
Gözümün önündə bir həyat daha gənckən bəlkə də sönüb gedir, yox olur.Və kömək edə bilməmək onu bu çirkabdan dartıb çıxara bilməmək adama çox ağır gəlir, insanı çox incidir...Başa düşürsən ki nəsə etmək lazımdır.Amma bilmirsən nə?Nəsə fikirləşirsən,amma tapmırsan, bəlkə də cəsarət etmirsən. .. Duyğuların qarışdığı an, hər şeyi atmaq, hər şeydən birdəfəlik uzaqlaşmaq istəyirsən.Amma alınmır, düşünürsən ki ətrafındakılarçün, bəlkə də kömək edə biləcəklərinçün qalmalısan, nəsə etməlisən!
Bu hissləri bu həddə kimmi, nəmi gətirdi?Ətrafım, həyatım, gördüklərim!..
Məni çox duyğulandıran bir şey gördüm və ya eşitdim.Yəni bir insanın hələ gənc kən hətta bəlkə də uşaqkən necə puç olduğunu gördüm.