Mən də bilmirəm…


Darıxıram… Görəbilmədiyim dostlarım, Dərdimi deyə bilmədiyim insanlar üçün darıxıram… DArıxıram… İçimdə görə bilmədiyim, axtarıb da tapa bilmədiyim, hansısa bir zamanda itirib qoyduğum duyğularımçün darıxıram. Darıxıram. Kimdənsə ötrü və ya nədənsə ötrü darıxıram. Özüm üçün darıxıram. Mən harda itmişəm?! HArda itirmişəm özümü? Bəlkə də illər öncə səbəbsiz yerə acıqlanan və qulağımı çəkən “CANIM” müəlliməmim əllərində itirmişəm özümü? Ya da imtahanlara tək gedərkən, həyəcandan hansısa bir koridorda itirmişəm özümü? Ya da rəqs dərslərində utandığımda şkafın arxasında itirmişəm özümü? Axtarıram… Yol kənarlarında, dolmuş dəftərlərimin arasında, İllər öncə oxuduğum kitabların içində, İndi bu sətirləri oxuyan oxucunun gözlərində, hətta hər zaman ən yaxın yoldaşım olan yaştığımın altında belə axtarıram özümü… Mən hardayam?! Mən kiməm?! Nə vaxt itirdim özümü? Niyə itirdim? Niyə mən “MƏN” ola bilmirəm?! Niyə məni sevənləri görə bilmirəm?! Niyə dostlarımı anlamıram? Niyə istədiyimdə dostlarımın yanında ola bilmirəm? Axı niyə dostlarıma kömək edə bilmirəm? Niyə onlar üçün əlimdən heç nə gəlmir? Mən ki, çalışıram. VƏ üzülürəm. Hər dəfə kiminsə üzüldüyünü, qəmləndiyini gördüyümdə üzülürəm. Hər dəfə bir dostumun dərd çəkdiyini gördüyümdə üzülürəm… Hər dəfə imtahan vərəqəmi əlimə aldığımda tarixdən səhvlərimin çoxluğunu gördüyümdə belə üzülürəm…  

Hər dəfə bilmədən kiminsə qəlbini qırdığımda üzülürəm… Və sonra “ Bağışla” deyə bilmədiyimdə də üzülürəm…
İstədiyim zaman dostlarımın yanında ola bilmədiyim üçün üzülürəm. Və onlara vaxt ayıra bilmədiyim üçün üzülürəm…
Özümü tapa bilmədiyim üçün üzülürəm. Bəzən insanlar məni anlamadığı üçün üzülürəm. İnsanlar bir-birlərini də anlamırlar! Paylaşmaq üçün bir şeylər əlimdə olanda, paylaşacaq kimsə tapmadığım üçün, və ya paylaşacaq birisi olduğunda nə paylaşacağımı tapmadığım üçün də üzülürəm…
Amma Bəzən sevinirəm də. Ətrafımda kimsə olmadığını düşündüyümdə, nə qədər insanın əslində mənin çox sevdiyini və mənimçün nəsə etməyə hazır olduqlarını gördüyümdə sevinirəm. Geyməyə paltarım, içməyə suyum, yeməyə yeməyim, yazmağa sözüm olduğu üçün sevinirəm. Ən azından düşünə bildiyim üçün sevinirəm. Hər xəyal qırıqlığına uğradığımda kiminsə mənimçün cəhd etdiyini gördüyümdə sevinirəm. Məni hər nəsə incitdiyində yanımda dostlarımın olduğunu gördüyümdə sevinirəm. İnsanların ətrafımda olmağına sevinirəm… Nəfəs aldığıma sevinirəm! Bütün bunları yaza bilməyimə sevinirəm. Əllərimin olmağıma, varlığıma, Anamın varlığına, Ailəmin varlığına, dostlarımın varlığına, Hələ də insanların varlığına sevinirəm. Mən sevinirəm! Sevinə bildiyimə görə sevinirəm… İçinə Çoxluuuu sevinci və Kədəri sığdıra biləcəyim qədər böyüüük bir qəlbimin olduğuna sevinirəm…
P.S :Hal-hazırda bu yazını sona qədər oxuduğuna sevinirəm. Sənin də sevinə bildiyinə sevinirəm… Sənə görə sevinə bildiyimə sevinirəm. VƏ ƏSLİNDƏ SEVİNƏ BİLƏCƏYİM ŞEYLƏRİN MƏNİ QƏMLƏNDİRƏCƏK ŞEYLƏRDƏN DAHA ÇOX OLDUĞUNA SEVİNİRƏM!

6 comments:

Nigar Məmmədli said...

Yaxsi ki, sevine bilirsen...bezen oturub seven axtariram sevinmeye.Amma kederli anlarim o qeder coxdu ki, sevinci menden gizledir..ve men yene uzulurem.....gulmeyi bacarmaq cox cetindi...

Eltaj said...

Həqiqətən də çətindir amma, biraz cəhd göstərmək lazımdır. Mübarizə aparmaq lazımdır bizi sevindirən şeylər uğrunda...Məncə sənin də sevinci səndən gizlədənlərin arxasından gələn sevinci gözləməyin və görmək istəməyin daha vacibdir... Hər şey insanın özündən asılıdır. Gülməyi bacarmaq üçün də cəhd etmək lazımdır. Bəzən sadəcə dönüb ətrafından səni nəyin həqiqətən sevindirə biləcəyinə baxsan əgər, bütün problemlərin həll olar. Sadəcə ətrafında bax. Bəlkə də orda o qədər çox kəşf etmədiyin kiçicik xoşbəxtliklər gizlənmiş ola bilər ki...

Seadet Musayeva said...

Nece de cetindir 1 omur boyu, daim goz onunde gizli yashamaq... N.Hesenzade... Ehhhh,bezmishem heyatin kem-shirin dadindan...

Eltaj said...

?

Nigar Məmmədli said...

Mənim xoşbəxtliyim məndən çoooox uzaqdadır..qarşımda əngəl var. onunçun mənə çətindir......Ehhhhh....

Eltaj said...

Məncə əgər sonunda xoşbəxtlik varsa bütün əngəlləri aşmağa və bütün çətinliklərlə savaşmağa dəyər... Bəlkə də sənin əngəl olaraq gördüyün əslində çox xırdaca bir şey imiş. Sən gözündə böyüdürmüşsən. Risk və cəhd et. Sonu nə olur olsan buna dəyər.