Amerikaya gəldiyimdən bəri Amerika haqqında heç bir
“post” yazmamışdım. Bu yazım tamamilə Amerika haqqındadır. Daha dəqiq desək,
Amerika gəncləri və həyat tərzi. Hə, əgər “həyat tərzi” sözünü 1 sözlə əvəz etməliyəmsə, deyə bilərəm
ki “idman”. Hə düzdür, İdman onlar üçün həyat tərzidir. Elə postun adı “host
qardaşımın” otağında yazılan yazıdır...
Yaşlısından
tutmuş cavanına qədər hər kəs idmana maraq göstərir(məlidir). Basketball, rugby,
baseball, softball, rəqs, Soccer, voleybol, güləş, qaçış, üzgüçülük, footbool
(footbal əslində Amerikan footbal-udur ancaq. Bizim bildiyimiz football isə
soccer adlarnır, düzdür, bir çox amerikanlar tərəfindən çox da sevilməsə belə
onunla məşğul olanlar da az deyil. Amma, Azərbaycanda və ya Avropada olduğu
kimi, məşhur çempionatlar keçirilmir. Amma bir də gəl American football-una
bax... Hamı dəlicəsinə sevir, dəstəkləyir, çempionata isə hamı 1 nəfər kimi
baxır (MALIDIR)), və nəbilim daha nələr nələr... Payız gələr məktəblər, kolleclər
bir idman “sezonu”na start verərlər, qış gələr bu bitər digəri başlayar, beləcə
1 il ərzində 3 və ya 4 növ idman növü ilə məşğul ola bilərsən. Məşğul olmaq deyəndə,
elə-belə də yox ha... Özü də heç
oyan-buyana getməli belə deyilsən, elə məktəbim və ya kollecin özündəcə.
Sonra, yarışlara gələk... Deməli, yarışlar
başlayanda ailə mütləq dəstək olmalıdır... sevirlər bunu... getməsələr nə olar?
Heç nə, sadəcə uşaqların qəlbi qırılar. Bunu isə heç bir valideyin gözə almaz.
Ən azından uşağını düşünən...
Yarışlarda təkcə ana-atamı gəlir? Yox!
Qohum-qardaş, tanış-biliş... Necə deyərlər, “pulu verən düdüyü çalar”...
Biletini alan girsin baxsın. Hə giriş hər zaman pulludur, fərqi yoxdur 4cü
siniflərin yarışına baxırsan yoxsa 12ci sinifin, yoxsa kollecmi...
Necə lazımdır desən dəstək... Oyunda izləyicilərin
səsindən başqa bir səs eşitmək olmur... Amma, dəstəyin də “səviyyəlisi”. “Səviyyə
söhbətinə” girmək istəmirəm amma, bunun da altından xətt çəkməliyəm ki, heç kim
durub nə stulları qırmır, nə də oyun sahəsinə “zir-zibil” atmır...
Universitetlərə (hansı ki, burada kollec və
universitet demək olar ki eyni adlarır) müraciət etdikdə belə idman sahəsində
aktivliyin nəzərə alınır...
Hə indi bir məsələni də aydınlaşdıraq: “hər kəsmi
idmanla məşğul olur, və əgər elədirsə, niyə ən kök adamlar Amerikanlardır?” Çox
sadə cavab:İdmanlar məşğul olmayanlar, az populayar olanlardır, “kölgədə
qalanlar” da demək olar. Digər tərəfdən də, elə ağır çəkililər də var ki, “səndən-məndən”
daha yaxşıdır idmanda... Hətta tanıdığım biri belə var ki, baxırdım “uyy daa”
deyə, bir də onu rəqsdə gördüm... Sadə sübut!
İdman onlar üçün bir yaşam stilidir, ideal bədən
olmasa belə hərəkət etməyi bacaran biri olmağı sevirlər sadəcə bəlkə də... Ya da yaşamağı deyək...
P.S Bu yazıya görə amerikanları stereotipləşdirməmək
məsləhətdir, incəsənət, oxumaq hamısına həqiqətən də qiymət verilir... Mən sadəcə,
gənclər arasında “ən öndə gedən" hobbi haqqında yazdım. Amma, Musiqi və rəsm də
idmanla bərabərdir demək olar... 10 ballıq sistemdə idmana 10 versəm digər
ikisinə 9.5 verməliyəm məşurluq səviyyəsinə görə :D Amma idman hələ də öndədir ;)
Çünki, həyat çox sadədir: idman, yemək və yatmaq...
No comments:
Post a Comment