Depressiya üstün gəldiyində, siz onu altdan alın ;)


Bəzi zamanlar bir boşluq hiss edərik-anidən gələn. Bir müddət sonra çox zaman hər şey nomallaşar. Amma, bəzi vaxtlar isə bu boşluq hissi daha da dərinləşər və bizə bir çıxış yolu buraxmaz və bu zaman özümüzü ən zəif hiss edərsiniz.
Siz tək deilsiniz. Bu hisslər hər kəsə tanışdır.
Kimiləri nisbətən daha asan bundan uzaqlaşır, kimilərinə isə bu daha ağır təsir edir. Bəzənsə stressdən asılı olaraq çox daha uzun zaman ala bilir.
Normalda, bu, bizim gündəlik həyat tərzimizə xüsusilə də əgər yaradıcılıqla məşğul olan biriləri deyiliksə, və sürətli bir yaşam tərzimiz varsa və yaxud da nisbətən daha həsssas xarakterimiz varsa çox qırıcı bir təsir qoymağa başlayır.  Uzun müddət depressiyada olmaq artıq tənbəllədirir və inkişafdan saxlayır.
Əvvəlcə araşdırdığım depressiyanın görünən simptomlarını yazmaq istəyirəm :
  1.     Özünüzü yalnız, atılmış və ya kimsəsiz hiss edirsiniz-hər kəs sizə yad-uzaq gəlməyə başlayır
  2.      Normalda hər gün etdiyiniz şeyləri etmək və ya dostlarınızla görüşmək yerinə yalnız qalmağı daha üstün tutursunuz (əgər extravert-yəni insanlarla ünsiyyəti sevən birisinizsə)  
  3.      Yuxu pozğunluğu yaşayırsınız (ya həddindən artıq çox ya da çox az yatırsınız)
  4.      Bir şeyə fokus olmağınız çətinləşir və ya əvvəllər sizin üçün çox asan olan şeylər indi sizin üçün həddindən artıq çətinləşir.
  5.     Özünüzü ümidsiz və çarəsiz hiss edirsiniz
  6.       Fikirləriniz həddindən artıq dağınıqlaşır
  7.     Beyninizdə elə hey qəmgin düşüncələr dolaşır və siz bu qəmginliklərdən uzaqlaşa bilmirsiniz.
  8.    . Çox səbirsizləşirsiniz və asanlıqla tempinizi itirirsiniz və ya əsəbləirsiniz.
  9.       Əhvalnız həddindən artıq tez dəyişir : bir neçə dəqiqə içərisində sürətli şəkildə gülməkdən ağlamağa keçirsiniz
  10.      Həddindən artıq alkoqola və ya siqaretə başlamısınız (normaldan artıq)

Bunlar normalda mənim hiss etdiklərimdir məsələn. Amma bu belə insandan insana dəyişə bilər. Aşağıdakı linkdən daha ətraflı bunun haqqında oxuya bilərsiniz.

