Hər kəs öz arzusunun dalınca getsəydi...

Hər şey bəzən öz yolundan çıxır. Kimi zaman onları yoluna qoymaq, Yolundan çıxmış bir qatarı relslərə qaytarmaqdan belə daha çətin olur. Çalışırsan vuruşursan, amma heç nə alınmır. Niyəmi? Çünki sən nə qədər çalışsan da əslində bunu ürəkdən istəmirsən. Səni seçdiyin yol bu deyil və bu yol sənin üçün maraqlı deyil. Başqalarının təzyiqi insanı nəyəsə məcbur edə bilər amma heç vaxt sevdirə bilməz! Sevgi, nəyəsə maraq sadəcə insanın özündən yaranan bir şeydir. Necə ki bir insan səssizliyi sevir digəri isə rəngarıng həyatı və onlar arasında nə qədər də fərq olsa heş kəs onları öz istədiklərindən ayıra və digərinə bənzədə bilməz. Buna cəhd etmək əvvəla etik olmaz digər tərəfdən isə heç bir nəticə də verməz. ona görə də çox vaxt yolundan çıxmış bir şeyi sadəcə qoymaq lazımdır ki o bəlkə də dolanıb öz yolunu tapar ya da öz seçdiyi yolda yox olub gedər. Amma o yox olsa belə heç olmasa öz xəyalının ardınca getmiş olar və öz qərarının nəticəsini görər.
Ona görə də ən yaxşısı yəqin ki heç kimə qarışmamaq bəzən isə hadisələrin iştirakçısı yox sadəcə izləyicisi olmaq daha yaxşı bir nəticə verər və insana daha yaxşı təsir edər...
Hər kəs öz arzusunun dalınca qaçsaydı, xəyallarımızı sadəcə yuxuda gerçəkləşdirməzdik...

No comments: