul olmasaydım başqa istədiyim hansısa ixtisas da var idi ki? Düzü heç bilmirəm... Bircə bilirəm ki, yazıçı olmaq istəyirdim. Bir müddət isə jurnalistika ile maraqlanırdım... Amma sonra, gördüm ki, Azərbaycanda jurnalist olmaq olan iş deyil... Başını buraxdım. Sonra pilot olacaqdım... Sonra orda da nə isə yanlış anlaşmalar oldu, sən demə gözlərimin zəif olması problem imiş... Ən azından mənə belə demişdilər...
   Ona görə də, düşdüm mühasibat uçotu ve audit ixtisasına... Yəni, özüm seçdim... Bir növ.
Universitetə başladım. Nə isə maraqlı olacağını düşünürdüm. 1 semester-2 semester- beləcə 1 il keçdi. Hələ də bilmirdim ki, bu ixtisası bitirdikdən sonra nə işləyəcəyəm. Yay tətilində oturdum başladım araşdırmağa: "mühasibat nədir?" "mühasiblər nə işləyir" "mühasiblərin günlük işləri" və s. kimi axtarış sözləri ilə Google qardaşın başını ağrıtmağa... Videolar izlədim, məqalələr oxudum, gördüm çox sıxıcı bir kolluğa salmışam özümü. Amma geri dönüşü də yoxdur. Dövlət hesabına təqaüdlə 1 dəfə qəbul almışam və yenidən gedib imtahana girə bilmərəm... O qədər ödəniş etmək maddi olaraq mümkün deyil...Ən azından mənə görə...
 

Universitetin 1ci ili sağ qalmaq uğrunda mübarizə

  Çoxunuun bildiyi və yaxun da bəzilərinin də bilmədiyi kimi bu il universitetimin 1ci kursunu başa vurdum.Universitet dövründə  az ya da çox şey öyrəndim əmin deyiləm. Amma əsas məsələ universitetdə necə sağ qalmağı öyrəndim və hal-hazırda bu postumda da bunu necə etdiyimi açlq açlq izah edəcəm ki, bəlkə kiməsə köməyi oldu.

Dövriyyə...

Elə-belə oturmuşdum, və ağlıma gəldi ki çoxdandır blog yazmıram. Nədən yazım, nədən yazım: fikirləşdim ki, təzəcə universitetə başlayan bir qızdan yazım.
Deməli belə, bu qızın adı Q.A imiş. Qız qəbul imtahanlarını verib universitetə daxil olubmuş. Artıq qız universitetə daxil olub və həyatını dəyişəcək bir şeylərin olacağını gözləməyə başlayıb. gözləyib... gözləyib... və gözləyib...Amma, o dəyişiklik heç cürə gəlib çata bilməyib. Sonra, imtahanlar gəlib, sonra semestr-lar bir-birinin ardınca axıb gedib. Bir də Q.A görüb ki, artıq o universiteti qurtarıb, amma heç bir şeyə nail olmayıb, dəyişiklik də ki, onu heç yadına belə salmayıb. Beləcə, 4 il ərzində universitetə gedib-gəlib.
Sonra, qərara gəlib ki, təhsilini davam etdirsin. Universiteti qurtardımı, Magistr-a imtahan verib. Və qəbul olunub. Hələ də dəyişiklik gözləyib. Amma, bu iki il də digər 4 il kimi gəlib-gedib. Sonra... Sonra aspiranturamı gəlirdi? Hə... Ona da qəbul olunub. Təhsilini alıb, qurtarıb. İşləməyə başlayıb. Sonra da evlənib. 2 uşağı olub. Birinin adını E.M digərinin adını isə N.M qoyublar. Sonra, bu uşaqlar da məktəbə başlayıblar. Sonra isə universitetə daxil olublar. Sonra onlar da magist təhsili alıblar. Dəyişiklik ediblər və magistrı qurtarmadan işləməyə başlayıblar. Sonra da aspiranturaya imtahan verib təhsillərini davam etdiriblər. Sonra onlar da ailə həyatı qurublar. Və onların da hər birinin 2 övladı olub... Və beləcə ali təhsilli nəsilləri davam edib, artıb-çoxalıb...
Bəs dəyişiklik görəsən onları niyə heç cür TAPA BİLMƏYİB? O_o