Uçmaqdan---sürünməyə----yaşamağa doğru... Zaman və an olmadan...



Orda-buludların üzərində bur dünya var. Ağappaq tərtəmiz bir dünya... Saf və pak bir dünya... sadəcə 1 üzlü dünya... Başımızı qaldırdığımızda bizim görmədiyimiz bir dünya...
Bir də orda mələklər var... Çəhrayı, narıncı və bəyaz donlu məkləklər... Bəyazlar içində yaşayan mələklər... Onların rəngləri var... Öz rəngləri. Öz həyat rəngləri.
Onlar yaşamırlar əslində... Çünki,
bütün yaşamların sonu var. Onlarınsa sonu yoxdur. Onlar sadəcə gülürlər. Onlar xoşbəxtdirlər... Onlar qəmsizdirlər. Onların ürəyinə heç vaxt qara nöqtə belə düşmür. Hansı ki, bu qara nöqtələr çox düşdükdə onları tamamilə öz rənglərinə çevirə biləcək qədər qüdrətli amma, bu mələklərə yaxınlaşa bilməyəcək qədər də zəifdirlər...

Mələklər isə zərifdirlər... Onlar pakdırlar çünki. Onlar yaşamaq istəmirlər. Onlar uçmaq istəyirlər sadəcə... Amma buludlardan uzağa uçmaq yox! Yüksəyə də uçmaq istəmirlər onlar... Onlar sadəcə ucalmamaq və enməmək üçün uçurlar... Onlar yaşamamaq üçün uçurlar... Yaşamaq onlar üçün ölmək deməkdir axı. Onların zamanları yoxdur…Çünki onlarda zaman anlayışı yoxdur. Həyat durub onlarçün... Axıb gedən heç nə yoxdur əslində. Ardınca qaçmalı olduqları bi məfhum da yoxdur onlarçün... Onlar üçübn “AN” var. Onlar “uçduqları” anın dəyərini bilirlər... Amma onların anları zaman kimi keçib gedən və geri dönməyən deyil. Anları zaman kimi xain deyil çünki...Axı onlarda xainlik deyə bir anlayış da yoxdur... Onlarda sevgi var sadəcə... Sevinc var sadəcə... Azadlıq və sadəlik əslində isə sadəliklər içərisində olan mürəkkəblik var. Amma bu mürəkkəblik bizim sadəliklərimizdən belə daha sadədir... Biz isə onu anlaya bilmərik heç zaman...
Onlar bizə baxırlar zaman zaman... onların anları çoxdur axı... Onlar bizə baxırlar və anlamırlar heç nə. Onlar başa düşmürlər bizi... Çünki onlar üçün bizim etdiklərimiz sadəcə “qara nöqtələrdir”... Onlarsa bizim bunu bilə-bilə necə etdiyimizi anlamırlar. Amma özləri etdiklərində onlarçün ölüm sayılan əslində isə bizim yaşamaq adlandırdığımız dünyaya gəlirlər... Bu zaman onlar tamamilə qaralmış olurlar... Və ağlayırlar. Geri dönmək istəyirlər əslində. Amma bilmirlər ki, geri dönüş mümkün deyil... Onlar bu zaman özləri üçün ölüm olan yaşamağın nə olduğunu anlamağa çalışırlar. Amma bunu da yaşamaq yox sürünmək adlandırırlar. Beləcə onlar yenə də yaşamırlar. İndi sürünürlər... Sonda isə sürünərkən bir quyuya rast gəlirlər... bu o an olur ki onlar özləri də hiss etmədən o qara nöqtələr artıq gözlərinə qədər çatmış olur və onları önlərini göstərmir. Sonda onlar da ölürlər.
Əslində heç yaşamadan ölürlər... Çünki onlar anlamırlar... Ağappaq saf bir düynyadan siyah bir aləmə düşməyi anlamırlar. Və sonda heç nəyi də anlamadan məhv olub gedirlər. Amma gedərkən son 1 şeyi anlayırlar sadəcə: Yaşamağı... Onlar Yaşamağı sadəcə yox olarkən anlayırlar...SADƏCƏ YOX OLARKƏN!...

No comments: