11.07.2011

Təqaüd vaxtı çatmış "lampoçkalar"

"Salam, Qardaş sən də yeni gəlmisən?

"Hə, yeniyəm. Keçən həftə başı qoparılan daydayın yerinə gəlmişəm deyilənə görə"
"Bilirsən, burda hər gün yeni bir qətl olur və 1 üzvümüzü itiririk və bir neçə gün sonra başqa birisi gəlir. Elə bir birimizi təzə tanımağa başlamamış yenidən birisi ölür".- o təzə dostuna küçə işıqlarının əsrarəngiz və qısa həyatını danışıb qurtarmanışdıki, bir maşın sürətlə gəldi, və həmin lampoçkanın yanındakına dəyərək onu yaraladı və bundan sonra dayanmağa müvəffəq oldu. Lakin, olan yenə də lampoçkaya oldu. Biraz öncə gələn lampoçka isə heyrətdən donaraq, "bu nədir belə? Hər gün siz bunun şahidi olursunuz? Dəhşət!" -Dedi və özündən getdi.
"ah heçnə olmaz o da öyrəşəcək buna bir gün əgər ömrü yetsə"- deyə yanındaki köks ötürdü. Yeni gələn lampoçka özünə gələr gəlməz bütün "lampoçkalar"ı yanına çağırdı və: " Artıq bu belə davam edə bilməz! İnsanlar bizim həyatlarımızla oynamağın cəzasını çəkməlidirlər. Biz dünyadakı, bütün "lampoçkalar"la birləşərək onları baykot etməliyik!" Bu fikir bütün "lampoçkalar"ın xoşuna gəldi və onlar yavaş-yavaş dünyadakı bütün "lampoçkalar"la əlaqəyə girməyə başladılar. Və bir gün böyük üsyan başladı. "lampoçkalar"ın hamısı birləşərək gizləndilər. İnsanlar gündüz bunun fərqinə varmadılar. Xoşbəxtcəsinə günlərini keçirirdilər. Axşam isə birdən insanların arasına vəsvəsə düşdü. Qaranlıq küçələrdə heç kim bir-birini görə bilmədi. Avtobil qəzalarında ölənlərin, qaranlıq küçələrdə qətlə yetirilənlərin, və yollarda azıb qalanların sayı gecə hər dəqiqəbaşı artırdı. İnsanlar bir çox ağır nəticələrdən sonra "lampoçkalar"ı tapmaq və onlarla "barışmaq" qərarına gəldilər. Və sonda "lampoçkalar"ı tapdılar. Onlardan nə istədiklərini soruşduqda "lampoçkalar":

"Maşınların normal sürülməsini, avtomobillərin necəgəldi sürülərək bizə dəyib öldürməməsini, insanların əsəbləşdikdə gəlib bizə yumruq, təpik vuraraq incitməməsini və xətər yetirməməsini, bizim vaxtında təmir olunmağımızı, və hər gün soyğun, qarət kimi vəhşiliklərin şahidi olmamağı tələb edirik!"
Əvvəlcə insanlar bunu edə bilməyəcəklərini düşündüklərindən tərəddüd etdilər. Və bu tələblərlə razılaşmadılar. Bir gecəni də "lampoçkalar"sız keçirdikdən və daha çox insan itirdikdən sonra isə "ağılları başlarına gələrək" onların bütün tələblərini qəbul etmək məcburiyyətində qaldılar.
"lampoçkalar" öz yerlərinə, yol ətraflarına qayıtdılar. Artıq gecələr daha işıqlı keçirdi. Hər şey yavaş-yavaş öz qaydasına düşməyə başlamışdı. İnsanlar isə öz növbələrində verdikləri vədə əməl edərək daha az qəza törədir, və daha az "lampoçkalar"a xətər yetirirdilər. Sən demə, bu həqiqətən onların əlində imiş. İstədikdə hər şeyi düzəltməyə qadir imişlər. Belə ki, əvvəllər 1 ildən artıq ömrü çəkməyən "lampoçkalar" artıq neçə illər ömür sürə bilirdilər insanların daha yaxşı davranmasına görə. Beləcə "lampoçkalar" öz istəklərinə nail olmuşdular sonunda.
P.S: Artıq onlar uzuuuun illər yol qırağında xoşbəxt həyatlarına davam edə bilirdilər. Hətta o qədər çox yaşamışdılar ki, yenə də şikayətlənməyə başlamışdılar. " Ax bu insanlar düzəlmirlər ki, düzəlmirlə! Bu qoca yaşımızda bizi işlətməkdən əl çəkmirlər. Ay camaat, artıq biz yaşlı "lampoçkalar"ı da arada bir pensiyaya çıxarmaq haqqında düşünün ki, arada cavan "lampoçkalar"a da yer olsun. Onlar da öz həyatlarını yaşaya bilsinlər dəəəə..."

4 yorum:

Fərid dedi ki...

Sadəcə gözəl!

Eltac dedi ki...

Çox sağolun...

Murad dedi ki...

Həm içtimai problemi əhatə etmisiz, həm də fəlsəfi ruhunda yazmısız. Sizin kreativliyiniz mənim çox xoşuma gəldi.

Eltac dedi ki...

Təşəkkür :)