1.08.2011

Yenə də yol... VƏ insanlar...

Avtobus. Boş oturacaqlar. Hələlik kimsə yoxdur içəridə. Avtobusun çıxış saatına yaxınlaşır. Hər kəs surətlə içəri daxil olur. Aha! Elə bu vaxt bir satıcı dayı adam çox olduğunu görüb tələm-tələsik içəri daxil olur. Yanimda oturmuş xalalar: nə satırsan arşınmalçı? (son sözü uydurdum :)
--Nə satmıramki? Xalis limonlar! Qəşəng yelpiklər! Hamısı originaldıre...
Nəysə, 1-2 boğaz yırtandan sonra dayı heç nə sata bilməyəcəyini anlayıb avtobusdan endi. İndi növbə obiri dayidadır. Bir də o bəxtini sınayır:
---Duxi satıram, duxi! 2si 1 manata! 1i 3 manata. Əsl, original, fransız ətirləridir bunlar!
Dayday, ətirləri bir-bir çıxarıb reklam edir. Xalalar da ucuz ətir tapıblar da:) kef edirləre... Dayı arada bir özünü ağıllı göstərməkçün ingiliscə 1-2 kəlmə də çırtladır: For vomən! For mən! - yazılıb deyə. Aha, xalalar bəyəndilər "fransız" ətirlərini. Sonunda bir neçə dənə aldılar və al-ver qurtardı. Əla! Avtobus yavaşca tərpənir. Yaxşıki, Üzeyirin mahnısını qoymayıblar. Yoxsa, birtəhər olmuşduq! Biraz yola baxım görüm nələr var.

  A nə yaxşıki, mənim yol yoldaşlarım, saf, təmiz, bəmbəyaz buludlar məni yalnız qoymurlar. Onları o qədər çox sevirəm ki! Axı onlar mənimçün azadlığın simvollarıdırlar! Uçurlar hər zaman! Bəlkə bir gün məni də apararlar yanlarına. Mənki, onları çox sevirəm... Yol uzanır. Uzandıqca da hündür dağları görürəm. Onlar da məni yalnız buraxmırlar. Uf. Onların zirvəsi necə də gözəl və valehedicidir. Nə də olsa 1 neçə gün əvvəl orada idim. Sanki, şəhərimiz balaca bir xalı kimi sərilmisdi ayaqlarımın altına. Bu elə bir duyğudurki, onu yaşamasan anlaya bilməzsən yəqin...
Aaa əlimdə nəsə hiss edirəm. İstilənib deyəsən yolda. Bu ki, bayaqkı, xalanın mənə verdiyi apelsinli konfetdir. Hm baxım necə dadır sonra yenidən xalaya minnətdar olaram dadlı konfet üçün. Avtobusumuz da bu arada tam qaz irəliləyire... Gete! Kim tutar səni! Ətrafıma baxıram. Hər kəs öz halındadır. Görəsən dünya onların vecinədirmi? Görəsən düşünrlərmi bu dəqiqə neçə nəfər can çəkişir. Neçəsi son nəfəsini verir deyə?! Deyəsən yox! Axı niyə düşünüb beyinlərini boş-boş şeylərlə yoraraq insanlığa necə kömək edəcəkləri haqqında fikirləşib də əllərindən bir şey gəlməyəcəyini anlayıb ümüdsüzlüyə düçar olsunlarki? Bu onların nəyinə gərəkdir axı?! Eh nəysə... İnsanlar... İnsanlar... Burda deyəsən yazıma nöqtə qoymalıyam, çünki, biraz da yazmağa başım qarışsa gedəcəyim yeri çoxdan keçmiş olduğumun fərqinə varacağam. Nə keçmişəmmi? Oh nəysə hələ çatmamışam. Amma az sonra çatacam yəqin. İnşallah getdiyim kənd xoşuma gələr:)
P.S Bu postu avtobusda hələ yolda ikən yazdığıma görə, kənd necə olar deyə fikirləşirdim. Onu deyim ki, getdiyim kənd çooooox qəşəng idi :) ƏLA

2 yorum:

Murad dedi ki...

Çox gözəl sualdı insanlıga. Görəsən niyə edə bilməcəyi ishləri dushununler onlar? Qəliz bir sual.. Bax əslində elə məndə cavabı tapa bilməyəcəyim sual haqqında düşündüm!

Eltac dedi ki...

... Biraz düşündükdə bəlkə də hər kəs özü üçün tapar cavabını... İnsanlar sadəcə düşünmək istəmirlər...