Kaş ki... Ölüm onun da istədiyi vaxt gələrdi...

Hər şeydən və hər kəsdən uzaqlaşdığı bir dövr idi. Sanki, hər kəs onu tərk edirdi. Özünü yalnız-yapayalnız hiss edirdi. Ətrafındakı insanların çoxluğunu sanki, görmək belə istəmir və ya görə bilmirdi. Artıq uçurumun kənarına çatdığını hiss edirdi. Son zərbəsi isə ona sevgilisi tərəfindən dəymişdi. Ondan ayrılmaq istəmişdi çünki sevdiyi. Axı niyə? O ki, onunçün hər şey edirdi? Bəs niyə axı tərk edən o olmalı idi? Bunların cavabını tapa bilmirdi. Artıq tək çarəni ölümdə görürdü. Axşam ulduzlara və buludlara baxaraq xəyal qurdu. Sabah necə ölə biləcəyinin planını və öldükdən sonra nələr olacağının xəyalını. Səhər durdu. Anası mətbəxdə idi. Etməli olduğu şey çox sadə idi. Həyətə endi və qarajdan kəndiri tapdı...
İndi etməli olduğu sadəcə bir şey var idi. Kəndiri tavandan asmaq və sonrası isə çox sadə idi. Ayağının altına qoyduğu kürsünü itələyəcəkdi. VƏ SON! Elə də etdi. Kəndiri əvvəlcə tavana asdı. Sonra da boynuna doladı. Qəlbinin şiddətlə döyündüyünü hiss etdi. Amma, geriyə dönmək olmazdı. Artıq o yolunu seçmişdi. Ayağını astaca tərpətməsi ilə hər şey sona çatacaqdı. Son 1 kərə anasının o gül üzünü xatırladı. Balaca bacısını gözünün önünə gətirdi. Böyük qardaşı! AH, o necə də nəvazişkar bir qardaş idi. Atası… Atasını da çox sevdiyini xatırlaadı. Amma, onlar onu sevmirdilər. Ona görə də onlara cəza verməli idi axı. Onları və O-nu özündən məhrum buraxmaqla verəcəkdi onların cəzasını. Birdən son qüvvəsini toplayaraq ayağını hiddətlə kürsüyə vurdu...

SƏS!!! Şiddətli tappıltı… Sona yaxınlaşır hər şey… Deyərkən, Sən demə qardaşı da bu vaxt işə getmək üçün maşının yanına qaraja gəlirmiş. Səsi eşidən kimi sürətlə qaraja girdi. Qardaşı özünü asmışdı. İlk iş özünü onun ayaqlarının altına çatdırmaq oldu. Və möhkəmcə yuxartı qaldırdə. Qardaşı huşunu itirmişdi. Tez anasını və bacısını səslədi. Onlar 1 dəqiqə ərzində qarajda idilər artıq. Ana sustaldı. Bacısı yerə çökdü. Atası isə soyuqqanlılığını saxlayaraq tez təcili yardıma zəng vurdu. 10 dəqiqə əzrində artıq təcili yardım qapıda idi.
Xəstəxana… Solğun, ağ divarlar… Əks-səda verən koridorlar. Və onun bəmbəyaz, tərtəmiz çarpayısı. İlahi, Ona nə olmuşdu.?! HEç nə xatırlaya bilmirdi! Niyə burdadır axı? Anası niyə yanında oturaraq bu aədər ağlayır? Gözünü yana çevirdi. Atası, bacısı və qardaşı da yanında idilər. O isə 1 həftə idi ki, komada... Və nəhayət ayıldı. Ətrafındakıların sevincinin həddi-hüdudu yox idi. Sadəcə bir nəfər sevinmirdi. O da özü idi. Yenə də bu “xarab” dünyadan qurtula bilməmişdi. Yenə də xilas olmamışdı. Amma artıq edəcək bir şey yox idi. Aylar keçdi. O sürətlə sağalırdı. Amma istəmirdi yaşamaq yenə də. Necəsə O biri dünyaya köçməli idi. Axşam… Sərin yay küləyi əsir… O həyətdə qoydurduğu çarpayısının üzərindədi. Ulduzlar sayrışır. Digər tərəfdə isə buludlar bir-biri ilə qaçdı-tutdu oynayır. O isə yenə də bir şey fikirləşir: Axı niyə məndən əl çəkmirlər? Onlar ki, məni sevmirlər! Niyə məni ölməyə belə qoymurlar axı? Üzünü yana çevirdi. Düz yanında dərmanları vardı… 5-10-15 və ya daha çox dərman şüşəsi. Bir də ətrafına baxdı…Heç kim yox idi. Əla fürsətdir. əlində aldığı 50dən çox dərmanı qəti bir sürətdə ağzına atdı. Və üzərindən sadəcə 1 stəkan su.

