Balaca Bulud...

Balaca Bulud həyatından çox narazı idi...Dünyaya gəldiyindən bəri həyatında hər şeyin mənasız və maraqsız keçdiyini düşünürdü. Anası ilə tez-tez dava edir və onu tərk edəcəyi ilə hədələyordi. Anası isə hər qısa "müharibədən" sonra möhkəm göz yaşı tökür, hər ağladığında isə daha da cılızlaşırdı... Ana məhv olurdu. Balaca, sevimli buludu onu məhv edirdi. Anasını dinləmir, hər şeyi öz istədiyi kimi edirdi. Anası isə dözməyə çalışırdı. Və zorla da olsa bacarırdı. BAlaca buludun idə hər gün canı sıxılır, nə isə yeni bir şey etmək istəyirdi. Bir gün isə anasını tərkedərək yapayalnızbir dünya səyahətinə çıxmağa qərar verdi.
Anasın icazə verməyəcəyini bildiyindən anasının yanında olmadığı bir vaxtgizlicə qaçdı yurd-yuvasından... İndi o, azad idi. Rahat idi. Ona nə edib, etməyəcəyini deyən birisi yox idi çünki. Azadca uçurdu. Heç qəlbi kövrəlmirdi belə. Artıq qəlbi o qədər daşlaşmışdı ki, qupquru, ölümə məhkum çölləri gördüyündə belə ağlamırdı. 1 damcı suya görə ölümlə savaşan körpələri gördüyündə belə kövrəlmirdi... Susuz səhraları gördüyündə belə qəlbi sızlamırdı. O, sanki hər şeyə nifrət edirdi. SAdəcə özünü sevirdi. "özü ilə qürur duyurdu"...-deyə fikirləşib yoluna davam edərkən dəhşətli bir qasırğaya düşdü...

 Bu anası olmadan məruz qaldığı ilk qasırğa idi. Birdən bir neçə zaman öncə anası ilə düşdüyü dəhşətli qasırğanı xatırladı. Anası necə də qorxmadan, igidcəsinə qorumuşdu onu. Sonra isə əlindən tutaraq onu bu bəladan xilas etmişdi. Öz həyatını təhlükəyə atsa belə... O qasırğada çox buludlar məhv olub getmişdilər. Hətta atasını belə o qasırğada itirmişdi. Axı atasını qorumaq üçün anası yanında deyildi... Kaş atasının da anası olardı. Necə də çox sevərdi atası yəqin onu. Balaca bulud birdən fikirləşdi: Hələ də anamı görmək, özümü ona bağışlatmaq üçün şansım var axı?!-anasını düşündüyü an sanli qulağında onun səsini hiss etdi. "Oğul ehtiyyatlı ol.Qarşıdan gələnə diqqət et!" Sonra isə o birdən birə həe şeyin qaraldığını hiss etdi... Birdə oyandığında fırtınadan sağ-salamat qurtulduğunu gördü... Sanki, anasının səsi onu xilas etmişdi... İndi o anasına daha möhkəm bağlanmışdı.Özünə gələr-gəlməz anasının yanına üz tutdu. Artıq o anasını sevirdi. Həm də çooox... Geri qayıtdı. Qayıtdığındaysa anasını tərk etdiyi yerdə tapmadı. Axı anası hara getmişdi?! Hanı anası?! Hamıdan soraq aldı. Hər kəsdən, hər şeydən anasını soruşdu. Kimsə onun harda olduğunu təxmin belə etmirdi. SAdəcə anasının da özükimi birdən-birə yoxca çıxdığını bilirdilər. 
Ana bulud isə uzaqdan fırtınanı görmüş, övladının da bu fırtınaya düşə biləcəyi ehtomalını nəzərə alaraq sürətlə ora qaçmışdı. Əslindəbalaca buludun qulağına elə-belə qeydən gələn səs anasının səsi imiş. Balaca bulud özündən getdiyində isə anası onu xilas etmişdi. Amma... Özü...Axı onu da xilas edəcək bir anası yox idi?!... Balaca bulud yenidən həmin yerə qayıtdı. Lakin, heç nə görmədi. Yalnızca bir neçə damcı gördü: "Oğul səni çox sevirəm. Bunu heç zaman unutma! Özünü heç zaman, heçnəyə görə günahkar sayma!"-olan ananın son sözlərini yazmışdı qasırğadan sonra yenidən peyda olmuş günəş bu damcıların üzərinə. AHər çeyin şahidi olmuş günəş. İndi ana buludu şüalarının içərisində sonsuza qədər qoruyacaq olan günəş... Bir daha nankor övlada o ananı göstərməyəcək olan günəş! na buludun ANASI günəş... Balaca buludsa... O isə əbədiyyətə qədər yalnız, özünün illərlə istədiyi azadlığı yaşadı. Hər gün keçirdiyi peşmanlıq və kədər içində...
P.S Bəzən elə səhvlər olur ki, bir daha heç vaxt onları düzəltmək mümkün olmur...

5 comments:

Murad (M-D) said...

Sene yalniz bir sualim olacaq-sen bunu ozun yazmisan,yoxsa kimdense oxumusan?Eger ozun yazmisansa sene halal olsun.Vallah duz sozundu!

Murad (M-D) said...

super...ayri soz tapmiram yazmga...

Eltaj said...

Çox sağol :) Bəyəndiyinə sevindim :)

daypoint said...

heheh0super..ve maragli..ela..)

Eltaj said...

Hə Murad Birdə özüm yazmışam avtobusda ikən buludlara baxaraq :)
Təşəkkürlər daypoint :)