“Qar”-ımızı geri verin!

Qarsız keçən bir “Yeni il”-dən sonra qəmgin-yağışlı bir hava ilə qarşılaşdım. Yeni İlə-2011ə belə bir əhval-ruhiyyə ilə başladım. Astronomiyaya inanan biri olsaydım yəqin deyərdim ki, “Xeyir olsun!Deməli bütün ilimiz belə keçəcək”(Yaxşı ki inanmıram).
Kimisinə görə 1000 ilin ən soyuq qışında rahat-rahat bir qartopu belə oynaya bilmədik.Bu “Soyuq” Qışda bir “Şaxta Baba” belə düzəldə bilmədik.Onun yerinə isə küçələrdə Yeni ildən qalmış “Saxta Baba”-larla idarə edəcəyik deyəsən bu ili.Nə etməli? Bu da bir şeydir. Heç qarın nə olduğunu bilməyən uşaqlar da var bəzi ölkələrdə.Amma artıq onlar da bildilər. Bizim qarımızı necə oğurladılarsa Zavallı qar heç bu tərəflərə gəlməyə fürsət belə tapmadı! Qoy bu il onlara güzəşt edək və Ən soyuq qış fəslində qarsız keçinək.Amma mən gələn il üçün Şaxta babadan bir şey diləyəcəyəm: Şaxta Baba bizə Yeni il üçün mütləq qar gətir!
Ümüd edirəm ki, o da mənim və bütün uşaqların bu arzusunu qırmaz və bir günlük belə olsa bizə qar gətirər.Gəlin bunu xəyal edək və buna inanaq! Min ilin ən soyuq qışında qar görməsək də normal-daha mülayim qışlarda qar görmək ümüdü ilə...

3 comments:

Vüsalə Cəərçiyeva said...

Maraqlı fikirlərdi.Doğurdanda qarsız qış dənsiz dəyirmanı xatırladır.

Yashar Huseynov said...

Qış hələ yeni girib, ola bilsin ki, qar yağsın. Ona görə də bir az səbr elə :)

Eltaj said...

Bəlkə də qar yağar amma biz o qarı Yeni ildə Şaxta baba və qar qızla görməyəcəyik.Və bu da məni çox məyus edir.Ona gorə də mən Vüsalənin sözünə qoşuluram.Qasız qış dənsiz dəyirmandır...