25.10.2010

Bəzi səhvlər ki onlar bəlkə də heç bir zaman düzəlməyəcək! Və buna bir “DUR” deyən də tapılmayacaq!!!



Gözümün önündə bir həyat daha gənckən bəlkə də sönüb gedir, yox olur.Və kömək edə bilməmək onu bu çirkabdan dartıb çıxara bilməmək adama çox ağır gəlir, insanı çox incidir...Başa düşürsən ki nəsə etmək lazımdır.Amma bilmirsən nə?Nəsə fikirləşirsən,amma tapmırsan, bəlkə də cəsarət etmirsən. .. Duyğuların qarışdığı an, hər şeyi atmaq, hər şeydən birdəfəlik uzaqlaşmaq istəyirsən.Amma alınmır, düşünürsən ki ətrafındakılarçün, bəlkə də kömək edə biləcəklərinçün qalmalısan, nəsə etməlisən!
Bu hissləri bu həddə kimmi, nəmi gətirdi?Ətrafım, həyatım, gördüklərim!..
Məni çox duyğulandıran bir şey gördüm və ya eşitdim.Yəni bir insanın hələ gənc kən hətta bəlkə də uşaqkən necə puç olduğunu gördüm.

Bildiyiniz kimi hər kəs bir xasiyyətdə, bir keyfiyyətdə ola bilməz!Hər kəsin özünəməxsusluğu var.Kimi çox danışır, kimi az.Kimi çox əylənir, kimi az. Kimi yaşamağı yaxşı bacarır, kimi yox!Və kimi çox gülür, kimi az!Amma bizim cəmiyyətin bir qanunu var: Gülmək və əylənmək qıza xas keyfiyyətlər deyil! Olmaz! Qıza gülmək yaraşmaz!Qız evində oturmalı, iş görməli, və sadəcə ağlamalıdır!!!Qız əgər güldüsə damğası hazırdır:BU QIZIN AĞLI BAŞQA YERDƏDİR!Və bu elə bir damğadır ki dedi-qodusu İşıq sürətindən belə daha tez yayılır.Əks-sədası hər tərəfdən duyulur!Bu elə bir damğadır ki, hər şeydən daha dözülməz və qırıcıdır!
Hansısa bir qız çoxmu gülür?aaaaaa!!!İşə baaax!Kimdir OOO??? Artiq barmaqlar işə keçir!Bu ona barmaqla göstərir bu “o”-dur deyə, o buna...Beləcə hər kəs bundan xəbər tutur.Bundan sonrası isə klassik türk kinosudur!Qıza hər kəs üz çevirir! Heç kim onunla danısmır və naməlum bir oğlan gəlir və başqalarının gözündə qızı bu “bataq”-dan qurtarir.Qurtarirmi həqiqətən?Yoxsa daha böyük bir batağamı surutləyir?Heç kim bilmir! Amma hər kəs yenə də bilib-bilmədən danışır:Cəsur oğlanmış, “afərin ona”!Qızın kəməndini əlinə aldı!Qız atdır, itdir bəyəm?Heyvandır ki kəməndi olsun və onu kimsə əlinə alsııın? Hamı elə bir ağızdan bunu deyir!Qız isə zavallı nə edəcəyini bilmir və kim ona nə desə onu edir!Bir çirkabdan çıxır digərinə batır!Nəticəsi nə olur?Fiziki olaraq bir insan var amma əslində isə artıq “O” yoxdur!Öldürdülər onu! Hamı birlikdə əl-ələ verib “öldürdülər “onu!Bəlkə də o “yaşasaydı” hər şey daha fərqli olmazdımı? Bəlkə də “O” nəyəsə, ya da kiminsə dərdinə çarə olardı???Kİm bilir? Kimsə!!!Sadəcə hamı boş-boş danışır,çətinə düşdükdə isə sadəcə olaraq susur!Bu qədər! Sən demə bir adamın həyatını yox etmək bu qədər bəsit və asan bir iş imiş!!!Elə o adamda gözümüzün önündən minlərlə digər “axan ulduzlar” kimi axıb gedir və sonda tamamilə yox olur!
Bir insanın hekayəsi əgər qızdırsa budur!Bax məhz belə!!!

2 yorum:

why!? dedi ki...

qiz olmaq cetin, qizliq adini danwimaq onnan da cetin.. meqale duwundurucu ve realdi.. qizlarin ekseriyyeti "qiz" sozunun sinoniminin "susmaq" oldugunu derk edir.. ya da bu mecburi oyredilir.ele menim kimi.. bizim kimi..

Eltac dedi ki...

UF.Təəssüf ki bu doğrudur.Amma bu reallığı aradan qaldırmaq da elə bizim əlimizdədir.Qız susmalı yox danışmalıdır.Çünki qızların gördüyü, bildiyi ya da dərk etdiyi elə şeylər var ki onları heç kəs anlamır.Eləcə də mən bu məqaləni yazmaqla istədim ki bunlar başına gələnlər də bilsinlər nələr baş verir ya da baş verəcək!Bu hadisələr sadəcə yazıda sözü gedənin yox mənim, sənin hamının başına gələ bilər!