DAAD yay məktəbi haqqında bildiklərimiz və bilmədiklərimiz :)


Bugün, blogumun qonağı və DAAD yay məktəbi məzunu,  Əli Behbudovdur. Əlidən bu program haqqında bütün məlumatları almağa və sizinlə bölüşməyə çalışıram. Beləliklə, başladıq. 
  • Qısaca program haqqında: Almaniyada baş tutan yay dil kursunda tələbələr DAAD( Deutscher Akademischer Austauschdienst) şirkəti tərəfindən maliyyələşdirilirlər. Yay dil kursu təxminən avqust və iyul aylarında baş tutur və proqramda  yalnız bakalavrın 2 və 3-cü kurs, magistrın 1-ci kurs tələbələri iştirak edə bilərlər.
  • Programın xeyri və əhəmiyyəti nədir? Almaniyada keçiriləcək bu dil kursunda tələbələrin qazanacağı çox şey olacağdır. Bunlardan ən əsası öyrəndiyiniz dilin dahada təkmilləşməsidir. Çünki orada siz yalnız dərs zamanı deyil, gündəlik həyatda da, maqazinə gedərkən, kursun digər üzvləri ilə əlaqə saxlıyarkən, avtobusda və digər situasiyalarda da, almanca danışacaqsınız. Bu kurslar beynəlxalq kurslar olduğundan, orada siz dil faktorundan əlavə olaraq  orada demək olar ki, bir çox dövlətlərin adət və ənənəsi haqqında bir xeyli marağlı məlumatlar toplayacağsız.
  •  Bir qədər də təqaüd haqqında: Təqaüd mənə də digər azərbaycanlı tələbələr kimi 1625 avro olaraq hesablanmışdı. Ancaq bilməlisiniz ki, siz bu pulu bakıda deyil, almaniyada dərs keçəcəyiniz kursdan əldə edəcəksiniz. Buradan 675 avro yol xərcləri, 950 avro isə digər xərclər üçün nəzərdə tutulmuşdur. Daad.az saytına daxil olaraq təqaüdün miqdarı və sənədlər haqqda dəqiq məlumatlar ala bilərsiniz.
  • Proqram nə qədər müddət çəkir? Yay dil kursu təxmini olaraq 1 aya yaxın(4 həftə) olaraq davam edir. Ama o qədər marağlı olur ki, insana 1 gün kimi gəlir zaman orada J
  • Program çərçivəsində iştirakçı harda qonaqlayır? Kursu seçərkən mütləq diqqət etmək lazımdır ki, kurs sizə kurs zamanı qalmağ yeri üçün köməklik edirmi. Bəzi kurslar universitetlərdə baş tutduğu üçün, onlar universitetin yataqxanasında sizə yer təklif edirlər. Ama bəziləri ümumən yer təklif etmir və almaniyada əvvəllər heç bir zaman olmayan şəxslər üçün ev və yaxud otaq tapmaq çətin ola bilər. Mən Trier Universitetinin nəzdində olan yataqxanada qalmışdım və 2 otağlı evi xarici digər bir kurs tələbəsi ilə bölüşürdük. Kurslar daadın rəsmi səhifəsindən seçilir, ancağ kənarında göy işarə olan kurslar seçilməlidir, göy işarə bildirir ki, daad bu kurs üçün stipendiya verir
  • Biraz Almaniya haqqında:  Almaniya deyərkən ağıla ilk olaraq soyuq olan insanlar və nizam-intizam gəlir. Amma bu nizam-intizam kəliməsinin hər zaman düz olmadığına da şahid olacaqsınız. Almaniya ölkə olaraq  soyuq olsa da, insanları haqqda elə deməzdim. İnsanlardan sual soruşsanız sizə hər zaman cavab verəcək və kömək etməyə çalışacağlardır.
  •  Şəxsi təəssuratlarınız necə oldu bəs? Mən avqust ayında almaniyanın Trier şəhərində kurs keçdim. Baxmayaraq ki, avqust ayı idi jaketsiz evdən çıxıb kursa getmək çox az hallarda mümkün olurdu. Hər gün yuxudan duran zamanı yağışın yağmasını avqust ayında görmək mənim üçün artıq adi hal vəziyyətinə gəlmişdi. Mən ora gedərkən universitetdə tətil olmasına baxmayaraq, hərgün kitabxana və universitet tələbələrlə dolu olurdu. Mənim üçün ən əla faktor digər bizdən uzaqda yerləşən dövlətlərin mədəniyyətlərini öyrənmək idi. Orada olarkən Çin, Yaponiya, Vyetnam, Braziliya kimi dövlətlərdən yeni dostlar qazandığımı da əlavə etmək istərdim. Təbii ki beynəlxalq mühitdə az da olsa olmaq əla bir təcrübədir. Orada təksiniz və hər şeyi tək başına etməlisiniz, amma çətin heç nə olmadığı da dəqiqdir.
  •  Programa müraciət tarixləri:  Proqrama müraciət tarixi keçən il oktyabr ayının əvvəllərindən başlamış və dekabr ayının 1i sənədlərin verilməsinin son günü hesab olunmuşdu.
