Dəyişikliklərə ayaq uydur!


Günləır keçir. Hır keçən güçsə, bizdən yeni bir şey qoparıb aparır bir yerlərə. Bəzən qırır, dağıdır, və bir daha görmürsən parçalarını... Unudursan.
Bəzən ilişdirir bir kənara... Hər keçdiyində yanından xatırlayırsan.  Nə qoparıb ata nə də geri qaytara bilirsən. Hər dəfə o qırıqları gördükcə, artıq düşüncələrin dəyişir ona qarşı.
Həftələr keçir... Nə isə yei bir şeylər qazanırsan bəlkə də. Artırsan. Dəyişirsən. Ətrafına baxırsan.  Düşünürsən... Nələrəsə nail olursan. Və yenə də dəyişirsən... Əldə etdiklərinə görə arzularını, məqsədlərini dəyişirsən.

Aylar keçir. Dəyişən fəsillləri görürsən. Hər fəslə uyğun dəyişən ağacları görürsən. Dəyişirlər onlar. Heç vaxt eyni deyillər..
Sonra, illər gəlib keçir. Böyüyürsən. Ətrafındakı heç nəyin eyni olmadığının fərqinə varırsan artıq. Nə uşaq vaxtkı arzuların, nə də kiçik oyuncaqların var yanında.  İnanmaq istədikdə kimində, “İnsanlar sənin düşündüyün qədər səmimi deyil” ifadəsi bir anda çırpılır üzünə...  İnanmaq istəyirsən. Ehtiyac artıq sərt caynaqlarını keçirir ürəyinə ağır ağır... Amma, ağlın unutmağa qoymur, təkrar təkrar əks-səda verir... Yox-deyərək.

Dəyişirsən... arzularından çıxıb ehtiyaclarını doydurduqca başqa adam olursan. Arzulardan çıxdığın an başqalaşırsan... Arzulamağı tərgidiyin an uzaqlaşırsan özündən... Dəyişirsən...  xəyallarına qurban getməməyi öyrənirsən bəlkə də. Amma, hər nağıl bir gerçəyə əsaslanmış ola bilməzmi? Haradasa çox uzaqlarda...
Böyüməlisən. Bilirsən... Xəyalların əlində olan yeganə şey olsa belə bəzən onları bir kənara qoyub sadəcə qarşına baxmağı öyrənməlisən.  Amma xəyallarını heç vaxt unutmamalısan. Onları unutduğun, xəyal qurmağı saxladığın an artıq sən sən deyilsən... Amma, onları məqsədə çevirərək reallaşdırmağı da bacarmalısan. Hər reallaşdırdığın xəyaldan sonra, yeni bir məqsədin... Hər məqsəddənsə yeni bir nəaliyyətin çiçəklənməlidir...
VƏ bütün bu zaman dilimində sən dəyişməlisən. Xəyalındakı adam olmaqçün dəyişməlisən. Əgər olmaq istədiyin kimisənsə bəs niyə xoşbəxt deyilsən? Niyə ətrafına baxıb, böyük nir gülümsəmə ilə həzz ala bilmirsən?
Bacarmırsan? Deməli, yenə də dəyişməlisən... “bacarmamaq”la tərgimək zəidflikdir! Zəifsən?- Deməli, yenə də dəyişməlisən... Güclü olmağı öyrənməlisən...
Xoşbəxt deyilsən? Ətrafına optimist yanaşmağı öyrənməlisən... Dəyişməlisən...
Sən dəyişdikcə, ətrafındakıların da dəyişdiklərinin fərqinə varmalısan. Əgər onlar dəyişmirsə, sən ətrafını dəyişməlisən. Həyat monotonluğu sevmir. Daim yeniliyin, dəyişikliyin ardınca qaçmalısan. Əgər sən, illər öncə olduğun sənsənsə, deməli sadəcə yaşayan bir “varlıq”dan başqa bir şey deyilsən. 
Ona görə də dəyişməlisən. VƏ dəyişdikcə ətrafındakıların da dəyişdiklərindən xəbərdar olmalısan. Və bütün bu dəyişikliklərə ayaq uydurmalısan.
P.S Həyatın nəbzini tut! Dəyişməyi unutma... Sən dəyişdiyin qədər varsan... Əgər illər öncəki sən sənsənsə deməli sən artıq yaşamırsan...

No comments: