Şəxsi bağlılıqlarımız

Bir neçə vaxtdır ki, insanların necə bir birindən asılı olduqlarını və bu asılılıqdan necə xilas olmaq olar deyə düşünürdüm. Bəli, insanların bir-birinə və ya hər hanşı bir şeylərə olan mütləq və ya nisbi asılılıqlarını nəzərdə tuturam.
Elə başlayaq ən sadə şeylərlə olan müqayisədən. Məsələn: birinin siqaretə olan asılılığından və ya digərinin günəbaxan tumuna,bir digərinin telefona,başqasının isə facebook, tvvitter və başqa bu kimi sosial şəbəklərə olan asılılıqlardan. Bunlar cansız şeylərə olan asılılıqlarımızdır. Və bunların çox zaman bizimçün heç bir xeyri olmadığını hiss etdiyimiz anda onlardan qurtulmağa çalışırıq. Səbəb: Səbəbi isə odur ki, onlar bizim vaxtımızı almaqla yanaşı, şəxsi azadlığımıza da bir növ təsir göstərir müəyyən vaxtdan sonra onlarsız özümüzü təsəvvür etməməyə başlayırıq.
Bəs bu fikirlər-duyğular deyək bəlkə də, insanlara olan asılılığımızdan-bağlılığımızdan da yarana bilmirmi? Biz insanlardan asılı olduqca, onların istəklərinə uyğun davranmaq məcburiyyətində qaldıqca öz şəxsi azadlığımızdan vaz keçmiş olmuruqmu?
Məsələn, Bir dostun zəng vurub hara isə getməyi təklif etdiyində istəməsən belə ona “bəli” demək məcburiyyətində hiss edirsənsə, bu artıq dostluq deyil, asılılıq-bağlılıq bir növ də həmin dostunu itirməmək qorxusu deyilmi? Deməli bu qorxudur bir növ asılı hala salan.
Və ya sevgiliniz sizdən bir şey xahiş etdikdə sırf onun xətrinə dəyməyəsiniz deyə azmı dəyişmisiniz fikrinizi? Əlbəttə ki, yox. Bəs bu şəxsi azadlığı fəda etmək deyilmi?
Ya da düşünün ailənizlə olan münasibətinizi: hər kəs üçün olmasa belə çox hallarda, ailəmizə görə planlarımızı azmı dəyişmişik? Sırf onlardan uzaq olmayaq deyə seçdiyimiz yerlər, və ya sırf onlardan uzaq olaq deyə yaşamaq üçün seçdiyimiz yerlər. İstənilən halda sırf onlara görə fikir dəyişiriksə, demək ki, bir növ onlardan asılıyıq.
İşdə müdirimizdən asılılığımızı gətirək göz önümüzə. Bəli.  Onun dediyi günlərə görə işdə olmalı, bir növ onun əyyarladığı saatlarda və yerlərdə işləməliyik- Asılıyıq. Amma şəxsi asılı deyilik. Əgər bunu şəxsi asılılıqla qarışdırırqsa o zaman professional düşünmürük deməkdir! Bu asılılıq həyatımızı başqalarından asılı olmayaraq qurmaq üçün bir tramplindir sadəcə. Əgər bu tramplində çox vaxt itirirsinizsə bu öz günahınızdır. Halbuki öz işinizi quraraq öz “direktorunuz” “müdiriniz” “bossunuz” olmaq  və sadəcə işlə limitlənən bu asılılıqdan belə qurtula bilərik. Amma unutmayın ki, müdirinizdən olan asılılığınız sadəcə iş çərçivəsində limitlənir.
Universitetimizdə də asılıyıq. Dərsdəykən professordan: düşünün ki, tuvaletə getmək üçün belə icazə alırıqsa, həmin 90 dəqiqə ərzində biz həmin adamndan nə qədər asılıyıq. Sonra zamdekandan, dekandan bəlkə də rektordan belə asılıyıq kimi zaman. Universitetdə olduğumuz müddətdə onların sözləri ilə hesablaşmalıyıq. Amma burda belə bir limit var. Universitetdən çıxdığınız an artıq özünüz özünüzün professoru, dekanı  və rektorusunuz. Yəni bu asılılıq belə çərçivəlidirsə deməli nisbidir. Qurtulmaq mümkündür.