  •  Program iştirak şərtləri: Yuxarıda vurğuladığım kimi, kursda ancaq tələbə olanlar iştirak edə bilərlər və tələbələrin alman dili bilmələri vacibdir. Şərt olaraq DAAD azərbaycanlı tələbələrdən ən azı A2 alman dili səviyyəsi istəyirlərdilər. Bunun üçün sizə əvvəldən heç bir dil sertifikatı lazım deyil idi. Sənədləri təhvil verdikdən sonra DAAD Azərbaycan bütün tələbələr üçün imtahan keçirmişdi. İmtahanda ən az A2 və yaxud daha yüksək nəticə göstərmiş tələbələr inşa yazmaq bölümünə dəvət olunmuşdular. Orada bizə müəyyən mövzular verilmiş bu mövzu haqqında inşa yazmaq tələb olunmuşdu.
  •  Bəs siz alman dilini necə öyrənmisiniz? Hər kəsə məlumdur ki, alman dili çox asan dil deyil və bu dilin qrammatikasın öyrənmək üçün insana çox zaman və səbr lazım olur. Normal olaraq çox insan bu dili öyrənmək üçün kurslara getsə də, deyə bilərəm ki, evdə də intizamlı və səbrli olaraq dil üzərində işləsəniz dili öyrənə bilərsiz. Mən özüm kursa gedib dili öyrənsəm də, dərsdə olanlarla yetinmirdim. Dərsdən sonra hər zaman almanca serial və filmlər izləyir, orta səviyyədə olan kitablar oxuyurdum.
  •  Əvvəlcədən hər hansı treining və ya məlumatlandırma prosesi varmı? Bu proqram haqqda ən dəqiq məlumatları DAAD Azərbaycan bürosuna gedərək öyrənə bilərsiniz. DAAD Azərbaycan hər həftə müəyyən olunmuş vaxtlarda məsləhət saatları təşkil edir və bu saatlarda siz proqram haqqında istənilən sualınıza cavab tapa bilərsiniz. Bundan əlavə olaraq DAAD Azərbaycanın Youtube kanalında da siz bəzi məlumat verici videolar tapa bilərsiniz.
  •  Düşdüyün şəhəri, təhsil müəssisəsini, "assigned" olunduğun təşkilatı seçmə və dəyişmə şansı mövcuddurmu və əgər mövcuddursa şərtləri necədir? Proqram üçün sənəd verərkən 3 şəhər ardıcıl olarağ seçmək hüququnuz vardır. Qəbul olduğunuz zaman çox böyük ehtimal ilk seçdiyiniz şəhərə qəbul olunursunuz və daha sonradan şəhəri dəyişmək şansınız yoxdur.
  •  Sizə program çərçivəsində kimlər kömək edə bilər? Proqrama sənəd verərkən siz DAAD Azərbaycanın ofisinə məsləhət saatlarında gedərək və yaxud E-mail vasitəsilə və suallarınıza cavab tapa bilərsiniz. Qəbul olduqdan sonra siz bundan əlavə həm də gedəcəyiniz kursun işçiləri ilə də E-mail vasitəsi ilə də əlaqə saxlayıb, suallarınızı verə bilərsiniz.
  • Sonda bir məsləhətiniz varmı? Alman dili öyrənən tələbələrə bu şansı dəyərləndirməyi çox məsləhət görürəm. Bu  1 ay ərzində öyrənəcəyiniz çox şey olacağından əmin ola bilərsiniz. Əgər alman dili bilmirsinizsə həvəsli və səbrli olun, dili öyrənərək gələn il üçün sənəd verməyə hazırlaşın. Ən əsası isə şəhərləri seçərkən çox diqqətli olsunlar. Seçdiyiniz şəhərlər haqqında ən əvvəldən çoxlu araşdırmalar edin, kursun məlumatların düzgün və diqqətli oxuyun. Mənim kursum dediyim kimi Trier şəhərində yerləşirdi və kursun qiymətinin içinə digər ölkələrə xüsusi ekskursiyalar daxil idi. Bu və digər səbəblərdən kurs seçərkən bu şəhərədə nəzər yetirməyi məsləhət görərdim. Sənəd verəcəksinizsə ən az 2 ay əvvəldən kurs- və sənədlər haqqında məlumatlar yığmağa başlayın. Sənədləri hazırlayarkən, ən əsas isə Motivasiya məktubunu yazarkən internetdən tapıb yazmamaq vacibdir. Çalışın öz fikirlərivizi və niyə həqiqətən bu təqaüdün sizə vacib olduğunu bildirin. CV düzəldərkən digər CV növlərindən də istifadə edə bilərsiniz ancaq mən Europass saytından almanca düzəltmişdim.

Son olaraq bütün almanca öyrənən və bu təqaüdə sənəd verəcək tələbələrə uğurlar arzulayıram. Səbrli olsunlar və sonadək çalışsınlar.

Alman dili öyrənmək istəyənlər üçün aşağıdakı youtube kanalları faydalı olacağdır.


Digər faydalı linklər
3)      https://www.youtube.com/channel/UCcock4AirGdAaoLkmD27daQ
4)   https://www.daad.de/deutschland/studienangebote/sommerkurse








Məlumatlar üçün Əli Behbudova təşəkkürlərimi bildirirəm :) 



  

No comments: