Universitetin 1ci ili sağ qalmaq uğrunda mübarizə

  Çoxunuun bildiyi və yaxun da bəzilərinin də bilmədiyi kimi bu il universitetimin 1ci kursunu başa vurdum.Universitet dövründə  az ya da çox şey öyrəndim əmin deyiləm. Amma əsas məsələ universitetdə necə sağ qalmağı öyrəndim və hal-hazırda bu postumda da bunu necə etdiyimi açlq açlq izah edəcəm ki, bəlkə kiməsə köməyi oldu.

   İlk əvvəl başlayaq əsas da bu ilki abituriyentlərdən hansı ki, rayonlardan gəlməli olacaqlar və ev axtaracaqlar. Əgər ailənizlə və ya qardaş bacınızla qalırsınızsa o zaman siz bir qədər daha rahatsınız. Amma ailə ilə qalmaq biraz limitləsə belə yenə də evdə yeməyiniz, yerinizi yığışdıran və paltarlarınızı yuyan birilərinin olması yaxşı bir şeydir.
   Amma hər bir halda əgər mənim kimi kiminləsə ev tutmalısınızsa o zaman biraz ehtiyyatlı olun. İlk əvvəl seçdiyiniz otaq-ev yoldaşlarınıza fikir verin. Çalışın heç deyilsə 1i əvvəlcədən tanıdığınız birisi olsun. Bir evdə dərdinizi bölüşəcək birinin olmağı çox yaxşı bir şeydir. Bu baxımdan mənim bir qədər bəxtim gətirib deyəsən. Amma, gərək evdə olan hər kəsə fiki verəsiniz. İlk əvvəldən hansı qaydaların necə qurulduğunu dəqiqləşdirib aydınlaşdırasınız. Siz bir ailə olmayacaqsınız ona görə də heç kim digərinə güzəştə getmək məcburiyyətində də deyil və siz heç biriniz artıq körpə də deyilsiniz. Maksimum dərəcədə danışın və kompromisə gedin. Problemlərinizi danışaraq həll edin və çalışın ev davalarından (əgər varsa)  uzaq olun.
   Ev məsələsi  həll olundusa, gəlin universitetə başlayaq. Universitetin ilk günü biraz qəribə gələ bilər. Heç tanımadığınız bir qrupun içinə düşəcəksiniz. Amma çalışın köhnədən tanıdığınız adamlara yapışıb qalmayın əgər varsa. Təzə insanlar tanımağa və bacardığınızca çox adamla ünsiyyətə olmağa çalışın. Zaman keçdikcə öyrəşəcəksiniz. Bir neçə çox yaxınınız və sonra 2ci və 3cü dərəcəli insanlar olacaq yəqin ki. Amma çalışın tək qalmayın. Hər hansısa bir qrupda olmağı sevmirsinizsə bütün qruplarda olun və ya bir və ya 2 dostunuzla “öz aləminiz”-i yaradın. Universitetdə qruplaşmaların olması qaçınılmazdır çünki və məktəbdən bir qədər fərqli olaraq, müəyyən vaxtdan sonra bu qruplaşmalar stabilləşir kifayət qədər.
   Müəllimlərə öyrəşməyiniz isə qrup və ya patok yoldaşlarınıza öyrəşməyinizdən daha uzun zaman ala bilər. Nə də olsa, qrup yoldaşlarınız da sizinlə eyni situasiyada olanlardır və bir-birinizi bir növ anlayırsınız. Amma müəllimlər və ya professorlar deyək, tamamilə ayrı aləmdirlər. Fikrinizdə onları nə qədər də məktəb müəllimlərinizlə müqayisə etməyə çalışsanız boşuna cəhd etmiş olacaqsınız. Ən yaxşısı onları öz xarakterləri ilə qəbullanın. VƏ əsas məsələ ilk əvvəl onlara bacardığınız qədər çox SƏBR göstərin. Səbr səbr səbr. Ta ki, səbr kasanız daşana qədər. 1 kasanız daşsa belə yanına o birini qoyun o da dolsun gözləyin. Aqressiv olmayın. Aqressivliklə başınız çox bəlalara girə bilər. Səbirlə həll edin probleminizi. Sakitcə. Öz tempinizi qoruyun. NƏ istəsəniz edin amma müəllimənin üzünə durmayın xırda səbəblərə görə və ya lağlağı etməyin. Çox uşaqca görünə bilərsiniz. Məsələn sırf nəyisə səhv tələffüz elədi, və ya nəsə sizin xoşunuza gəlməyən bir söz dedi-boş verin. Bura məktəb deyil ki, kiçik şeylərlə lağlağı edib güləsiniz. Amma məsələ sizə dəfələrlə qiymət yazmayan bir müəllimə gəldisə qaydaları dəyişə bilərsiniz.Bir neçə dəfə dərsinizi öyrənin heç deyilsə, və əmin olun ki, həmin adam sizinlə sırf prisnipdədir. Onda üzünə dayanın. Amma heç vaxt etikadan kənara çıxmayın. Özünüzə hakim olmağı bacarın ki, nə özünüzü qrup-patok yoldaşlarınızın gözündə kiçiltməyin, nə də özünüzə olan hörmətiniz yox olmasın. Və ən əsası böyüklük sizdə qalsın.
   Hər nə də olsa, qabağınızdakı şəxs 1) sizdən böyüdür, 2) nə qədər də olmasa kimə isə nə isə öyrətmiş bir müəllimdir! SƏBR SƏBR SƏBR! Bu sizin yeganə köməyiniz olacaq... Çünki, bir də doğru ola ola səhv çıxmaq var.
   Demirəm bütün müəllimləriniz pis olacaq. Qaymaq kimi müəllimləriniz də olacaq. Həm də çox. Həqiqətən sizə bir tələbə olaraq hörmət qoyan və nəsə öyrədən müəllimlər. Belələri bir başqa aləmdir. Qədrini bilin J  Onların da səbrini çox zorlamayın deyirəm... Səbr edin və sakit olun...
   Ümumiyyətlə isə universitetdə dekanla və zamdekanla ümumilikdə dekanatdakılarla aranızı yaxşı saxlayın. Dekanınınz bizdəki kimi bal şəkər olsa bəxtiniz gətirib olmasa, artıq özünüz bir üsul tapmalı olacaqsınız. Amma bu halda belə münasibətlərə makssimum fikir verin. Əgər universitetdəsinizsə çalışın hər kəsə hörmət etdiyinizi və hörmətinizi maksimum göstərəsiniz. Pul-hörməti demirəm. Münasibət hörməti deyirəm sizə.
Olacaq ki, sizə bir tələbə olaraq şəxsiyyəinizə hörmət qoymamağa çalışacaqlar. Elələrini məcbur edin. Aqressiyanızla yox, davranışınız və münasibətinizlə. Etikanızdan heç vaxt kənara çıxmayın və bacardığınzdan belə daha mədəni danışın həmin insanlarla. Bİr nöqtədən sonra özləri anlayacaqlar. Unutmayın ki belələri hələ də sovet dövrünün psixoloiyasından azad olmayan insanlardır. Onlara qarşı da 3-4 səbr kasası qoyun yanınıza -_- Başqa çözüm yolu yoxdur.
   Başqa nə qaldı? Universitetdəki “event”lərə. Çoxusu bir şeyə yaramırlar.2 gündən bir alt zalına filan yığılacaqsınız.Vaxtınız varsa, və evdə sizi ac gözləyən arvad-uşağınız yoxdursa və ya təcili işiniz çıxmayıbsa gedin. Dərs oxuyacam bəhanəsini isə universitetdə gətirməyin -_- Əgər hələ dərs saatındadırsa xüsusilə qatılın. Heç deyilsə biraz adam tanıyarsınz-sosiallaşarsız. Debat klub filan varsa, və əgər danışmaqla da aranız yaxşıdırsa ona da qoşulun. Və ya sizin universitetinizdə hansı aktivitilər varsa  onlara maksimum qoşulun. Heç deyilə bir neçə dəfə gedin görün. Əgər bəyənmirsinizsə belə nə olduqları haqqında bir fikriniz olar.
Bundan başqa universitet sizə məktəb deyil ki bütün günü sadəcə kitabqurdu kimi dərs oxuya dərs əzbərləyəsiniz. Dərslərinizi ciddiyə alın, amma botanik olmayın deyirəm yəni. Orta balınız (GPA) bu haqda xəbəriniz olmaya bilər ilk əvvəl amma bilin və agah olun: ORTA BAL MAGİSTRATURA HAQQINDA DÜŞÜNÜRSÜNÜZSƏ və ya hansısa programlara müraciət edəcəksinizsə çox vacib olacaq. Sonradan ayılanda çətin olacaq. Çalışın orta yüksək tutasınız.
Universitet dövründə də, özünüzü sadəcə universitetlə limitləməyin. Həyatınızın yeganə trayektoriyası ev-universitet-universitet-ev arasında dəyişməsin. Sosial aktivitələrə eventlərə qatılın. Traininglərdən seminarlardan geri qalmayın. Öz üzərinizdə maksimum işləyin. Əsas da əvvəlcədən təməli necə qoysanız elə də davam edəcək. Siz-biz gəncik. Oxumağa da əylənməyə də inkişaf etməyə də kifayət qədər vaxtımız və imkanlarımız var. Bu enerjidən maksimum istifadə etmək lazımdır. Əsasən də universitetdən bezdiyiniz anlarda universitetdən kənar əhatəniz sizin ən yaxşı “xilaskar”-ınız olacaq.
   Belə... Bir ildə mən ən azından belə sağ qaldım. 2ci semestrdan işləməyə belə başladım. Və bidiyim gördüyüm bütün eventlərə də hələ də qatılmağa çalışıram və hər yerdə olmağı çox sevirəm. Heç deyilsə, insanın sıxılmaq üçün vaxtı qalmır...

P.S əgər əlinizdə şans varsa ki, təhsilinizi hansısa başqa ölkədə davam etdirəsiniz, nəbadə onu əldən verəsiniz!!! 
P.S.S Azərbaycandakı universitetləri kinolarda gördüyünüz universitetlərlə səhv salmayın, sonra xəyallarınız suya düşməsin =D

1 comment:

Sukur Huseynli said...

Salam. universitetin ilk gunu ne getirmek lazimdi? o barede de melumat vere bilersiniz?