Mənim Zaqatalam!!!

Yollar kimilərini ayıran, həsrətin əsasını qoyan uzun və zalım yollar. Kimilərini isə birləşdirən bir-birlərinə daha da yaxınlaşdıran həssas qəlbli ürəyiyumşaq yollar. Siz nə gözəlsiniz, nə də füsunkar. Bəs sizdə nə varki insanlar sevir? Doğrudur, Qəddarlar insanları daha çox cəlb edir bəlkə də! Amma yenədə...
Arxamda böyük, pinti bir şəhər və şəhərdə qarışqa tək görünən sürətdən başqa bir şey bilməyən, metrolarda “keçmiş bank borclarını xatırlayaraq” üzlərini turşudan, yolu səhv keçərkən yanında siqnal çalan sürücülərə bağıran insanlar... Qarşımda isə, yamyaşıl, Şipşirin, daha mehriban, İnsanların daha yavaş yaşadıqları, ömürlərini daha keyiflə sürdükləri, kiçik bir şəhər. Sən necə də gözəlsən! Sevirəm səni! Məni çox haqsızlıqlara uğratsan belə... Mənə çox xainliklər etsən belə. Kirli də olsan. Çox xainləri qoynunda bəsləsən belə... Və hətta nə qədər qəddar olsan belə...Sevirəm səni mənim gözəl şəhərim... Səni gördüyümdə-hətta səni yox yalnızca şiş papaqlı dağlarını belə uzaqdan gördüyümdə, qəlbimdə həyəcan, gözlərimdə işıq hiss edirəm.

Bilirəm, yenə də qoynuna qayıtdığımda şikayətlənəcəyəm səndən. Amma incimə! İnsan səhvləri çox sevdiklərinin üzünə deyir ki, bu səhvləri düzəldə bilsin... Sən də düzəl! Bir gün hər kəs səni tərk etməsin! Yalnız qalmağını istəmirəm! İstəyirəm ki, o qədər seviləsən ki, bir yerlərə gedib də səni mən də tərk etdiyimdə, əmanət edə biləcəyim, güvəndiyim birisi olsun.... Sən yalnız qalmayasan. Hər zaman əzəmətli, məğrur qalasan. Hər səni düşündüyümdə, gözümün önünə gələn, gecə yatarkən isə xəyal etdiyim kimi olasan! Olarsan da məncə... Bir gün... Nə vaxtsa...Mənsə o günü görə biləcəyimi belə düşünmürəm artıq... Çünki, çox məyus etmisən məni... Sən günahkarsan... Sən qatilsən, qəlbimdəki bütüb ümidləri yavaş yavaş qırdığına görə. Sən qəddarsan! Qırdığın ümidləri yenidən bəsləyib böyüdüb və yenidən qırdığına görə... Amma sevirəm səni və hər zaman da sevəcəyəm... Bu isə yeganə dəyişə bilmədiyim reaalığımdır... Ən sevdiyim və qürur duyduğum bir reallığım... Mənim reallığım... Mənim Zaqatalam!!!

P.S Şəklə görə Fərid Haciyevə təşəkkür edirəm :)

11 comments:

daypoint said...

Zaqatala elbette ki NR 1-di!!! men seni taniyiram?

Eltaj said...

Təşəkkürlər:) Məncə yox. Mən səni blogundan tanıyıram.

daypoint said...

Yox men seni taniyiram:)eminemki sen de meni taniyirsan.sadece kim oldugumu bilmirsen)

noob said...

mende taniyiram, adivida bilirem hetta: eltac ;))))))))

Eltaj said...

Sevindim daypoint :)

Murad(M-D) said...

Deyesen sen lirikani cox xosluyursan...?Mencede ...ama kas mende su sozleri oz seherime diye bilerdim...!

Eltaj said...

Hə deyəsən sevirəm. Amma məncə hər şəhərin, ümumiyyətlə hər şeyin öz gözəlliyi var.Sadəcə onlar yanımızda olanda və ya onlarla çox yaxın olduğumuzda biz onların fərqinə varmırıq.
Əsas məsələ isə onları vaxtında görə bilməyimizdir... İnşallah sənin şəhərin də sənin fikrini dəyişə bilər :)

Murad (M-D) said...

Sen bir seyi duzgun dedin!biz insanlar elimizde olan seylerin deyereni yalniz onlari itirmekde ve ya itirende bilirik!Mence bu insan oglunun en pis xasiyyetidi...

Eltaj said...

Neynək yaradılışımız belədir də... :)

M-D said...

Mence yox!!!Her sey insanlarin elindedi!Hetrki gozumuzu acaq ve etrafa baxaq...

Eltaj said...

Qatılıram... :) Gözümüzü açıb da biraz ətrafımıza nəzər salsaq hər şeyin dəyərini daha yaxşı anlayarıq...