Yavaş-yavaş əllərinin və ayaqlarının boşaldığını hiss edir. Artıq səsini belə çıxarmağa taqəti qalmayıb. Amma yenə də ətrafına olan nifrətini düşünür. O insanlara nə qədər nifrət edirmiş. Bunun səbəbini özü də hiss etmir. Tavaş-yavaş qarnının və mədəsinin ağrısını da hiss etməməyə başlayır. İndi sadəcə azca başı ağrıyır. Amma, heç nə olmaz bir neçə dəqiqə sonra o da yox olacaqdı. Gözləri yumulur zorla. Amma axı o uludzlara baxaraq ölmək istəyirdi?! Bu an kiminsə səsini eşidir. Amma yox artıq səs get-gedə uzaqlaşır. Sanki böyük bir mağaranın ağzından gəlir bu səs! NatiQ! NAtiq!.... Yox. Artıq o heç bir səs eşitmir bu an. Hər şeydən uzaqdır artıq.
Yenə də gözünü açdığında eyni hadisə. Yenə də o koridorlar, yenə də eyni çarpayı. Sadəcə fəsillər dəyişib. Gərək bu çarpayını onun adına yazardılar birdəfəlik… Yenə də anası, atası, bacısı və qardaşı başının üzərindədirrlər. O isə yenə də xilas ola bilmədi….
Aylar keçdi yenə də… O get-gedə sağalırdı… Artıq rəngi də özünə gəlmişdi. Amma fikirləri dəyişmirdi. Ölməli idi. Nə olur olsun bu dünyanı tərk etməıli idi. Axı o niyə yaşayırdı ki?! Kimə lazım idi axı o?! Kimə nə köməyi dəyirdi ki? Sadəcə ailəsinə əzab verməkdən başqa heç nəyi bacarmırdı. Dünyaya gəldiyində başlamışdı o əzab verməyə ailəsinə. İlk doğulduğunda həkimlər ürək yetməzliyi olduğunu müşahidə etmişdilər. Ona başqa bir ürək nəql etmək lazım idi. Bu isə çox baha idi. 5 yaşına çatdığında ailəsi zorla da olsa pul tapıb onu əməliyyat etdirdilər. O sağaldı. Amma, indi də göz xəstəliyi meydanda şıxdı. Gözünün işığı gündən günə azalırdı. Amma onun da yolunu tapdılar. Yenə də eyni xəstəxanada eyni otaqda əməliyyat olundu. Sonra yenə də eyni çarpayıya yatdırıldı. Bu əzab verdikləri bəs deyildimi?! İndi də… Ailəsi ona nifrət edirdi (öz fikrinə görə) Onlara bu qədər əziyyət verdiyinə görə. Bu belə deyildi əslində. O isə bunu anlamırdı. Ona görə də onları da, özünü də bundan xilas etməli idi. O bu yollarla ölə bilmirsə deməli başqa bir yol tapmalı idi. Televizorda xərçəngdən ölənlər haqında statistik məlumatlar verilirdi. Aha! Əla! Xərçəng xəstəliyi! Xərçənginsə ən yaxın dostu siqaret və alkaqol idi. Başladı… Gündə qutularla siqaret çəkir, hər gecə isə alkaqol şüşəsinin “İçinə düşürdü”. Ailəsi heç nə edə bilmirdi. Axı o yeri gəldiyində onlardan daha ağıllı, iradəli və dözümlü bir insane idi. Onlar icazə verməsələr belə necə isə bunları alacaq pul tapırdı. Çünki, o aciz biri deyildi. Və bədəni o qədər qüvvətli idi ki, hələ də zəiflədiyini hiss etmirdi. Bir gün yenə də Siqaret və bir şüşə spirt almaqçün mağazaya gedirdi. Küçənin sonunda… Allahım!Bu kimdir belə? Mələkmidir? Yoxsa bir su pərisimi? Gözləri,.. Gözləri heç anlata bilməyəcəyi qədər gözəl. Dodaqları, çiyələk kimi qırmızı… O necə də gözəldir. Amma ona heç vaxt baxmazdı. Axı o! Bir neçə nəfərdən soruşdu. Qız universiteti təzəcə bitirmiş və yaxınlıqdakı banklardan birində çalışırdı. Yaxşı da gəliri var imiş deyilənə görə. Amma, bu şəkildə o Natiqin üzünə belə baxmazdı. Qərar verdi. O da oxuyacaq, iş tapacaq və sonda qızın qarşısına çıxıb ona hislərini açıq-açıq söyləyəcəkdi. 1 il çalışdı. Həm içdi. Həm siqaret çəkdi. Həm də dərs oxudu. Oxudu. Oxudu… Və sonda imtahana girdi. O ən yaxşı nəticəni əldə edərək ən yaxşı universitetlərdən birinə qəbul onumuşdu. 4 illik universiteti 3 ilə bitirdi. Sonra Onunçün çox gözəl iş təklifləri gəldi. O isə bunlardan birini qəbul etdi. Sadəcə 1 ilə onun maşını, evi və kifayət qədər pulu vardı… Axı o çox ağıllı, məntiqli birisi idi… Bunların qarşısında heç bir qız ona yox deməzdi. Özündən çox razı idi. Və sevdiyi qızın qarşısına çıxmağa qərar verdi. Onun hər gün önündən keçdiyi binanın qarşısında dayandı və gözləməyə başladı. Budur o! Artıq döngədə göründü… Bu illər ərzində hələ də dəyişiləməyib və öz gözəlliyini qoruyub saxlayıb. Artıq o, illər öncəki ölüm duyğusunu sevdiyinin gözlərində yavaş-yavaş unudurdu. Onu gördüyündə birdən dili tutldu. Amma əlindəki çiçiəklər onu xilas etdilər. əlini ona uzatdı. Qız sevinirdi. Çünki, o da onu çoxdan görmüşdü və bu günü gözləyirdi.

NAtiQ: Səni sevirəm…
Məndə…

Bütün dioloqları sadəcə bu 3sözdən ibarət oldu. Və hər şey hər ikisinin həyatında bir andaca dəyişdi. Günləri çox xoşbəxt keçirdi. İndi Natiq siqareti ölmək üçün yox sevindiyi üçün çəkir. Alkolu da sevincindən içirdi… Yenə də bəhanəsi vardı axı.

Evlənmişdi artıq. Bir gün səhər işə gedirdi Arvadı da onu yola salmaq üçün qağının önünə gəldi. O necə də xoşbəxt idi. Onu sevən bir arvadı, xoşbəxt bir ailəsi vardı deyə fikirləşərkən birdən-birə ayaqlarının kütləşdiyini hiss etdi. Əlləri tutmadı ki, bir yerdən yapışsın. Və yerə yıxıldı. Yenə də xəstəxana. Yenə də eyni çarpayı. Amma bu dəfə çox şey dəyişmişdi. Gözünü açdığında yanındakı anası yox arvadı idi. Həkim arvadını kənara çəkdi. Ağciyərlərinin fotokopiyasını göstərərk nəsə bir şeylər danışdı. Onun ömrü qısalmışdı. İllər öncə dəfələrlə cəhd etdiyi, bütün ümüdünü ona bağladığı xərçəng-ölüm onu heç gözləmədiyi bir anda haqlamışdı. Artıq, ciyərləri içkidən və siqaretdən sıradan çıxmışdı. Onun həyatının son günləri idi. Arvadı inanmaq istəmirdi. Qulaqlarını tutub yerə çökdü. Sonra bütün qüvvəsini toplayaraq ərinin yanına getdi… Onu necə də çox sevirdi. Onunçün canını belə verərdi. Amma, onu heç cür xilasedə bilmirdi. İllər ərzində sevgisi onu siqaret və içkidən belə xilas edə bilməmişdi. Indi onlardan daha qüvvətli olan xərçəngdən necə xilas edəcəkdi?!

Natiqsə bir şey fikirləşirdi. Dəfələrlə o bu xəstəxanada olmuşdu. Və o zamanlar ölümü nə qədər də çox arzulayırdı. Amma, ölüm onu arzulamırdı. İndi isə yenə də eyni çarpayıda həyatı necə də çox arzulayır. Amma, indi həyat onu arzulamır. Heç gözləmədiyi bir anda Ölüm onu ənsələyir.
Amma hələ də yaşayır. Yaşayırsa deməli hələ də nəsə ümüd var. Bəlkə, ona başqa ciyər nəql edəcəklər?! Ola bilərmiki?! Axı ürəyi xəstə olanda belə etmişdilər. Arvadının yup-yumşaq yanaqlarından göz yaşlarını sildi. Pambıq əllərini əlinə aldı. Ona bütün bu fikrindən keçənləri, yaşamaq üçün hələ də bir şansının olduğunu demək istədiyi an birdən nəfəsinin dayandığını, ürək döyüntyülərinin yavaşımağa başladığını hiss etdi. Artıq o… O... ölür…Arvadının qolarında can verirdi. İllər öncə arzuladığı kimi hər kəsə əzab verərək, onları cəzalandıraraq vəfat edir. İndi anası, atası və bacısı, qardaşı da bütün olanlardan xəbərdar olub onun yanındadırlar. Amma onların əlindən bu dəfə heç nə gəlmir. Indi onları da cəzalandırır. İllər öncə arzuladığı kimi… Amma indi istəmirdi! Axı niyə ölüm belə amansızdır?! Niyə o istədiyi vaxt gəlmədi ölüm? Axı niyə onun arzuladığı vaxt yox məhz indi, belə xoşbəxt olduğu bir zamanda gəldi ölüm?! Axı niyə məhz onun xoşbəxt olduğu bir zaman?!

Çünki ölüm zamansızdır. Çünki, o azaddır. Sənin nə vaxt onu istədiyin yox, onun nə vaxt səni istədiyi vacibdir… Nə qədər istəsən cəhd göstər ölməkçün. Əgər O istəməsə ölməyəcəksən… Nə qədər istəsən cəhd göstər yaşamaqçün, əgər O qoymasa, yaşamayacaqsan… Bütün bunları isə Natiq hələ indi anlamışdı. Ölmək üçün etdiyi o qədər şeylərin boş olduğunu, ölümün onsuz da bir gün gələcəyini hələ indi anlamışdı. O isə əgər indiyə qədər bütün bunları anlasaydı, bəlkə daha uzun müddət xoşbəxt olmuş olardı. Arvadının qollarında və ən sevdiyi insanların əhatəsində hələ də ölümlə pəncələşdiyi bir anda ağzından ilk dəfə olaraq: “ Hamınız məni bağışlayın. Mən sizing hamınızı çox sevirəm… Kaş ki…”
Bu onun son sözləri oldu və o amansız ölümlə əbədiyyətə təslim oldu…

6 comments:

Nigar Məmmədli said...

Cox gozeldir...bu setirleri oxuyanda arrow gozumun onunde canlandira bildim...insan olumu anlayir.Cox sagol.......

Eltaj said...

VƏ əgər insan ölümü anlayırsa, onun nə qədər yaxın olduğunu ya da kimi zaman nə qədər uzaqda olduğunu da anlayır.
Oxuduğun üçün çox sağol :)

Nigar Məmmədli said...

Cox insan olumden qorxarken, bezileri heyatlarindan kusurler...ve son anda ucurum qiragindan donurler...insanlar ne istediklerini bilmirler....

Eltaj said...

İnsanlar nə istədiklərini bilirlər sadəcə çox naşükürdürlər. Somalidəki insanlara baxıb öz hallarına şükr etmək əvəzinə durub yenə də özlərindən şikayətlənirlər...

noob said...

heyat mence bezi insanlarcun cox gozeldi.qedrini bilmeyenlere ise olum qorxusu lazimdi

Eltaj said...

Bəlkə də. Amma ölüm qorxusu ilə də yaşamağı bir qədəri olmalıdır.