Bloqosfer 2011 məncə.......


Axır ki, bir çoxlarının elə mənim də çox gəzlədiyim Bloqosfer 2011 ba tutdu. Görəsən bu blogosfer nə idi? Əvvəlcə biraz bu haqda deyim. Bloqosfer yeni media mütəxəssislərinin-bloqçuların bir araya gəlməsi məqsədilə təşkil olunmuş forumdur. Bu forum Bu il Nabranda Atlant oteldə baş tutdu.Əvvəlcədən onu qeyd edim ki, bu forum çox maraqlı keçdi mənimçün və bir çoxları üçün. Hamı üçün yoxaaa!
Hər nəsə. Bloqosferdə nələrdən danışıldı?!
Əslində nələrdən danışılmadı ki, desəm daha doğru olar.Bloqçuların bütün problemləri eləcə də bloqçuluqla bağlı bir çox mövzudan müzakirələr oldu.Xüsusilə də...


Xüsusilə də
bloq məhz nədir, nə və kimlər üçündür, necə olmalıdır və ondan necə qazanc əldə etmək olar və.s. Hə qazanc demişkən bu o demək deyil ki, hər yerindən durub bloq yazan bu bloqdan pul qazanacaq. Yox qətiyyən.Sadəcə onu çox böyük sevgiylə yazıb-yaradan, "boya-başa" çatdıranlar və çox peşəkar olan insanlar ondan qazanc əldə edirlər. Onu da deyim ki, mən hələ heç nə əldə etməmişəma bloqdan. Amma, hələ də həvəsim var və yazıram. Deməli heç də hamı bloqu qazanc üçün yazmır. SAdəcə yazmaq istədiyi, paylaşmaq istədiyi nəsə olduğuna görə yazır.Qazanc məsələsi isə yəqin sonrakı məsələdir. Əsas məsələ bloqa göstərdiyin qayğıdır. Necə deyərlər: Bloqa baxarsan bloq olar, baxmazsan Spam dolar-Bu bizi bloqosferdə heç tək qoymayan vəə əlindən gələn köməyi əsirgməyən Fərid Hacıyevin "bloqçu sözü"dür. Son gün forum itirakçıları tərəfindən müxtəlif təqdimatlar oldu. Təqdimatların çoxusu həm təqdir, həm də tənqid aldı. Tənqid yaxı şeydir. İnsanlar çatışmayan cəhətləri görürlər tənqidlərdə. Bu tamamilə başqa məsələdir. Bir postda çox mövzudan mövzuya adlamayım ən yaxşısı...
Çox şey öyrəndik və paylaşdıq deyə bilərəm. Bundan başqa internetdə adlarını gördüyüm yəni haqqında çox maraqlandığım bloqçuları görmək üçün mənə çox böyük şans yarandı.
Onu da qeyd etməliyəm ki, hər böyük tədbirdə nəsə maraqlı bir yaddaqalan "qalmaqal"-mı desəm hadisəmi desəm nəsə bir şey baş verir. Bəs burda oldu?-Mən bu suala bloqpostumdaca cavab verəcəm indi. Əslində bu suala çoxları öz bloqpostunda cavab veriblər. Ona görə də tam olaraq nə baş verdiyini yazmağım artıq "Papuqaylıq"-dır. Sadəcə onu deyim ki, Tvitterdə cavab verəcəm hashtag-i bir anda trend oldu-çox məşhurlaşdı. Artıq hər kəs suallara tvitterdə cavab vermək qərarına gəldi birdən-birə. Bu, kimiləri tərəfindən yaxşı, kimiləri tərəfindən pis qarşılandı. Mən isə bu haqda bir neçə nəfərin nə yazdığını göstərmək istərdim: İlk öncə Twitter-də cavab verə bilməyənləri oxumaq istəyə bilərsiniz. Sonra isə Twitterdə cavab verənlərə cavabı oxuya bilərsiniz (qeyd: bu yazının müəllifi forumda iştirak etməyib). Bir də istəsəniz “Tvitterdə cavab verən” ilk şəxs haqqında da oxuya bilərsiniz. Beləcə, bu postlar kimi müxtəlif yanaşmalar oldu bu tvitterdə cavab vermək məsələsinə də təbii ki.
Sonda bloqosferdə nə də baş versə,bu bloqosfer mənim bütün gözləntilərimə cavab verdi. Buna görə də təşkilatçılar İlqar MirzəyəAzər Nəzərova xüsusi təşəkkürümü də bildirirəm.
Düzü Bloqosfer haqqında bu postda nə qədər təsəvvür yaratdım bilmirəm amma əminəm ki, heç vaxt orda olub bunları görmək kimi xoş bir hissi sizə anlada bilmərəm. Sonda "seçilib də getməyənlər çox şey uduzdular" deyə bilərəm ən azından...
VƏ sonda: Blogosfer 2012-ni səbirsizliklə gözləyirəəəm!

13 comments:

Anonymous said...

Eltac, tələsə-tələsə yazmısan. =) Hərf səhvin gözə çarpacaq qədər çoxdur, çalış düzəlt. Oxudum, maraqlı idi, təbii ki bu da sənin öz fikrindir.. "Bloqosfer 2012"-ni mən də səbirliliklə gözləyirəm. =)

DaypoinT said...

Eltac,maragli yazidi..) ama sennen bu barede etrafli soruwacam =))ozun bilirsen :)))

Eltaj said...

Bənövşə, bilirəm səhv çoxdur. Düzdür tələsik yazdığım yazıdır. Heç 2-ci dəfə oxumamışam da. İnşallah Gələn il də gedərik :)))
Daypoint,sağol.Ok danışarıq ətraflı...

Yashar Huseynov said...

Qızım, yazın yaxşı yazmısan. Amma şəkli yaxşı çəkməmisən. Əlavə bir neçə şəkil də olsa idi, yazın daha çox "duzlu, istiotlu" olardı :)Eybi yox nə yaşın var, öyrənəcəksən :P

Eltaj said...

Düzü, bu şəkli də mən çəkməmişəm. kimin çəkdiyini bilmirəm. :))) Yəqin İlkin ya da Fərid çəkib. Sadəcə fərqli göründü gözümə ona görə onu qoydum :)
Hə İnşallah gələn dəfəyə yaxşı şəkil qoyaram. Hələ öyrənirəm dəəəə :P :)

Shaiq said...

Salam!menim de blogum var Amma size bir sualim var! cavab yazsaniz sevinerem!Tagxana adli yeri siz nece yaratmisiniz?mene deye bilersiniz?Bu arada blogunuz gozeldir!

Eltaj said...

Salam. Siz yazını yazanda tag-lardan istifadə edirsinizmi? Əgər işlədirsinizsə, tasarım bölməsindən girib gadget kimi onu blogunuza yerləşdirə bilərsiniz. Adı səhv etmirəmsə tag ya da tag cloud nəsə belə bir şey olacaq.
Bəyəndiyinizə sevindim:)

Shaiq said...

Istifade etmirem.Amma nece istifade edeceyimi de bilmirem!Harda olur o??????

Eltaj said...

Blogpost yazdığınız yerdə 3 hissə mövcuddur. Ad yazılan, blogpost yazılan, bir də 3cü sıra taglar üçündür ki, ora da blogpostunuz hansı kateqoriyaya aiddirsə, onu yazırsınız. Yəni hansı mövzudadırsa. Bu blogdakı mövzuları ümumiləşdirməyə kömək edir və oxucuya da axtarmaq asan olur.

Shaiq said...

sizde turk dilindedi?//turkce ne yazilib orda?mende turk dilindedi!

Eltaj said...

Aha türkcə. Elə tag yazılıb.

Shaiq said...

men size parol ve adimi desem siz girib duzelde bilersiz?????

Eltaj said...

he ola biler. emailim: e.hes.zaq.az@gmail.com