Bəli, əgər artıq bunların bir neçəsini yaşayırsınızsa və özünüzün depressiyada olduğunuzu hiss edirsinizsə, bunu beləcə qoymayın ki həyat tərzinizə zərbə vurmasın. Amma unutmayın ki, depressiya zəiflik deyil və əsas məsələ siz bundan əziyyət çəkən yeganə insan deyilsiniz. Bu zaman utanmaq və ya bundan sıxılmaq, gizlətməyə çalışmaq lazım deyil. Ən əvvəlcə bunu özünüzə etiraf edin və ya başa düşün. Depressiyada olmağınıza və ya sadəcə bu qədər ümidsizliyinizə qapılmağınıza səbəb olan şey nədir? Bəzən, konkret bir səbəbi olan depressiyalardan çıxmaq daha asan olur. Belə halda, əsas məsələ bu problemi tapıb həll etməklə sizdən uzaqlaşar. Stressdirsə əgər deməli bu zaman, məsuliyyətlərinizi bir qədər azaltmalısınız. Özünüzə və ailənizi və yaxud da ətrafnızda olan sevdiklərinizə daha çox vaxt ayırın.
Kiminçünsə darıxırsınızsa, zəng vurun əgər alınırsa gedin və ziyarət edin.
Həddindən artıq monotonluqdan bezmisinizsə, bir bel çantanızı alın və bir avtobusa minib ağlınıza gələn ilk şəhərə gedin heç deyilsə bir həftəsonu. Bura çox uzaq olmaya da bilər. Yaxlnlıqadakı olmadığınız bir şəhər də ola bilər. Heç fərq etməz. Sadəcə uzaqlaşln bir qədər və fərqlilik yaradın.
İkinci hal isə o haldır ki, artıq heç bir səbəb olmadan sıxılmağa və ümidsizləşməyə başlayır adam.  BƏlkə də nə stress nə monotonluq nə də hər hansı sıxıntısı var. Və yaxud da bu səbəblərdən hamısı var amma siz tapa bilmirsiniz.  Mümkün haldır.  Amma istənilən halda, bu sıxıntıdan və ağırlıqdan qurtulmaq istəyirsiniz.  Çarələr tükənməzdir.  İstər səbəbi olsun və ya səbəbi olmasın depressiyadan qurtulmaq üçün bir də standard olan çözüm yolları var. MƏn əvvəlcə sırf özümdə, təcrübi olaraq işə yarayanları sonra isə araşdırdıqlarımı paylaşacam. Çünki hər bir halda yenə də insanlar fərqlidir problem eyni olsa belə.
  1.        Yuxu saatlarınıza fikir verin. Ən azı 8 saat yatmağa çalışın. Bu ən normal yatma saatıdır.  12də yatıb 8də və ya 1də yatıb 9 da durun heç deyilsə, əgər çox gec yatmağa öyrəşmiş birisinizsə. Başınızı hər hansı bir hobbinizlə qarışdırın. Şəkil çəkməyi, rəqs etməyi, mahnı oxumağı çox sevirsinizsə normalda bunları edin. Gündə özünüzə çox yox heç olmasa 25 dəqiqə ayırın ki, sevdiyiniz işlə məşğul olasınız. Depressiyadasınızsa, siz həm də tənbəl hiss edəcəksiniz özünüzü həddindən artıq və bunları etməyi ertələyəəksiniz. Ən yaxşısı özünüzə dəqiq bir saat seçməkdir belə halda. Telefonunuza isə, alarm qurun ki, o sizi məcbur etsin J
  2.           Səhər və ya axşam  qaçışına çıxın.Qaça bilmirsinizsə sadəcə gəzin. Gündə 40 dəqiqə sakitcə açıq havada olun. Qulaqcıqlarınızı və qəmgin mahnılarınızı isə evdə tərgiyin. Çıxın, havanın, quşların necə də gözəl olduqlarına fikir verin. Ağaclara, insanlara, fontanlara, binalara diqqətinizi çəkə biləcək hər şeyə fikir verin.
  3.             Hər hansı bir çiçək mağazasına gedin və çiçəklərə tamaşa edin almasanız belə. Və ya zoo mağaza da olar əgər heyvansevər birisinizsə J
  4.        Yemək saatlarınıza xüsusi fikir verin. Səhər/günorta/axşam yeməklərinizi əksik qoymayın. Əlavə olaraq isə bol-bol meyvə və tərəvəz əlavə edin menyunuza. Depressiyadan çıxmağın ən yaxşı üsulu təbii vitaminlərdir.
  5.         Meyvə çayları, və ya çobanyastğı və s. Kimi bitki çayları için.  
  6.        Qəmgin mahnılardan, kinolardan və kitablardan bir müddət uzaq olun. Daha gülməli, əhvalaçıcı şeylərə vaxt ayırın. Gülməli kinolara, cizgi filmlərinə baxın.
  7.         Kiməsə kömək etməyə çalışın. ÖZünüz çətin vəziyyətdəsiniz kimə xeyriniz dəyər, düşüncəsiylə ümidsizliyə qapılamyın, sizin köməyinizə kiminsə çox ehtiyacı ola bilər və bu sizin həm də daha yaxşı və lazımlı hiss etməyinizə səbəb ola bilər. Məsələn, ən yaxşısı kiməsə nəsə öyrətməkdir. Bu zaman bunu bacardlğınızda və həmin adam sizə təşəkkür etdiyində dünyaınn ən xoşbəxt insanı olaraq hiss edəcəksiniz özünüzü.  
  8.        Bol-bol gülümsəməyə çalışın insanlara və təşəkkür edin bacardığınız qədər çox. Mağazadan bir şey aldığınızda satıcıya gülümsəyərək etdiyiniz təşəkkür sizə əvvəlcə bəlkə təəccüblənmiş amma çox zaman isə gözəl bir gülümsəmə ilə bir təşəkkür bəxş edəcək.  Özünüzü bundan məhrum etməyin J

