Bugün, blogumun qonağı və DAAD yay məktəbi məzunu, Əli Behbudovdur. Əlidən bu program haqqında bütün məlumatları almağa və sizinlə bölüşməyə çalışıram. Beləliklə, başladıq.
- Qısaca program haqqında: Almaniyada baş tutan yay dil kursunda tələbələr DAAD( Deutscher Akademischer Austauschdienst) şirkəti tərəfindən maliyyələşdirilirlər. Yay dil kursu təxminən avqust və iyul aylarında baş tutur və proqramda yalnız bakalavrın 2 və 3-cü kurs, magistrın 1-ci kurs tələbələri iştirak edə bilərlər.