Airbnb
haqqında bir çoxlarının yəqin ki, məlumatı var.
Olmayanlar və sadəcə ordan-burdan eşidənlər üçünsə, biraz məlumat verəcəyəm və bu saytdan necə öz xeyrimizə istifadə etmək və gəlir əldə etmək olar deyə yazacağam.
Olmayanlar və sadəcə ordan-burdan eşidənlər üçünsə, biraz məlumat verəcəyəm və bu saytdan necə öz xeyrimizə istifadə etmək və gəlir əldə etmək olar deyə yazacağam.
Airbnb
normalda əsasən istifadəçilər tərəfindən işlədilən bir “accomodation”(məşkən,
yer) saytıdır. Belə ki, bu sayt vasitəsilə siz səyahət edərkən kiminsə evini və
ya otağını kiraləyə və ya öz otağınızı kirayələyə bilərsiniz. Amma əlbəttə ki,
Airbnb ilə normal kirayə saytlarını heç cür qarışdırmamaq lazımdır. Bu sayt
vasitəsilə adətən səyyahlar üçün və əsasən günlük sifarişlər olunur. Airbnb-nin
ən gözəl qismi isə, qonaq edən və qonaq olan hər ikisi də bir-biri haqqında şərh
yaza bilir, və bu ictimai olaraq görünür ki, əgər hansısa bir tərəf qeyri-etik
və ya narahat bir şey edibsə, digər şəxslər üçün də bu görünür, və həmin şəxsin
reytinqi aşağı düşür. Bu isə o deməkdir ki, bu şəxs gələcək dəfə kiminsə evində
qonaq olmaq üçün sorğu göndərdiyində, qəbul olunmamaq şansı daha da yüksəlir.