Bunlar mənimçün ən köməkçi olan həll üsullarıdırlar. HƏr dəfə, hansı ki, depressiyaya düşürəm ilk olaraq müraciət etdiklərim bir növ. Amma əgər həddindən artıq çətin vəziyyətdəsinizsə, bir həkimə müraciət edin və lazımdırsa həkim məsləhəti ilə antidepressant qəbul edin. Antidepressantların yan təsirləri çoxdur və onları həddindən artıq qəbul etmək sizə başqa xəstəliklərə səbəb ola bilər çünki, onlar nisbətən ağırdırlar. Onlara ən son çarə olaraq müraciət edin. Ən son halda deyək bir növ. Amma mütləq kimdənsə məsləhət alın bu haqda.
Unutmayın, derpressiya bir çox halda keçici bir şeydir və əslində zəiflik deyi sadəcə olaraq emosional bir həssaslıqdır. Heç kim siz depressiyadasınız deyə sizi zəif qəbul edə bilməz. Çox yaxın dostlarnzdan əvvəl də dediyim kimi kömək almağa və sizi anlayacaq biri ilə probleminizi bölüşməyə çalışın. Valideynlərinizlə depressiyanızı  paylaşsanız nisbətən daha fərli təpki- reaksiya ala bilərsiniz. “depressiyada filan deyilsən” “özünə gəl” “boş-boş danışma” və s. Kimi. Yenə də onlara bunu deyin J bir nöqtədə sizi anlayacaqlar. Sadəcə olaraq onlar sizinçün çox qorxurlar və narahat olurlar...
Hər bir halda siz tək deyilsiniz. Ətrafınızda depressiya ilə “uğraşan” bir çox insan tapa bilərsiniz ən azından. Heç bir zaman, ümidsizliyə qapılıb özünüzü daha da zəifləməyə icazə verməyin. Siz güclüsünüz və bunu özünüzə də sübut edə bilərsiniz.
Depressiyadan qorxmayın, ona qarşl gəlin! O sizi üstələmədən, siz onu üstələyin.



Sonda isə: hər zaman gülümsəyin və xoşbəxt olun! Qəlbinizi və beyninizi xoşbəxt düşüncələrlə doldurun.  Positiv düşünün. Nifrət və paxıllıq etməyin J Sevin və gülümsəyin J Gerisi isə özü gələcək. Bİr müddət sonra isə, sizi sıxan həmin problemlərin əslində isə heç bir şey olduğunu görəcəksiniz, və unudub gedəcəksiniz.
Depressiyasız günlər ümidi iləə J




Və ən sonda isə, əgər mənim həll yollarıma əmin deyilsinizsə və ya əlavə mənbələrə müraciət etmək istəyirsinizsə, sizinçün əlavə başqa saytlardan da həll yollarını məsləhət görə bilərəm, hansı ki, axtarərkən mənim çox köməkçim olublar:
     
          











No comments: