Qərar verdim: həkimlər də insandırlar!

Həkimlik çətin imiş. Nə gecəsi var, nə də gündüzü. Onlarla xəstəylə məşğul olmaq, onların nazıyla oynamaq hissəsini hələ heç demirəm. Bunları mən də hələ indi, qolumu qırıb xəstəxanada qolumdan asılı qalandan bəri öyrənmişəm. İnanın həyat xəstəxanadakı qədər yavaş bəlkə də heç yerdə keçə bilməz. Boş-boş uzanıb bütün günü tavana baxmağın insanda yaratdığı duyğuları heç təsəvvür belə edə bilməzsiniz.
Belə vəziyyətdə bir də uzaqdan bir xəstənin ağrı dolu qışqırtısını eşitmək ümumiyyətlə dəhşətdir. Bir düşünün ki, gecə yatırsınız və səslərə oyanirsınız. Tibb bacıları təşviş içində o yana bu yana qaçışırlar. Gecə saat 3 bilməzlər, 5 bilməzlər həkim çağırmaq lazım gəlir. Haradasa qəza olub. Kimsə haradansa yıxılıb. Sonra ağ xalatlı bilmirəm onlara mələkmi deyim, yoxsa ustami ya qəssabmı bəzilərinə, bax onlar işə başlayırlar. Yenə insanın qulaqlarını çınladan o qışqırtıları eşidirsən...Səhər isə yenə eyni həkim gəlir. Axşamkı yorğunlurları nə qədər axtarsam da eyni ciddi, bəzən biraz təbəssümlü ifadədən başqa heç nə tapmıram üzlərində. Çox həkimlər ciddi, üzlərindən "zəhrimar" yağır deyə fikirləşirdim. Amma hamısı elə deyilmiş. İnanın ki, zarafat belə qəbul edə bilirlər. Yoxlamışam. Buradan mən də həkimlər üzərinə bele bir diaqnoz qoydum ki, onlar da insandırlar;) Və yaxşı ki, o insanlar var imiş. Artıq onlarsız günümüzü təsəvvür belə edə bilmirəm və ümid edirəm ki, buradan çıxandan sonra İnşallah bir də bura yolum düsməz. Tək mənim yox heç kimin. Xəstəxanada olmaq istər həkim, istərsə də xəstə üçün çətindir... Çooox çətin...
P.S Həmişə həkimlərin pisindənmi yazaq?! Arada onları görməzdən gəlib yaxşilardan yazaraq ürək da açmaq lazımdır axı.

No comments: