
Özümü kiçik göstərirəm... Zəif, köməksiz... GUya anlamıram nə olub-bitdiyini... Onlar pislik etdiklərini düşünəndə gülürlər... Mənsə, bunun nə olduğunu anlamırmış kimi dayanıram sakitcə... Onlar da inanırlar... Hah! Necə də zavallı məxluqlardırlar. Mən onları istifadə edirəm onlarsa...
Hə yadımdadır, 1 dəfə 1 bakteriyanı yaxşıca "işə salmışdım". Həqiqətən də çox gülməli idi... "gerizəkalı" heç nə başa düşməmişdi əvvəlcə... Sonra, özümü heç nə başa düşmürmüş kimi göstərərək ona etdirdiklərimi göstərdim hər kəsə... Onlarsa, mənim günahsız bir kiçik varlıq olduğuma həmişə olduğu kimi bu dəfə də inandılar. O bakteriyanı isə atdılar bir kənara... Amma, ondan istifadə etmək çox sərfəli oldu... Mən daha da zəif, daha mühafizəsiz, və daha məhzum görünə bildim...İndi hamı artıq məni qorumağa çalışır, mənimlə xoş rəftar edir, və düşünür ki, mənə bütün hadisələr pis təsir edə bilər. Ax, bu bakteriyalar... Heç vaxt genimi araşdırmaq ağıllarına belə gəlməz. Mən parazitəm, əzizlərim. Mən sizdən daha üstünəm. Sizsə bunu heç vaxt anlamayacaqsınız... Bəlkə də, hal-hazırda aramızda başqa parazitlər də var mənim kimi minlərlə... Amma,
onları ayırmaq mümkün belə deyil... Hətta mən belə onları ayıra bilmirəm... Çünki, onlar çox ağıllıdırlar, mənim kimi... Biz heç vaxt özümüzdən başqasına göstərmirik özümüzü... Sadəcə, görünmək istədiyimiz bir yerdə, görünmək istədiyimiz şəkildə görünürük. bəzən də görünmürük... İnanın ki, bizimçün öldürücü zərbəni vurmaq heç də çətin deyil... Çünki, biz hər zaman ən mükəmməl və əlverişli yerdə, hər zaman hazır vəziyyətdə gözləyirik...Hər zaman sizi ayaq altına verə billərik, hər zaman incitməyə hazırıq. Birdən görünsək, çox asanca, tərk edirik... Və biz hər yerdəyik... Asanlıqca yayılırıq, sinsicə soxuluruq hər yerə...
Xətər yetirmək üçün bizə bir şey etməyiniz belə vacib deyil... Biz özümüz özümüzə edər sonra isə, əvəzini almağı yaxşı bacarırıq... Təbii ki, sizdən ancaq.... Çünki, biz parazitik... Və bizim işimiz, ancaq, yapışmaq, sormaq, və sonuna çıxmaqdır... Öldürmürük bəlkə də... Axı,ölmək dediyin nədir ki?..
No comments:
Post a Comment