Amma dostlarınız, sevgiliniz və ailənizdən olan asılılığınız isə limitsizdir. Onlar sizi evdə, dərsdə, işdə, hətta düş olarkən və ya tuvaletdəykən belə limitləyirlər siz buna fikir verməsəniz belə.
Bu asılılıq istədiyiniz an yaşadığını yeri dəyişməyinizə, istədiyiniz an harasa getməməyinizə, və ya öz düşündüyünüz qərarınızı verməyinizə əngəl olur.
Və bu asılılıqlar sadəcə öyrəşməkdən başlayır. Əvvəlcə öyrəşirsən, sonra bağlanırsan daha sonra isə asılı hala düşürsən. İstənilən halda bütün münasibətlər asılılığa gətirib çıxarır. İnanmırsınızsa, bir də ətrafınızı nəzərdən keçirin. Dostum yoxdur deyirsinizsə belə, ətrafınızda sözünü yerə sala bilməyəcəyiniz biri yoxdurmu? Sevgilim yoxdur deyirsinizsə belə çox yaxın bir dostunuz yoxdurmu ki, hansı ki, fikirlərini nəzərə almağı çox sevir və beləcə özünüzcə öz asılılığınızı qəbul edirsiniz? Ailəniz yoxdur, və ya ailədən bütün asılılıqlarınızı-bağlarınızı qoparmısınız deyirsiniz? Zarafat edirsiniz yəqin . Ailəniz yoxdursa, bunun sızıltısı ən azından sizi bir şeylərə bağlayacaq, ən azından duyğularınıza bağlanmış olacaqsınız. Ya da dostlarınız artıq ailəniz kimi olacaq. əgər varsa, və sadəcə onlarla əlaqələrinizi qopardığınızı düşünürsünüzsə bu zaman belə səhv edirsiniz. Ən azından müəyyən vaxtdan bir onları ziyarət etmək məcburiyyətindəsiniz-bağlısınız-asılısınız. Etmirsinizsə-artıq öz qürurunuzdan asılısınız-yenə də bağlısınız. Hisslərinizin əsirisiniz.
Nə qədər də azad ruhlu olmaq istəsək belə bizi bağlayan, limitləyən birşeylər və ya kimlərsə var. İstənilən halda ətrafımızdakı insanlardan asılıyıq. Amma,hər bir kəsdən bağlılıq dərəcəmizi özümüz müəyyənləşdiririk və həyatımızın “zəncirləri” sadəcə öz əllərimizdədir. Sırf kimlərsə deyir deyə yox, sırf özümüz  istəyirik deyə qərar verərək yaşamaq ən yaxşısıdır. Bu nə qədər eqoist səslənsə belə eqoism deyil.  Bunu eqoismlə qarışdıraraq kifayət qədər vaxt itirmişik...və kifayət qədər asılı qalmışıq.
Demirəm dostlarımızı ailəmizi və ya sevdiklərimizi ataq. Sadəcə olaraq onların bizə yaşatdığı bu bağlılıq duyğusunu özümüz əyyarlayaq. Limitlərimizi zorlayaq, və qərarlarımızı özümüz verməyi bacaraq.
Çünki ŞƏXSİ ASILIQlarımız çoxaldıqca və  bir fərd-şəxs olaraq azadlığımızı ətrafımızdakılara onsuz da fəda etmişkən çox hallarda biz necə bir millət olaraq böyük “AZADLIQ”-lardan danışa bilərik ki? Boş verin getsin. Əvvəlcə, ruhumuzu  sərbəst-azad buraxmağı bacaraq məncə. İnanclarımızı özümüz seçək və qərarlarımızı özümüz verək... Yanlış belə olsa, onlar bizim təcrübəmiz olacaq ən azından...



2 comments:

Anonymous said...

pofiqist olmağı bacarançün asılığ hissi, darıxmağ hissi yaşanmaz )

Eltaj said...

Insanları vecimə almamağı bacarmıram :şəxsiyyət olaraq düşünürəm hər kəsi. Ona görə də onlara qarşl pofiqist ola bilmirəm -_-