Nə çətin imiş şəxsiyyət olduğunu təsdiq etdirmək! Əvvəlcə "Əlifba" öyrətməyə məcbur olursan :)

Deyirəm nə çətin imiş Azərbaycan vətəndaşı olmaq. 1 Şəxsiyyət vəsiqəsi almaq həftələr çəkirmiş... Necə? Danışım da "prosedurları": 1-ci növbədə 1 ədəd 3-4-ə foto çəkdirirsən. Sonra gedib yaşayış yerindən arayış alırsan. Sonra Ananın, atanın şəxsiyyət vəsiqələrini və bir də əgər varsa öz əxsiyyət vəsiqən yoxdursa, şəhadətnamə götürürsən ha bu arada yadımdan çıxmamışkən, onların kopyalarını da çıxarmağı unutmayın ha! Bilirsinizmi bu nəyə lazımdır?- Ən vacib hissəsinə gəldik: Kserookopiyalar arxasına telefon nömrənizi yazmaq üçün lazımdır! Bəli telefon nömrəsi. Nəysə, keçək sonrasına:

Bu sənədlərin hər birini hazırlayırsan sonra gedirsən "şöbəyə". Şöbədə isə səndən qonşu otaqdan anket almağını tələb edirlər. 30 qəpiyin də buna getdi :). Bir də banka 1 manat keçirirsən (dövlət rüsumu), çeki də götürürsən və qatırsan sənədlərin arasına. Sonra yenidən bütün sənədlərini qoltuğuna vurub yenidən gedirsən həmin yerə. 2 kağız verirlər. Heç nə yazıldığını oxumağa qoymamış : "qol çək bura"- deyə söz eşidirsən. Bu əmri də yerinə yetirdikdən sonra, Sənədləri verirsən və bir də 5 manat da əlavə verməli olduğunu öyrənirsən. Sizə 1 bəhanə öyrədim. Əgər bu pulun nə üçün olduğunu bilmirsinizsə "üstümdə pul yoxdure, evədən götürüb gəlirəm indi" deyin və sürüşün, gəlin evdə rahat-rahat öyrənin nə pulu imiş deyə. Mən öyrəndim :) HEç nə pulu imiş bu 5 manat...
Nəsə etmək lazımdır. Heç nə etməyin. SAdəcə bu 5 manat üçün çek tələb edin. Hər şey öz-özünə baş verəcək. Yəqin ki, aşağıdan yuxarı bir sizi süzəcəklər sonra isə biraz çənə-boğaz etdikdən sonra:"Daha lazım deyil əşi" deəyəcəklər. Bir də "15 gün sonra hazır olacaq"
Siz də 15 gün bittikdən sonra şəxsiyyət vəsiqəsi almış amma şəxsiyyət ola bilməmişlərin yanına gedəcəksiniz ki, şəxsiyyət vəsiqəsi alasınız. Və : HAy verdilər haaa: Problem nədə imiş? : DEməli belə məlum olur ki, təzə götürdüyüm əhadətnamədə Ata adında olmalı olan "S" hərfi özündən sonrakı hərflə birləşərək "Ş" hərfinə bənzəyib. Niyə zəng edib əvvəldən xəbər vermədiklərini də bilirsinizmi? Bu ən maraqlısıdır: (Həyəcanl yer və burda REklamlar yerinə düşər) Nəsə çox uzatmayım ən yaxşısı. Deməli bu "Şəxsiyyətlər" yuxarıda demişdim ki, Şəhadətnamənin kopyasının ardına telefon nömrəsi yazırlar ha. O telefon nömrəsində o gözəl xəttat xətləri ilə elə gözəl "7" rəqəmini yazıblar ki, bu rəqəm "2" rəqəminə bənzəyib. Sonra da oturub 2 olan nömrəyə zəng vurublar və deyirlər ki hələ nömrəni niyə səhv vermisən?! Gəl indi əsəbiləşmə də! İndi sənədlərdə yenə "S" hərfini "Ş" hərfi ilə əvəz etdikdən sonra yenidən Getmək lazım olacaq "şöbə"yə. Yenə 5 manat problemi olar, ya olmaz bilinmir. Sonra yenə 15 gün gözlə... Allah bilir sonra nə bəhanə gələcəkmiş! 15 günə götürməli olan şəxsiyyət vəsiqəsini az qala 1 ay 15 günə verəcəklər deyəsən. Mən də planlaşdırmışdım ki, guya Blogosferə gedəndə şəxsiyyət vəsiqəsi ilə gedəcəkdim. YEnə qaldımmı Şəhadətnamənin ümidinə?!
Ay Allah, deyirəm nə çətin iş imiş Şəxsiyyət olduğunu təsdiq etdirmək! Bir hərf, bir rəqəm səhvinə görə günlərin yolda-izdə keçire...

P.S: deyirəm bu şəxsiyyət vəsiqəsinin verildiyi şöbənin işçilərinə biraz əlifbanı və biraz da rəqəmləri öyrətsə idilər necə də əla olardıe :) S yoxsa Ş yazıldığını 2yoxsa 7 yazıldığını ayırd edəcək qədər ən azından!

2 comments:

Anonymous said...

Mence ushaqlar yox indiki yeniyetmeler oyrenmelidirler Usaqlar bizide otub kecibler

Eltaj said...

Həəə. Xüsusilə də Şöbədə oturanları 100% öyrətmək lazımdır :)