Könnə ilin son blogpostu...

17 ilimin ən həyəcanlı, maraqlı və çətin bir ilinə evdən 1 okean uzaqda, 10 saat fərqi ilə nöqtə qoyuram.
Ümumiyyətlə blogumda heç vaxt "Yeni il" və ya "Köhnə il" nəsə belə bir blogpost yazmamışam. Bu ilin son dəqiqələrində ondan da bir ilk etməyə qərar verdim. 
 Əslində bu dəfə adi blogpostlardan olmayacaq. Yenilik, odur ki, bu blogpost yenicə tanıdığım Elvin Can Turan İlə ft blogpost olacaq.  Lvin-in suallarını cavablandırmaqla "Könnə ilin son blogpostu"a start veririk:



L: ABŞ inkişaf səviyyəsinə görə bütün ölkələrdən qabaqda olsa da, yeni ili ən gec qarşılayanlardan olacaq? Niyə belə geridə qalıb?
E: 0 yaşla 1 yaş arasında fərq olduğu kimi 2012 illə 2013 il arasında da kifayət qədər böyük yaş fərqi var. Amerika isə 2013ə tez başlayıb "qocalmaq" istəmir sadəcə. Nə qədər bacarsa gecikdirir yeni ili. "Hələ cavan uşağam mən" gəncliyinin dadını "doya-doya"çıxarır bir sözlə.

L: İkinci dəfə dünyaya gəlsən, 2013-cü ilə keçərdin?
E: Yox, keçməzdim. 2012yə çatanda deyərdim ki, "saxla avtobusu düşən var"! 2013-dən nəsə gözüm su içmir. Bu aralar mənə birtəhər baxır elə bil ki. Ona görə onunla olan "münasibətimiz"dən bir qədər ehtiyat edirəm

L: Səncə illər dəyişməsə nə baş verərdi? Yəni dəyişiklik mütləqdi?
E: Monotonluq olardı. Təsəvvür et ki, hər dəfə kalendara baxanda eyni rəqəmləri görürsən. "0"ıncı "1"ci il və s. Bu bir bir növ həyatın boyunca eyni adamla yaşamaq, yatmaq, durmaq, gəzmək, danışmaq kimi bir şey olardı. Artıq o adamı o qədər tanıyırsan ki, hər detalını, hərəkətini, hansı suala necı cavab verəcəyini əzbər bilirsən. Həyatın təkcə ondan ibarət bir vakuumdur sanki.
Amma digər tərəfdən də buna elə yanaşa bilərəm ki, əgər şans verilsəydi ki, hansısa ilin dəyişməməsinə qərar verim onda bir qədər fərqli olardı vəziyyət bəlkə də. Məsəl üçün hansısa ilin 31 dekabrı gəlir 1 yanvara keçirsən, və əslində isə ili dəyişməmisən. Və zaman keçən ilki kimi keçir. Artıq nəyin nə zaman başlayacağını yaxşı bilirsən. Bir növ, hamsısa oyunun eyni "level"ini təkrar-təkrar oynamaq kimi fikirləşmək olar. Amma, bu "level" nə qədər də maraqlı olsa, yenə də bir müddət sonra sıxıcı gəlməyə başlayacaq və yenilik axtaracaqsan. Ən azından mən axtarardım, və buna görə də monotonluqdan-sabitlikdən həmişə uzaq gəzirəm. Dəyişməzlik-bir sözlə mənlik deyil. Kalendarda hər dəfə yeni rəqəmlər görməyin ayrıca ləzzəti var.

L:2012-də Feliks ən yüksək tullanışla yadda qaldı. Sən nə etdin?
E: Mən də ən yüksək tuılanışı xəyal etdim. bundan da başqa nəsə maraqlı şeylər çox oldu. Çox şey dəyişdi mənimçün. İlə yaxşı başlamışdım. Fevral ayında rayonumuzda "ilin şagirdi" seçildim. İlə gözəl başladığımı fikirləşçirdim ki, martda həyətdə xəyal qurub gözüm göydə gəzərkən yıxılıb qolumu qırdım. Ax nə ağrılı günlər idi. 11 ci siif şagirdi olasan,7ci sinifdən qəbul imtahanına hazırlaşasan imtahana 1 neçə ay qalmış xəstəxanaya düşüb 1 ay yatmalı olasan. Xəstəxananı da bir qədər maraqlı edən bir şey oldu. American councils-dən zəng vurdular ki, deməli,dekabr ayında qoşulduğum FLEX programının qalibiyəm və 1 il Amerikada təhsil almaq şansı qazanmışam. İkllərcə xəyalıı qurduğum Amerika arzusu da beləcə reallaşdı. Sonra, qəbul imtahanı. Gözlədiyim nəticə ilə qəbul oluna bilməsəm də, çox pisdir də deməzdim. Bəhanımsə hazırdır: 1 ay xəstəxanada yatdım, 1 ay sağ qolum gipsdə gəzdim, 1 ay da qolumu aça bilmədim axı... 

Hə bir də yadımdan çıxmamışkən əlavə edim ki, Yaponiyada zəlzələ olanda, coörafiya ilə çox maraqlandığıma görə, hətta arzulamışdım ki həyatımda 1 dəfə belə olsa, zəlzələnin şahidi olum. Elə oldum da. Həm də 1 dəfə yox, sayını bilmədiyim qədər. Düz 1 ay hər gün "laylay" la yatıb durduq. Onun necə keyfi-adrenalinini yaşamaq bambaşqadır.Arzuladığıma görə heç o qədər də peşman deyiləm əslində.Amma, yaxşı ki, zəlzələnin nəticələri çox da pis olmadı... Nəsə, avqustda isə artıq Amerikadaydım. Burda nələr elədim, nələr eləmədim orası bir qədər uzundur deyəsən. Əsas məsələ hələ fərqli mühitə öyrəşməyə çalışırdım ki, bir də ayıldım artıq demək olar ki yarım ilimi burda keçirmişəm. Çox fərqli, çox dəyişik bir mühitdə... Beləcə keçdi 2012 də.

L:2012-nin sənə borcu qalmadı? ya da əksinə...
E: Qaldı. Həm də neçə il arzuladığım 700 balım 86 balını əksik verdiyinı görə 86 bal borcu qaldıdeyə bilərəm. HEç vaxt bağışlamayacam bunu ona... Bir də ürəyimdə qalan bəzi cümlələr oldu kimlərəsə deyə bilmədiyim. Ya da kiməsə. YA da dedim amma demədim. Eh burası qarışıqdır biraz... Amma çox böyük borcu qaldı 2012-nin mənə...

L:İlandan qorxursan?
E: Qorxuram ammam yenə də gözünə dik baxmağı fikirləşirəm.

L: Kimlər üçün illər dəyişmir?
E: Dəyişməyini istəməyən xəyalpərəstlər üçün

L:2013-də başqa illərdə etmədiyin nələri etmək fikrin var?
E: Bu il küləyin ixtiyarına verəcəm yelkənli qayıqlarımı...


Beləcə, Amerika vaxtıyla yeni ilə 5 saat 40 dəqiqə saat qalmış bu postu sonlandıraq burda. Lvin-in "təkər" suallarına necə cavab verdim-vermədim bilmirəm amma, 2012ni istəsəm də istəməsəm də, beləcə sonlandırdığımızı bilirəm. Bircə xəyal qırıqlığım 2012-dən o oldu ki , onu belə sakitcə, evdə tək yola salacağımı heç fikirləşməmişdim. Yenə də haqqını verim ki, mənimçün həqiqətən də Əjdaha bir il oldu. Necə deyərlər "yeri var" İDİ...2013dənsə,çox fərqli Sürprizlər gözləyirəm
 
 



Yeni ildə yeni və maraqlı blogpostlarda görüşmək ümidi ilə...(Təbii ki, tənbəllik icazə versə)



No comments: