Tufandan sonrakı "səssizlik" ?

Yenə yağış yağır... Amma bu dəfə daha sakit, daha həzin... Sanki, bir güm öncəki qələbənin dadını çıxarır. Sanki etdiklərinə baxıb "qürur" duyur... Nə etmişəmki??? Və ya bu hələ harasıdır?"- deyər kimi yağır sanki...
Nəmi etmisən??? "Heçnə, ay yağış! Sadəcə bir neçə yüz ağacı küləklə birkəşərək kökündən çıxarmısan, güçün çatmayanların qol-budağını qırmısan. Və birdə az qalsın unutmuşdum: bir neçə evin çardağını uçurmusan, yollardakı kabelləri qırmısan və bir neçə maşını da yaxşıca "əzişdirmisən"... İndi isə hər yerdə insanlar sənin etdiklərini düzəltməyə çalışır. Hər on metrdən bir qoyulan nərdivanları demirəm hələ(Evlərin korlanmış hissələrini bərpa etmək üçün)...















Zaqatala qalasına girmək demək olar ki olmur. Çünki, sənin qırdığın ağaclar düz qapının ağzına yığılıb...
















Hələ parkı demirəm: nə gündədir parkımız!!! Bütün ağaclar "yatıblar"
Eh əslində düz edirsən. Biz buna layiqik! Yavaş-yavaş da deyəsən cəzamızı çəkirik... Bu pessimist olmaq, ya da ümidsizlik deyil! Deyərsən yəqin sizin etdiklərinizi niyə, yağış, niyə məhz səninlə əlaqələndirdim birbaşa? Bilirəm sən bunu bizə deməsən də əslində nəsə göstərmək və bizi cəzalandırmaq istəyirsən etdiklərimizə görə... "bu evləri biraz bərk tikin!" demirsən sadəcə özünü uçurursan... Hə düzdür birbaşa göstərirsən... Əyani... Yoxsa biuzə təsir etməz! Bəs ağacları necə qpruyaq? Onların nə günahı var? Niyə axı "babam yaşındakı" ağacları da yıxmısan??? Axı mən onlara baxıb fəxr edirdim: gör necə əzəmətli ağaclardır-deyə. Amma deyəsən burada qurunun oduna yaş da yanıb? Yəqin hə!!! Əslində mən kiməm ki bunları sorğulayım? Sadəcə kiməsə təsir edə bilərəm bir insan kimi... Amma yenə də ey Əzəmətli yağış sənə yalvarıram, Bir də gələndə əvvəlcədən xəbər ver ki bu dəfə evlərin başını "Skoçla" möhkəm yapışdıraq, ağacları bir-birinə bağlayaq, və maşınları da hara gəldi yox məhz düzgün-lazım olan yerlərinə, xüsusilə də qarajlarda saxlayaq!" Eh...
Yağış isə mənə hələ də fikir vermir. YEnə də yağır və istehzalı-istehzalı "gülümsünür" sanki...

No comments: