Son...

11 illik əziyyətli o yollar.
11 il boyunca eyni kitab, eyni dəftər.
11 il boyunca olan eyni olan ağ-qara paltarlar...
Artıq ayrılıq zamanı gəldi.
Məsum gözlərdən axan 1 damla göz yaşı..
Sanki artıq bu 11 il yox olmuş kimi...
Hər şey hədər olmuş ya da son bulmuş kimi...
Ayrılıq zamanıdır axı!!!
Əllərinizi buraxmalıdır bu ana qucağı-Bu məktəb yolları...
Bir daha heç bir zaman olmayacaq bu duyğulara Əlvida demək vaxtıdır artıq...
Bir daha heç bir zaman eyni hürkək barmaqlarla axtarmayacaqsınız pilləkən altında məktəb jurnalının səhifələrini...
Müəllim gözlərkən titrəməyəcək dizləriniz.
Dərs danışarkən əsməyəcək dodaqlarınız...
Artıq hər şey yad uzaq bir arzuya-nağıla-xəyala dönəcək sizin üçün...
Bilirəm, ayrılıq anı çətindir.
Tərk etmək istəmirsiniz indi...
Amma Heç düşünməmişdiniz illər boyu ayaq döydüyünüz, bəlkə də adını nifrətlə andığınız ya da həsrətlə bitirməyi "qurtulmağı" gözlədiyiniz bu məktəb yollarını bitirəcəyinizi...
Ya da bir gün belə həsrətlə dönüb arxaya baxacağınızı...
Artıq gecdir: son zənginiz çalındı...
Tərk edirsiz bu sonuncu dərsinizi...
Sizin üçün darıxsa da məktəbiniz,
Neçə "sizlər" örürüb bu "daş divarlar" sizsiz...
Yenə keçər yenə gələr məzunlar...
Sizdən geriyə qalar yalnız xatirələr...

4 comments:

konul said...

Cox gozellllllllllll inshallah her bir mezundan yaxshi xeberler eshiderik yani universitetlere daxil olmalari barede,YEnede tebrikler.

Eltaj said...

İnşallah. Hər məzunu arzusu sadəcə odur...

Fərid said...

Yazın xatirələrimi oyatdı əməlli başlı. Həqiqətən də, 11 il sənə doğma olan məktəbdən ayrılmaq çox çətindir. İnşAllah hər birimiz ali məktəb tələbəsi olarıq və doğma məktəbimizi unutmadan, arada şirin xatirələri yada salarıq!

Eltaj said...

İnşallah! Kaş o günlər olsun... Razıyam ağlayaraq məktəbi xatırlamağa.