Şaxta baba yolunu azıb!

Part part! Yeni il günü hər yerdən gələn səs Sadəcə budur! Hər kəs Yeni ilə hazırlaşır, 2011-i səbirsizliklə gözləyir. Sanki köhnə ildə əldə edə bilmədiklərini bu ildən alacaqlarmış kimi. Nəbilim bəlkə də belə olar. Bu təzə ilin qədəmləri bəlkə də daha uğurlu olar! Amma Yeni il gələ bilsə! Yəni ki bu səs küydən qorxub qaçmasa yaxşıdır.İsti evimdə ailəmlə birlikdə oturan mən bu səsdən baş götürüb hara gedim fikirləşərkən görəsən Yeni il nə fikirləşir? Yəqin o da gəlib-gəlməyəcəyini fikirləşır.Bəs Şaxta Baba harda qalıb? O da yəqin göydə uçarkən tüstüdən yolunu azıb qar olan tərəfə Dubaya filan uçub.Məlum məsələdir ki bizdə qar görməyib o da yaxşıca təəccublənib deyəsən...
Yeni il isə hələ də nə isə gözləyir sanki. Saatlar qalsa belə bu saatlar ötüb keçə bilmir ki səbirsizliklə gözlədiyimiz yeni ili qarşılayaq.Yeni ildə daha Yaxşı insan olmağa söz verək bir-birimizə.Daha xoş işlər görməyə ətrafımızdakıları daha çox sevindirməyə çalışaq.
Yəqin o anasından uzaq qalmış körpənin anasına çatacağı dəqiqələri gözləyir? Bəlkə də hıçqırıqlarla bayıra atılmış birinin isti bir yer tapacağını gözləyir? Ya da bəlkə qığı-qığı deyən bəbənin “ana” deyəcəyini?Yoxsa Həpsxanadan sevgilisini həsrətli gözlərnən gözləyən birinin sevinməsini?
Kim bilir? Amma dəqiq bilirəm ki o da gələcək və bəlkə də ən uğurlu ilimiz olacaq! Ya da mən belə ümüd edirəm!

No comments: